Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-768/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 2019-cu ilin dekabr ayında mülkiyyətində olan **-HD-*** qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobildə yaranan texniki nasazlıqla bağlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən təmirxanaya aparmışdır. Həmin təmirxananın ustası olan Cavabdeh ona maşının təmirinin 3 günə başa çatacağını bildirmişdir. Həmin vaxtdan bəri müxtəlif bəhanələrlə işi yubadır. Hələ də avtomobili həmin şəxsdədir. Nə avtomobilin təmirini başa çatdırır, nə də ki, avtomobilimi geri qaytarır. Həmçinin maşının təmiri üçün 1000 (min) manat da pul vermişdir. Bu məsələ ilə bağlı polisə müraciət etsəd də ona məhkəməyə müraciət etməli olması bildirilmişdir. Özü həm Qarabağ veteranıdır, həm də Laçın rayonundan məcburi köçkün düşmüşdür. Onun gündəlik qazancı da həmin maşından asılıdır. Maşını olmadığı üçün hal-hazırda qazancı da yoxdur. Cavabdehlə dəfələrlə danışsa da heç bir nəticə olmamışdır.Qeyd olunanlara əsasən maşının və sökülən hissələrinin ona qaytarılması,təmir üçün verdiyi 10000 manatın və bu aylar ərzində avtomobili olmadığı üçün 9000 manat əldən çıxmış faydanın, cəmi 10000 manat cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 26.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş Cavabdeh Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən Məscidin yaxınlığında mühərrik təmirçisi işlədiyini və 2019-cu ilin dekabr ayında İddiaçı özünə məxsus **-HD-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobilin mühərrik hissəsində yaranmış nasazlıqla əlaqədar təmirə gətirdiyini və təmir ilə əlaqədar ümumilikdə Tağıdan 914 manat pul aldığını və mühərrikin ehtiyat hissələrinin gec tapılması səbəbi ilə əlaqədar təmirin uzanacağını bildirmişdir. Suallara cavab olaraq Cavabdeh avtomobilin mühərrik hissəsində olan əşyaların oğurlanmadığını və onun tərəfindən təmir ilə əlaqədar sökülərək təmir sexinə qoyduğunu bildirmişdir. Təmir sexinə baxış keçirilən zaman usta Cavabdeh avtomobilin üzərindən sökülmüş 1 ədəd akkumilyator, 1 ədəd starter, 1 ədəd dinamo və 1 ədəd yağ göstərici qurğunu, təqdim etmiş və həmin əşyaların şəkilləri çəkilərək materiala əlavə edilmiş və vətəndaş İddiaçı baxış zamanı əşyaların ona məxsus olduğunu təsdiq etmişdir. Beləliklə, toplanmış təhqiqat materialından görünür ki, Cavabdeh İddiaçı məxsus hər hansı bir əşyanı oğurlamamışdır. İddiaçı ilə Cavabdeh ilə şifahi formada razılığa gələrək özünə məxsus olan avtomaşını təmir etdirmək üçün E. Bağırova vermiş sonuncu da həmin avtomaşını təmir etməyi öz öhdəsinə götürsə də sonradan üzərinə düşən öhdəliyi layiqincə icra etməmişdir. Toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərarın məzmunundan görünür ki,cavabdeh həqiqətən də iddiaçıya məxsus olan avtomobili təmir məqsədi ilə qəbul etmiş,bununla əlaqədar ondan 914 manat pul almış,lakin üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin halları ilə müəyyən olundu ki, İddiaçı mülkiyyətində olan **-HD-*** qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobildə yaranan texniki nasazlıqla bağlı avtomobilini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən təmir servisinə aparmışdır. Həmin servisin ustası olan Cavabdeh ona maşının təmirinin 3 günə başa çatacağını bildirmişdir. Hələ də avtomobil həmin şəxsdədir. Nə avtomobilin təmiri başa çatmamışdır, nə də ki, avtomobili geri qaytarmamışdır. İddiaçı maşının təmiri üçün 914 (min) manat da pul vermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh “Hundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələri alınıb İddiaçı verilməli, Cavabdeh İddiaçı xeyrinə təmir üçün ödənilmiş 914 manat tutulmalıdır. Məhkəmə əldən çıxmış faydanın əvəzi olaraq 9000 manat pulun tələb olunması hissəsində iddiaya qiymət verərkən hesab edir ki, həmin hissədə iddia təmin oluna bilməz. Belə ki, iddiaçı əldən çıxmış faydaya görə ona 9000 manat maddi ziyan dəyməsini sübuta yetirə bilməmişdir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Hundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil və onun sökülmüş hissələri alınıb İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə 914 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-768/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-768/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver