Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-777/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə qızının iştirakı ilə qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmuş, bu nikahdan onların 10.06.2006-cı ildə qızları Nəzrin anadan olmuşdur.Cavabdeh uşağın saxlanılmasında ona köməklik göstərmədiyi üçün 15.01.2016-cı il tarixdə məcbur qalıb cavabdehdən alimentin tutulması ilə bağlı Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hər ay 117 manat alimentin cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı 23.02.2016-cı il tarixli 2(007)- 977/2016 saylı qətnamə qəbul edib. Daha sonra alimentin məbləği Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-4990/2017 saylı 30.08.2017-ci il tarixli qətnaməsi ilə artırılaraq hər ay 140 manat sabit pul məbləğində tutulması qət edilib. Hazırda cəmi 140 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunan aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanılması üçün 400 manata qədər xərci çıxır ki, bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir.Yaşadığı evin kommunal xərcinin ödənişi və uşağın böyüməsi və məktəbdə oxuması ilə əlaqədar müəyyən xərclərin artması ona maddi problemlərlə üzləşdirir. Uşağın normal təhsil alması üçün hər il yeni dərs vəsaitləri, geyim əşyaları normal qidalanma tələb olunur. Bütün bunları təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər-hansı bir köməklik göstərmir. Buna görə də uşağın saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılmalıdır. Lakin, cavabdeh rəsmi iş yerinə malik olmadığından və onun gəliri dəyişkən olduğundan övladının saxlanılmas üçün aliment ondan sabit məbləğdə tutulmalıdır.Qeyd olunanlara əsasən təmin olunmasını məhkəmədən xahiş edirəm. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-4990/2017 saylı 30.08.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması, Cavabdeh 10.06.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 200 manat aliment tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Nizamı Rayon Məhkəməsinin №2(007)-4990/2017 saylı 30.08.2017-ci il tarixli qətnaməsindən görünür ki,tərəflərin birgə nikahdan doğulmuş 10.06.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 140 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-4990/2017 saylı 30.08.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı,tərəflərin birgə nikahdan doğulmuş 10.06.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizamı Rayon Məhkəməsinin №2(007)-4990/2017 saylı 30.08.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 10.06.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə 193 manat, sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-777/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-777/2022
11.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver