Məhkəmə qərarları › İş №2(007)-805/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-805/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-805/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC BOKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanıb, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçib. İddiaçı QSC-nin Nizamnaməsinə edilən 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulan aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılan hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilən dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər S-FK-1436 saylı, 27 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilib. "xxxx" ASC-nin Premyer müştəri xidməti ilə cavabdeh arasında 04.11.2014-cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı Kredit Müqaviləsi bağlanıb. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti verilib. 04.11.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ona ayrılan kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə edib. Kredit vəsaitinin təminatı kimi "xxxx" ASC-nin ABB Premyer müştəri xidməti ilə Cavabdeh1 arasında 04.11.2014-cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı zaminlik müqaviləsi bağlanıb. Kredit Müqaviləsinə əsasən Bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 8000 (səkkiz min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürüb. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməyib. Belə ki, Cavabdeh2 banka hazırda olan əsas borcu 865,99 manat, olmaqla cəmi 865,99 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilib və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanan faiz borcu haqqında məlumat verilib və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunub. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməyib. Qeyd olunanlara əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 865.99 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, cavabdehlər borcu ödəməkdən yayınırlar. Borcun ödənilməsi dəfələrlə cavabdehlərə təklif olunsa da, bunun nəticəsi olmayıb. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış 04.11.2014cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı Kredit Müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 8000 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.11.2014cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.11.2014-cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı zaminlik müqaviləsi üzrə borcun təminatı olaraq bankla zaminlik müqaviləsi bağlayaraq zamin vəzifəsini öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 36 ay ərzində hər ay 305.60 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına on beş gün müddətinə "xxxx" ASC-yə məxsus problemli aktivlərin müəyyən olunması və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx"QSC Bank olmayan Kredit Təşkilatının(bundan sonra-“Aqrokredit QSC”-nin idarəetməsinə verilməsi tapşırılmışdır. İş materiallarında olan, "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış "xxxx" ASC– nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" QSC-nə güzəşt olunmasına dair 11 avqust 2015-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" ASC-yə məxsus problemli aktivlərin müəyyən olunması və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılaraq "xxxx"QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx"QSC-nə güzəşt edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09/2747 nömrəli 05.05.2021-ci il tarixli ekspert rəyindən qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh2 arasında bağlanmış 04.11.2014-cü il tarixli, 72-04.112014SM105 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borcalanın 2029,83 manat əsas,21,09 manat faiz borcu vardır. İş materiallarında olan 14.10.2020-ci il tarixli bildirişdən görünür ki, “X1 Edilməsi Agentliyi” MMC tərəfindən “Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsindən irəli gələn pul tələbinin təmin olunması barədə xəbərdar olunmuş, ondan 865.99 manat məbləğində borcun qaytarılması tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 04.11.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 7680 manat kredit verilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 26.08.2021-ci il tarixə 865.99 manat təşkil edir. İş materiallarında olan 30.10.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X1 Edilməsi Agentliyi” MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış 04.11.2014-cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı Kredit Müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 8000 manat məbləğində pul vəsaiti verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.11.2014-cü il tarixdə, № 72-04.11.2014-SM105 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış 04.11.2014-cü il tarixdə, № 72- 04.11.2014-SM105 saylı zaminlik müqaviləsi üzrə borcun təminatı olaraq üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Zamin isə üzərinə düşən zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 865.99 manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 865.99 manat borc və 30 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar