Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-76/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 90 manat pulun, ümumilikdə isə 7090 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonunun İbrahimhacılı kəndində yaşayır. Cavabdeh ilə aralarında heç bir ədavət olmamışdır, pnların yaxın münasibətləri olmuşdur, onlar iş yoldaşı olmuşıar. Yaxın münasibətləri olduğu üçün cavabdeh ona bildirmişdir ki, hazırda maddi vəziyyəti çətindir və ona bir miqdar pul lazımdır. Daha sonra ondan Kapital bankdan kredit götürməyini xahiş etmiş və bildirmişdir ki, hər ay gecikdirmədən onun adına olan kredit borcunu ödəyəcəkdir. O, aralarında olan yaxın münasibətə əsasən ona güvənmiş və 2019-cu il tarixdə Kapital bankdan öz adına 7000 manat pul götürərək ona vermişdir. Krediti ona verməyinə baxmayaraq cavabdeh həmin kreditin ödənişini etməmişdir. Cavabdeh ona vaxt verməsini, bir müddət sonra krediti ödəyəyini bildirmişdir. O, məcbur olub krediti ödəməsi üçün ona müddət vermişdir. O, cavabdehə güvənərək pulu ödəyəcəyini düşünmüşdür. Cavabdeh ona karantin olduğu üçün pulu gözləməyini xahiş etmişdir. Cavbdeh dəfələrlə krediti ödəyəcəyini bildirsə də, qalan borcu ödəməkdən boyun qaçırır. Cavabdehə krediti verməyi barədə şahidləri də vardır. Məhkəmə iclası zamanı tərəflərindən təqdim olunacaqdır. Onunla heç bir düşməçiliyi olmamış, həmişə yaxşı münasibətləri olmuşdur. Hazırda cavabdehə dəfələrlə borcunun ödənilməsi ilə bağlı xəbərdalıq edilsə də, o borcu ödəməkdən imtina edir. Beləliklə, istinad etdiyi Azərbaycan Respublikasının qanunvericiliyi baxımından yanaşaraq hesab edir ki, iddiası əsaslı olduğundan təmin olunmalıdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, o, hərbiçidir, hazırda döyüş bölgəsində qulluq edir. Hərbi hissəsini tərk edə bilmir. Ekspert rəyi ilə razıdır. Məhkmədən baxış iclasının onun iştirakı olmadan keçirib, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit götürmüş, iddiaçı ilə də zaminlik müqaviləsi bağlanmışdır. Borc üzrə ödənişlər edə bilməməsi səbəbindən iddiaçının hesabından pul çıxarıldığını qəbul edir. Lakin ondan tələb olunan məbləğdən 3000 manatı iddiaçıya qaytarmışdır. İddiaçı ondan pulu alması üçün adam göndərmiş, o da 3000 manat məbləğində pulu həmin şəxsə vermişdir. Ekspert rəyi ilə razıdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 182RGTK8101309AC saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 20 (faktiki illik faiz dərəcəsi 20,7%) faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 12713,17 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - "xxxx" ASC və zamin İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Z- 182RGTK8101309AC nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Əbilov X2 Ayxan Əli oğlunun xx.xx.2018-ci il tarixli 182RGTK8101309AC nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 268 saylı məlumatından görünür ki, borcalan Cavabdeh xx.xx.2018 tarixində 182RGTK8101309AC saylı müqavilə üzrə 12713,17 AZN məbləğində kredit rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixində həmin müqavilə üzrə 261,09 AZN ödənilərək kredit borcu tam ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 49/133 saylı məlumatından görünür ki, Cavabdeh 182RGTK8101309AC saylı kredit müqaviləsi üzrə kredit ödənişi xx.xx.2021-ci il tarixdə tam icra olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8543 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi, hazırkı ekspertiza tətqiqatı ilə təqdim edilmiş iş materiallarında olan məlumatlara əsasən müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 182RGTK8101309AC saylı kredit müqaviləsi üzrə ümumilikdə banka 17629,09 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 7394,52 manatı zamin İddiaçı hesabından silinmişdir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir; Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən zamin Əbilov X2 Ayxan Əli oğlunun xx.xx.2018-ci il tarixli 182RGTK8101309AC nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə, onun "xxxx" ASC-yə borcu yaranmışdır. Cavabdeh əsas borclu olaraq Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün İddiaçı kartından zamin olaraq silinmələr edilmişdir. Hazırda kredit müqaviləsi üzrə kredit ödənişi tam icra olunmuşdur və iddiaçı kredit müqaviləsi üzrə onun tərəfindən zamin qismində "xxxx" ASC-nin hesabına köçürülmüş ümumilikdə 7000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər; 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur; 475.3-ci maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə istinadən qeyd edir ki, iddiaçı (zamin) İddiaçı hesabından (borclu) Cavabdeh borcu üzrə pul tutulmuşdir. Hazırda iddiaçının həmin məbləği Cavabdeh tələb etmək hüququ yaranmışdır. Belə olan halda, məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə təfindən iddiaçının hesabından tutmaların miqdarının müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8543 saylı rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 182RGTK8101309AC saylı kredit müqaviləsi üzrə ümumilikdə banka 17629,09 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 7394,52 manatı zamin İddiaçı hesabından silinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdehdən tutulacaq məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehin borcunu 7000 manat kimi göstərmişdir. İddiaçının iddia tələbinin həcmini artırmadığını, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 7000 manat məbləğində pul tutulmaqla təmin edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, cavbadeh iddiaçı tərəfindən edilmiş ödənişlərdən 3000 manat məbləğində pulu qaytardığını bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, göstərilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, cavabdeh iddiaçıya 3000 manat ödəniş etməsinə dair istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qeyd edilənlərə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8543 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-76/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-76/2023
06.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver