Məhkəmə qərarları › İş №2(007)-796/2019

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-796/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-796/2019 04.03.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Abşeron telekommunikasiya qovşağı ilə Cavabdeh arasında bağlanmış 04.02.2011-ci il tarixli müqaviləyə əsasən onun istifadəsinə verilmiş ***-**-** saylı telefon nömrəsinə görə 28.02.2017-ci il tarixə 30 manat abunə, 4.68 manat danışıq olmaqla, cəmi 34.68 manat borc yaranmışdır. Borcun ödənilməsi barədə abunəçiyə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də onun tərəfindən borc ödənilməmişdir. Qeyd olunanlara əsasən cavabdehin istifadəsində olmuş ***-**-** saylı telefona görə yaranmış 30 manat abunə, 4.68 manat danışıq olmaqla, cəmi 34.68 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2011-ci il tarixli CDMA xidmət müqaviləsindən görünür ki, ***-**-** saylı telefon nömrəsi cavabdehin istifadəsinə verilmişdir. İş materiallarında olan 03 fevral 2011-ci il tarixli CDMA xidmət müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin müqaviləyə əsasən lokal giriş-çıxış danışıqlardan limitsiz istifadə paketi üzrə xidmət haqqı 10 manat təşkil edir. İş materiallarında olan CÇN seriyalı, ******* nömrəli ödəniş qəbzinin kötüyündən görünür ki, Cavabdeh 04.02.2019-cu il tarixdə 10 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ***-**-** saylı telefon nömrəsi üzərində ŞAD-a görə 4.68 manat, abunəyə görə 30 manat, ümumilikdə 34.68 manat borcu qalmışdır. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 20 noyabr 2018ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi onlardan tələb edilmiş və əks halda məhkəməyə müraciət ediləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, Cavabdeh ilə kreditor İddiaçı arasında 03 fevral 2011-ci il tarixli CDMA xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ***-**-** saylı telefon nömrəsi cavabdehin istifadəsinə verilmişdir. Lakin abonent müqavilə ilə müəyyən olunmuş xidmət haqqını ödəməmişdir. Bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 13.12.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, məhkəmədə mülki işin baxılması üçün cəmiyyət tərəfindən 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin istifadəsində olmuş ***-**-** saylı telefona görə yaranmış 30 manat abunə, 4.68 manat danışıq olmaqla, cəmi 34.68 manat borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehin istifadəsində olmuş ***-**-** saylı telefona görə yaranmış 30 manat abunə, 4.68 manat danışıq olmaqla, cəmi 34.68 manat borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edənFikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar