Məhkəmə qərarları › İş №2(007)-766/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-766/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-766/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan ona olan 6000 (altı min) manat məbləğində olan borc pulun alınıb verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iddiada göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdehn bir tanışı vastəsi ilə tanımışdır. Söhbət zamanı ondan xahiş etmişdir ki, onun bir xanım tanışı rəfiqəsi var ona kömək etmək istəyir. Sonradan məlum olmuşdur ki, həmin xanım Cavabdehdır. O, Nizami rayonunda yerləşən qadın gözəlik salonunda işləyir və işlədir. Cavabdeh 6000 (altı min) manat pula çox təcili ehtiyacı var. Ona zəng edib onlarla görüşməyini bildirmişdir. Görüşdükdə oğlunun Türkiyədə oxuduğunu və ora ödənişli olduğunu bildirmişdir. Ödəniş etməsə onu oxuduğu inistutudan qovacaqlar. Ağlaya-ağlaya onlarda kömək etməyini xahiş etmişdir. Uzun söhbətdən sonra ona 6000 (altı min) manat pul vermişlər və borc pul alması barədə 31 iyul 2019-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlamışlar və əlavə olaraq onları inandırmaq məqsədi ilə borc alması barədə qəbzi yazıb onlara vermişdir. Aldığı pulu onlara dediyinə və müqavilənin şərtinə görə 30.11.2019-ci il tarixinə kimi qaytarmalı imiş. Lakin bu günə kimi aldığı borc pulu qaytarmamışdır. Telfonunu bağlayıb zənglərə cavab verməyir. Onları getgələ salmışdır. Müxtəlif bəhanələrlə borcunu qaytarmağdan yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı və Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Süleymanov X1 Əzizə Əli qızına 30.11.2019-cu il müddətinə 6000 (altı min) manat pulu kredit vermişdir. - Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, o, tanışı Məmmədovca Aytən vasitəsi ilə onun tanısı İddiaçı 6000 borc pulu ehtiyacı olduğu üçün almışdır. Söz vermişdir ki, 2019-cu ilin 11-ci ayında qaytaracaqdır. - 26.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında işin faktiki əsaslarına əsasən müəyyən olundu ki, iddiaçı Cavabdehn bir tanışı vastəsi ilə tanımışdır. İddiaçı cavabdehə 6000 (altı min) manat pul vermiş və borc pul alması barədə 31 iyul 2019-ci il tarixdə öz aralarında yazılı müqavilə bağlamışlar və əlavə olaraq cavabdeh borc alması barədə qəbzi yazıb onlara vermişdir. Cavabdeh aldığı pulu iddiaçıya dediyinə və müqavilənin şərtinə görə 30.11.2019-ci il tarixinə kimi qaytarmalı imiş. Lakin bu günə kimi aldığı borc pulu qaytarmamışdır. Müxtəlif bəhanələrlə borcunu qaytarmağdan yayınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 6000 manat məbləğində pul cavabdehə verilmiş və cavabdeh öhdəlik götürmüşdür ki, 2019-cu ilin noyabr ayına kimi borcunu qaytaracaqdır. Qeyd edilənlər iş materiallarına əlavə edilmiş 31 iyul 2019-cu il tarixli kredit müqaviləsi və cavabdeh tərəfindən tərtib edilmiş qəbz ilə təsdiq edilir. Hazırda iddiaçı 6000 manat borcun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. 31 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 6000 manat məbləğində pul cavabdehə verilmiş və bu fakt cavabdeh tərəfindən müqavilənin imzalanması ilə qəbul edilmişdir. Lakin hazırkı vaxtadək öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən təkzib edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı 6000 manat məbləğində pulun iddiaçıya qaytarılmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh tərəfindən borcun ödənilməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair tələbi olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6000 (altı) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6000 (altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar