Məhkəmə qərarları › İş №2(007)-79/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-79/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-79/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 31.07.2015-ci il tarixli, İKM 322 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərti ilə 1370 (bir min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürüb. Lakin cavabdeh 31.07.2015-ci il tarixli, İKM 322 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməyib, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirib, ödəniş etməyib və beləliklə də müqavilənin şərtlərini pozub. Digər Cavabdeh2 ilə 31.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 419.49 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 31.07.2016-cı il tarixinə faiz borcu 25.22 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 62.46 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanan cərimə borcu 387.94 ABŞ dolları, cəmi isə 895.11 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməyib. Bütün bu hərəkətləri ilə borclu kredit müqaviləsinin şərtlərini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,425-ci maddələrinin tələblərini pozub.Qeyd olunanları nəzərə alıb, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC xeyrinə 419.49 ABŞ dolları əsas,kredit müqaviləsini üzrə öhdəliklərin bitdiyi 31.07.2016-cı il tarixinə 25.22 ABŞ dolları faiz, müqaviə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 62.46 ABŞ dolları faiz,387.94 ABŞ dolları cərimə cəmi 895.11 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ünvanlandığı 20.09.2021-ci il tarixli ərizədə iddiaçının nümayəndəsi Nümayəndə işə onun iştirakı ilə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 31.07.2015-ci il tarixli, İKM 322 saylı istehlak kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) % ödəmək şərti ilə 1370 (bir min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. 31.07.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Adıgözəlov Ülvi İlham oğlu həmin kredit müqaviləsi üzrə zaminlik öhdəlikləri götürmüşdür. 27 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 banka həmin tarixə 419,49 ABŞ dolları əsas,25,22 faiz,387.94 ABŞ dolları cərimə, 62,46 ABŞ dolları gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla cəm 895,11 ABŞ dolları vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksertiza Mərkəzinin 11 fevral 2021-ci il tarixli 9/4615 saylı ekspert rəyindən görünür ki,mübahisələndirilən kredit müqaviləsi üzrə cavabdehin 691,45 ABŞ dolları əsas və 18,28 ABŞ dolları faiz borcu,cəmi 709,73 ABŞ dollar borcu mövcuddur. 24 may 2017-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Mədaxil qəbzindən görünür ki, bank tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərinə tam və layiqincə əməl etməmişdir.Digər cavabdeh Adıgözəlov Ülvi İlham oğlu isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən iddia əsas borc və faiz borcu hissəsində qismən,qalan hissədə tam əsaslı olduğundan təmin olunmalıdır. Belə ki,ekspert rəyi ilə əsas borc 691,45 ABŞ dolları,göstərildiyi halda iddiaçı 419,49 ABŞ dolları tələb edir. Faiz borcu ekspert rəyi ilə 18,28 ABŞ dolları müəyyən olunduğu halda iddiaçı 25,22 ABŞ dolları tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 31.07.2015-ci il tarixli, İKM 322 saylı istehlak kredit müqaviləsinə əsasən 419,49 ABŞ dooları əsas,18,28 ABŞ dolları faiz,62,46 ABŞ dolları əlavə faiz,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 530,23 ABŞ dolları tutulmalı,iddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 31.07.2015-ci il tarixli, İKM 322 saylı istehlak kredit müqaviləsinə əsasən 419,49 ABŞ dooları əsas borc,18,28 ABŞ dolları faiz borcu,62,46 ABŞ dolları əlavə faiz borcu,30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 530,23 ABŞ dolları tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqiatının dəyəri olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar