Məhkəmə qərarları › İş №2(007)-763/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-763/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-763/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X3 Haiderin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Haider Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh tanıyır. Səxavət adlı şəxs ondan 05 mart 2020-ci il tarixdə Nizami rayonu, Babək prospekti 103 ünvanında 13800 manat dəyərində topdan tibbi stomoloji instrumentləri satıb, pulunu verəcəyi adı ilə götürmüşdür, 3-4 aya pulu qaytaracağını desə də, bu günə qədər nə malı, nə də ki, pulu geri qaytarmayıb.Bununla bağlı iddiaçı polis bölməsinə müraciət edib və Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin rəisi Elşən Zamanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərardan da, görünür ki, Cavabdeh izahatında da göstərib ki, hal hazırda X2 5200 manat borcu var və tez bir zamanda həmin borcu geri qaytaracaq. Lakin bu günə kimi cavabdeh həmin borcu geri qaytarmayıb. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 5200 manat pulun və 72.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Nicat Osmanovun “Cinayət işinin başlanılmasının rədd olunması”barədə 7 sentyabr 2022-ci il tarixli qərarının məzmunundan görünür ki,araşdırma zamanı izahatı alınmış Səlimov X1 Syed Saqlain Haiderdən 7000 manat tibbi avadanlıq götürdüyünü,1800 manat qaytardığını cəmi 5200 manat borcunun olduğunu etiraf etmiş,həmin məbləği isə tezliklə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, iddiaçı cavabdehlə şifahi alqı-satqı müqaviləsi bağlamış və özünə məxsus olan tibb avadanlığını satıb pulunu qaytarmaq məqsədi ilə cavabdehə vermiş,cavabdeh malın dəyərindən 1800 manat qaytarsa da qalan 5200 manatı qaytarmamışdır. Cavabdeh təhqiqat araşdırması zamanı iddiaçıya 5200 manat borcunun olduğunu etiraf etmişdir. Ona görə də iddia təmin olunmalı, Cavabdeh 5200 manat pul və 72.40 manat dövlət rüsumu X3 Haiderin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5200 manat pul və 72.40 manat dövlət rüsumu X3 Haiderin xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar