Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-775/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «İNDİGO SPECİAL” Cavabdehna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı, direktor Vəfa Şirinovanın şəxsində Gürcüstan Respublikasının vətəndaşı Binat Askarov arasında bağlanan 05.05.2021-ci il tarixli icarə müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********43-05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Binat Askarovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 226.60 kv.m. olan qeyriyaşayış sahəsində uşaq inkişaf və reabilitasiya Mərkəzi “kimi fəaliyyət göstərir. 26.07.2021-ci il tarixdə Cəmiyyətin direktoru tərəfindən tərtib edilən akta əsasən, həmin tarixdə, saat 07:40 radələrində ünvan 2 ünvanında yaşayan Cavabdeh ehtiyatsızlığı nəticəsində “İndigo Speciaf’ın fəaliyyət göstərdiyi Mərkəzin ikinci mərtəbəsində yerləşən 2 otağını və birinci mərtəbəsində yerləşən idman zalını su basıb. Həmin vaxt binanın mühafizəçisinə məlumat verildiyi halda, o, ümumi binaya gedən suyu 20 dəqiqə sonra bağlayıb və 1 saat sonra isə suyu yenidən açıb. Nəticədə, yuxarıda qeyd edilən otaqlar yararsız hala düşmüş və bu səbəbdən, Mərkəz 3 (üç) gün fəaliyyətini tam şəkildə dayandırıb. Cəmiyyətin direktoru tərəfindən tərtib olunmuş 13.08.2021-ci il tarixli zərər aktına əsasən, Mərkəzin yararsız hala düşmüş otaqlarında keçirilən fərdi psixoloq, loqoped, idman və velosiped təlimlərinin fəaliyyəti 26.07.2021-ci il tarixdən 13.08.2021-ci il tarixədək dayandırılıb. Həmin otaqlarda gün ərzində hər biri 45 dəqiqə olmaqla 6 saatlıq məşğələlər keçirilir və məşğələlər arası fasilələr 15 dəqiqə təşkil edir. Mərkəzlə Mərkəzdən istifadə edən şəxslər arasında bağlanan müqavilələrə əsasən, hər dərs üçün ödəniş 20,00 manatdır. Vurulan zərərə əsasən, həmin otaqların fəaliyyəti 3 həftəlik dayandırılıb, bu isə 15 iş gününə bərabərdir. Beləliklə, cavabdehin hərəkəti nəticəsində Cəmiyyətə dəyən maddi zərər hər bir iş günü üçün 480,00 manat olmaqla, ümumilikdə 7200,00 manat təşkil edir. "xxxx" ASC tərəfindən sığorta müqaviləsinə əsasən, Mərkəzə dəyən zərərin həcmi hesablanaraq müvafiq məbləğdə mülkiyyətçiyə sığorta ödənişi edilib. Sadalananlardan göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində mülkiyyətçiyə dəyən zərər sığortaçı tərəfindən sığorta ödənişi hesabına ödənilsə də, Mərkəz zərər görən otaqlarda göstərilən fəaliyyətə ara verməli olub və beləliklə, əldə edə biləcəyi gəlirin bir hissəsindən məhrum olub. Nəticə etibarı ilə, Cəmiyyətə əldən çıxmış fayda formasında dəyən zərər 7200 manat təşkil edir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.Odur ki, göstərilənlərə əsasən Cavabdeh 7200 manat və dövlət rüsumu kimi ödənilmiş 92,00 manat, cəmi 7292 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qiyabi qətnamə çıxarılması xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasın mümkün hesab etmiş, Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyəverən Askarov Bunatla icarəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 05 may 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Askarov Bunat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********43-05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 226.60 kv.m. olan qeyri-yaşayış sahəsini İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə vermişdir.Aylıq icarə haqqı 500 manat təşkil edir.Müqavilənin müddəti 1 ildir. 26.07.2021-ci il tarixli aktın məzmunundan görünür ki,həmin gün saat 07:40 aralığında binanın 3-cü mərtəbəsinin 1 nömrəl mənzilin sahibi olan Cavabdeh məsuliyyətsizliyi Mərkəzin istifadəsində olan 2 otağı,1-ci mərtəbənin idman zalı su basıb.Həmin vaxt binanın mühafizəçisinə məlumat verildiyi halda suyu 20 dəqiqə sonra bağlayıb və 1 saat sonra yenidən açıb.Ona görə də Mərkəz 3 günlük fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 13.08.2021-ci il tarixli zərər aktından görünür ki, Mərkəzin yararsız hala düşmüş otaqlarında keçirilən fərdi psixoloq, loqoped, idman və velosiped təlimlərinin fəaliyyəti 26.07.2021-ci il tarixdən 13.08.2021-ci il tarixədək dayandırılıb. Həmin otaqlarda gün ərzində hər biri 45 dəqiqə olmaqla 6 saatlıq məşğələlər keçirilir və məşğələlər arası fasilələr 15 dəqiqə təşkil edir. Mərkəzlə Mərkəzdən istifadə edən şəxslər arasında bağlanan müqavilələrə əsasən, hər dərs üçün ödəniş 20,00 manatdır. Vurulan zərərə əsasən, həmin otaqların fəaliyyəti 3 həftəlik dayandırılıb, bu isə 15 iş gününə bərabərdir. Beləliklə, cavabdehin hərəkəti nəticəsində Cəmiyyətə dəyən maddi zərər hər bir iş günü üçün 480,00 manat olmaqla, ümumilikdə 7200,00 manat təşkil edir. DƏDRX-dən verilmiş **********43-05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 226.60 kv.m. olan qeyri-yaşayış sahəsi Binat Askarovun mülkiyyətindədir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Q.Mütəllimov arasında bağlanmış Xidmət müqaviləsindən görünür Mərkəz Q.Mütəllimovun övladı üçün bu müqaviləyə 1 nömrəli Əlavədə göstərilən xidmətləri göstərir.Hər dərs üzrə xidmət haqqı 20 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət edərkən 43.49 manat dövlət rüsumuödəmişdir. İşin hallarından görünür ki,icarəyəverən Askarov Binatla icarəçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 may 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, Askarov Binat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********43- 05301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 226.60 kv.m. olan qeyriyaşayış sahəsini İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə vermişdir. 26.07.2021-ci il tarixdə saat 07:40 aralığında binanın 3-cü mərtəbəsinin 1 nömrəl mənzilin sahibi olan Cavabdeh məsuliyyətsizliyi nəticəsində Mərkəzin istifadəsində olan 2 otağı,1-ci mərtəbənin idman zalını su basıb.Həmin vaxt binanın mühafizəçisinə məlumat verildiyi halda su 20 dəqiqə sonra bağlanıb və 1 saat sonra yenidən açılıbb.Ona görə də Mərkəz 3 günlük fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Nəticədə iddiaçıya 7200 manat maddi ziyan dəyib. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7200 manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 92,00 manat, cəmi 7292 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7200 manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 92,00 manat, cəmi 7292 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədri : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-775/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-775/2022
08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver