Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-80/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, X1, X2 və X3 ünvan 1 ünvanına yaşayış sahəsinə istifadə hüquqlarının 2002-ci il tarixdən tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasındakı nikahları 28 dekabr 2002-ci il tarixdə Bakı şəhəri Nizami rayonu qeydiyyat şöbəsində 795 №-ilə qeydə alınmışdır. Evliliyin ilk günündən etibarən ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə gəlin gəlmişdir və bu günədək həmin ünvanda yaşayır. Birgə nikahdan 09 noyabr 2003-ci ildə X4, 01 iyul 2005-ci ildə X5 və 05 sentyabr 2011-ci ildə X6 anadan olmuşdur. Uşaqları da bu evdə anadan olub, burada böyüyüb boya başa çatıblar. Artıq 10 ildir daimi yaşadığı ünvan üzrə qeydiyyata alınmışdır. Uşaqları yaşadıqları ünvan üzrə qeydiyyatdadırlar. Nizami Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(007)- 2672/2019 saylı qətnaməsi ilə cavbadehlə aralarındakı nikah pozulduqdan sonra üç uşağı ilə birlikdə həmin mənzildə yaşayırlar. O, hesab edir ki, qanunvericiliyin tələbləri nəzərə alırmaqla onların ünvan 1 ünvanına istifadə hüquqları 2002-ci il tarixdən məhkəmə qaydasında tanınmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinin uşaqlar balaca olduğu üçün iddiaçının həmin ünvanda 3 il yaşamağına icazə verilməsi ilə bağlı qətnaməsi ilə razı olduğunu, lakin hazirki iddia ilə razılaşmadığını, iddiaçının hazırda uşaqlar ilə birlikdə həmin ünvanda yaşadığını bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanı xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 17.11.2016-cı il tarixdə qeydə alınmışdır. - Bakı şəhəri Nizami rayonMəhkəməsinin 25.11.2019-cu il tarixli, 2(002)-2672/2019 saylı qətnaməsinin çıxarışından görünür ki, iddianın qismən təmin edilməsi, Ələkbərov Cəmşı̇ d Rəşı̇ d oğlu ilə İddiaçı Tahı̇ r qızı аrаsındа 28 dekabr 2002-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 795 № ilə qеyd edilmiş nikahın pozulması, 09 noyabr 2003-cü il təvəllüdlü X4, 01 iyul 2005-ci il təvəllüdlü X5 və 05 sentyabr 2011-ci il təvəllüdlü X3 anaları İddiaçı Tahı̇ r qızının himayəsində saxlanılması, 09 noyabr 2003-cü il təvəllüdlü X1, 01 iyul 2005-ci il təvəllüdlü X2 və 05 sentyabr 2011-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Ələkbərov Cəmşı̇ d Rəşı̇ d oğlundan 18 iyul 2019-cu il tarixdən hesablanmaqla hər uşaq üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Tahı̇ r qızına verilməsi qət edilmişdir. - "xxxx" MTK-nın İdarə Heyətinin 71 saylı, 30.11.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 1984-cü ildən övladları və həyat yoldaşı ilə ünvan 5 ünvanında yaşayır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(002)-882/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılmaqla xitam verilməsi və cavabdeh İddiaçı həmin tarixdə həmin mənzildən çıxarılması, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququnun saxlanılması, müddətin əvvəlinin qətnamənin qəbul etdiyi vaxtdan hesablanması, qətnamənin 02.10.2023-cü il tarixdə icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(103)-1923/2021 saylı qətnaməsindən görünür ki, tərəflərin apellyasiya şikayəti təmin edilməmiş və 02.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Həsənova X7 Cəmşid Rəşid oğlu ilə evləndikdən sonra ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə gəlin gəlmişdir. Övladları ilə hazırda həmin ünvanda yaşayır. Daha sonra Cavabdeh İddiaçı ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(002)-882/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılmaqla xitam verilməsi və cavabdeh İddiaçı həmin tarixdə həmin mənzildən çıxarılması, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququnun saxlanılması, müddətin əvvəlinin qətnamənin qəbul etdiyi vaxtdan hesablanması, qətnamənin 02.10.2023-cü il tarixdə icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(103)-1923/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(002)-882/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanılmaqla xitam verilməsi və cavabdeh İddiaçı həmin tarixdə həmin mənzildən çıxarılması, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 03 il müddətə istifadə hüququnun saxlanılması, müddətin əvvəlinin qətnamənin qəbul etdiyi vaxtdan hesablanması, qətnamənin 02.10.2023-cü il tarixdə icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2(103)-1923/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzil Cavabdeh 2016-cı il tarixdə atası tərəfindən bağışlanmış, Cavabdeh mülkiyyətinə keçdikdən sonra İddiaçı həmin mənzilə qüvvədən olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən iddiaçının ailə üzvü kimi istifadə hüququ yaranmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından İddiaçı həmin mənzildə istifadə hüququ saxlanmamış, istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmiş, lakin, onun 2002-ci ildən həmin mənzildə yaşamasını və üç azyaşlı uşağı ilə birlikdə başqa yaşayış yerinin olmamasını nəzərə alaraq həmin mənzildən istifadə hüququnun 3 il müddətinə saxlanması qərarına gəlmişdir. Beləliklə, qanuni qüvvəsini almış qətnamələrdən də görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzildə istifadə hüququ saxlanmamış, istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzilə istifadə hüququ tanınmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, hazırda İddiaçı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, 11 saylı mənzilə istifadə hüququ tanınmadığından, İddiaçı və Cavabdeh övladları X1, X2 və X6 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(002)-2672/2019 saylı qətnaməsi ilə İddiaçı himayəsinə verildiyindən, X1, X2 və X3 yaşayış yeri İddiaçı yaşayış yeri sayıldığından iddia tələbi onlara münasibətdə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “İddiaçı, X1, X2 və X3 ünvan 1 ünvanına yaşayış sahəsinə istifadə hüquqlarının 2002-ci il tarixdən tanınması” tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 20 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı, X1, X2 və X3 ünvan 1 ünvanına yaşayış sahəsinə istifadə hüquqlarının 2002-ci il tarixdən tanınması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-80/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-80/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver