Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-792/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh onun yaxın tanışıdır, o, cavabdehi 20 ildir ki, tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Cavabdeh 2022-ci ilin aprel ayında onun Bakıxanov qəsəbəsində yerləşən ofisinə gəlmiş və söhbət zamanı o, cavabdehə bildirmişdir ki, onun oğlu vətən mühaibəsinin iştirakçısıdır, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir, oğlunu işə düzətmək istəyir, amma işə düzəldə bilmir, müxtəlif orqanlara işə düzəlməklə bağlı ərizə yazmış, lakin xeyri olmamışdır. Bu zaman cavabdeh ona bildirmişdir, ki onun MTN-də tanışı vardır və cavabdeh onun oğlunu MTN-ə işə düzəldə bilər, bunun üçün 70000 manat pul lazımdır. Lakin o, cavabdehə bildirmişdir ki, onun 56000 manat pulu vardır. Cavabdeh onunla razılaşmış və oğlunu həmin pulu alıb işə düzəldəcəyinə söz vermişdir. Beləliklə də, 19 may 2022-ci ildə cavabdeh onun ofisində ondan 56000 manat pul almışdır. Bundan bir həftə sonra cavabdeh dostu Novruzov Orxanı da Gömrük İdarəsinə 30000 manata işə bərpa ediləcəyinə söz vermişdir. Lakin dostunun pulu olmadığından, mülkünün gec satılacağından ondan xahiş etmişdir ki həmin pulu o, cavabdehə versin. O da dostunun əvəzinə cavabdehə 31000 manat pul vermişdir. Lakin bunun üstündən bir neçə ay keçdikdən sonra o görmüşdür ki, cavabdeh yalanlar danışır, onu və dostunu aldatmağa çalışır. Ona görə də, o, cavabdehi yenidən öz ofisinə dəvət etmişdir və xx.xx.2022-ci il tarixdə ondan şahidlərin yanında ondan 31000 və 56000 manat pulun alınması barədə iki qəbz almışdır. Cavabdeh öz xətti ilə iki qəbz yazıb ona vermişdir. Cavabdeh qəbzin birində qeyd etmişdir ki, əgər o, 31000 manat pulu ona qaytarmasa bunun əvəzində ona 41000 manat pul verəcəkdir, o da həmin pulu cavabdehdən tələb edir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh ondna götürdüyü 97000 manat pulu ona geri qaytarmamış və onu get-gələ salmışdır. O, sonra başa düşmüşdür ki, cavabdeh onu aldararaq onun pulunu ələ keçirmişdir. Belə olan halda, o, cavabdehdən pulunu geri istəmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək, onun pulunu verməkdən boyun qaçırmışdır. Ona görə də, o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən Cavabdeh 41000 manat və 56000 manat məbləğində, cəmi 97000 (doxsan yeddi min) manat pulun və ödədiyi 381 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində göstəridi ki, o, iddiaçını tanıyır. Cavabdeh iddiaçıdan 56000 manat pul almış, bundan sonra da 31000 manat məbləğində pul almışdır. Sonra cavabdeh pulu başqa adama verdiyini, işə düzətmək məsələsini həll edəcəyini demişdir. Sonra sentyabr ayında cavabdeh dedi ki, ona bir həftə möhlət versinlər, o, pulu aldığına dair iltizam da tərtib edəcəkdir. O, iltizamın tərtibində iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X4 ifadəsində göstəridi ki, iddiaçı onun yaxın dostudur. Onu təxminə 15-20 il olar kı, tanıyır. İddiaçının Razin adlanan ərazidə obyekti var. Cavabdehin iddiaçıdan 56000 manat və 31000 manat məbləğində pul almasının şahidi olmuşdur. 31000 manatı Orxanı işə düzətmək üçün almışdır. İltizamın tərtibində iştirak etmişlər. O da iltizamı imzalamışdır. Cavabdeh özü demişdir ki, o da iltizamı imzalasın, pulu tez bir vaxta qaytaracaqdır. Məhkəmə iclasında şahid kimi dindirilən X3 ifadəsində göstəridi ki, iddiaçı onun yaxın dostudur. Cavabdehi də tanıyır. Cavabdeh dəfələrlə iddiaçıdan pul almışdır. Amma pulun nə üçün verildiyini soruşmamışdır. İddiaçı ilə münasibəti yaxşı olduğu üçün iddiaçı ona oğlunu işə düzəltmək üçün cavabdehə pul verdiyini demişdir. Verilmiş pulun miqdarını bilməsə də, pulun cavabdehə verilməsinin şahidi olmuşdur. Sonra cavabdeh iltizam tərtib etdi ki, 56000 manat və 31000 manatı iddiaçıdan almışdır. Hətta qəbzlərdən birində 31000 manatı qaytara bilmədiyi təqdirdə 10000 manat artıq da ödəyəcəyini qeyd etmişdir. Elşadın xahişi ilə o da həmin iltizamı imzalamışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirmişdir ki, o, iddiaçıdan 31000 manat məbləğində pul almış, ondan 26000 manatı qaytarmışdır. 5000 manat qalmışdır. İddiaçının 5000 manata görə məhkəməyə müracət etməsini anlamır. O, iddiaçıdan qəbzdə göstərilən 56000 manatı almamışdır. Qəbzlər onun tərəfindən tərtib edilmişdir. Amma onun qəbzləri tərtib etməkdə məqsədi pulun alınmasını təsdiq etmək deyildi, qəbzləri tərtib etdikdən sonra pulları almış şəxsə göstərmişdir ki, iddiaçı ondan belə bir qəbz almışdır və o, iddiaçıya olan borcunu ödəməlidir. Buna dair səs yazıları da var. Məhkəməyə təqdim edəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -A4 formatındakı xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, “Mən Cavabdeh aldığım 31000 manat pulu 10 gün müddətində qaytaracağam. Əks təqdirdə mən İddiaçı 41000 manat pulu qaytaracağam”. İltizam Cavabdeh, Novruzov Orxan, Quluyev Samir və Həsənov Cümşüd tərəfindən imzalanmışdır. -A4 formatındakı iltizamdan görünür ki, “Mən Cavabdeh İddiaçı 56000 manat onun tanıdığı Hacıyev İlqara verdim. Həmin pula İlqar (Emin) Vaqifin oğlunu MTN işə düzəldəcək. Eminin oğlu MTN-də xidmət edir. İltizamı özüm yazdım”. İltizam Cavabdeh, Novruzov Orxan, Quluyev Samir və Həsənov Cümşüd tərəfindən imzalanmışdır. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 381 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 31000 manat və 56000 manat məbləğində pulu oğlunu işə düzəltmək və dostunu işə bərpa etmək üçün vermişdir. Cavabdeh ümumulikdə 87000 manat pulu İddiaçı almış və bu borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh pulu qaytarmamış və pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı qızından ümumilikdə 87000 (56000 manat və 31000 manat) manat məbləğində pulu almış, buna dair iltizamlar tərtib etmişdir, lakin hazırkı vaxtadək pulun müqabilində öhdəsinə götürdüyü işi görməmiş, həmçinin pulu qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıdan ümumilikdə 31000 manat məbləğində pul aldığını, ondan 26000 manatı artıq qaytardığını bildirsə də, etdiyi ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş və iltizamın tərtibində iştirak etmiş şəxslər də, iddiaçı tərəfindən cavabdehdə ümumilikdə 87000 manat məbləğində pul verildiyini təsdiq etmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, aldığı pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərtib etdiyi iltizamdan aldığı 31000 manat pulu 10 gün müddətində qaytarmadığı təqdirdə iddiaçıya 41000 manat ödəyəcəyini göstərmişdir. Hazırda iddiaçı göstərilənə əsaslanaraq cavabdehdən məhz 41000 manat pulunun alınmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, həmin iltizamla, məhkəmə iclasında cavabdehin vermiş olduğu izahatla və şahid ifadələri ilə, iddiaçının cavabdehə 31000 manat pul verdiyi təsdiq edilmişdir. Cavabdeh əlavə 10000 manat pul ödəyəcəyi ilə bağlı öhdəlik götürsə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan məhz 31000 manat məbləğində pul almış və ondan əlavə, iddiaçı tərəfindən verilməmiş 10000 manat pulun tutulması üçün real əsaslar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia “cavabdehdən 41000 manat pulun alınması” hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ümumilikdə 87000 (səksən yeddi min) manat məbləğində pul və ödənilmiş 351 manat dövlət rüsumu alınıb, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 381 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 381 manat dövlət rüsumunun 30 manatı iddiaçıya, 351 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə 87000 (səksən yeddi min) manat məbləğində pul və ödənilmiş 351 manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 30 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-792/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-792/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver