Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-805/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən ona olan 1500 (bir min beş yüz) manat borcun, ona məxsus vəsaiti uzun müddət əsassız saxladığına görə həmin məbləğdən bank faizi ilə hesablanmış 250 (iki yüz əlli) manatın, vəkil xidmətlərinə görə ödədiyi (yüz əlli) manatın, cəmi 1900 (min doqquz yüz) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə “Oba” marketlər şəbəkəsinə məxsus marketdə tanış olmuşdur. 2022-ci ildə onlar arasında paltar və qızılzinət əşyalarının alqı-satqısı olmuşdur. Cavabdeh əvvəllər ondan aldığı əşyaların dəyərini ödəsə də, sonralar ona olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh dəfələrlə müraciət etsə də o, ona olan 1500 (bir min beş yüz) manat borcunu indiyə qədər ödəməmişdir. Cavabdehin ona olan borcunu ödəmək niyyətində olmadığı görərək məcbur qalıb Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis bölməsinə müraciət etmişdir. Cavabdeh Polis bölməsində verdiyi izahatında ona borclu olduğunu etiraf etmiş və borcunu hissəhissə ödəyəcəyini bildirmişdir. Lakin xeyli zaman keçməsinə baxmayaraq cavabdeh ona heç bir vəsait ödəməmişdir. Belə hesab edir ki, cavabdehdən ona olan borcu məhkəmə qaydasında tutulmalıdır. Qanunvericiliyin tələbinə görə Cavabdeh ona olan borcunu, dəymiş maddi zərərin əvəzini tam həcmdə ödəməlidir.
İş materialları :
3. İddiaçı Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatında o, göstərilən ünvanda ailəsilə birlikdə yaşadığını, 2022-ci ildə tanışı Cavabdeh adlı xanıma qızıl zinət əşyası, Samsung Az2 markalı telefonu və müxtəlif növ geyim paltarlarını verdiyini və həmin əşyaların pulunu ona hər ay hissə-hissə ödəyəcəyini, müəyyən bir qismini ödədikdən sonra təxminən 8 aya yaxındır ki qalan 1500 manat pulu hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişdən yayındığını bildirmişdir.
4. Cavabdeh Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də verdiyi izahatında o, İddiaçı hissə-hissə ödəmək şərti ilə mobil telefon (700m), paltar və qızıl-zinət əşyası 1500 manat dəyərində özü üçün aldığını və müəyyən səbəblərdən dolayı həmin ödənişi edə bilmədiyini bildirmişdir. Hər ayın 15-i ödəniş edəcəyinə söz vermişdir.
5. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru Namiq Şıxəliyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ərizə araşdırılarkən vətəndaş İddiaçı ərizəsində göstərdiyi xüsusatların mülki xarakterli mübahisə olması müəyyən edilərək həmin mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməsinin məqsədə uyğun olması barədə rəsmi cavab məktubu göndərilmişdir.
6. Cavabdeh məhkəməyə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı telefon, qızıl və 300 manat borc götürdüyünü bildirmiş və 1500 manat qalıq borcu olduğunu qəbul etmişdir.
7. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 39 manat dövlət rüsumu ödənilmişdir.
8. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin Bakı şəhəri 6 saylı vəkil bürosu rərəfindən təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına vəkil xidməti üçün 150 manat ödəniş edilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, Cavabdeh ilə pandemiya dövründə ticarət etmişdir. Ona təxminə 2000-3000 manatlıq qızıl-zinət əşyası və paltar vermişdir. Cavabdeh ilk vaxtlar ödəniş edirdi, lakin sonradan ödəniş etməyi dayandırmışdır. Hazırda ümumi borcdan 1500 manat borcu qalmışdır. Cavabdeh sonuncu ödənişi 2 il bundan öncə etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edərək, izahatında bildirdi ki, 1500 manat borcdan əlavə, cavabdehin həmin pul vəsaitini əsassız saxlaması nəticəsində ondan faydalanmağa görə bank faizi ilə hesablanmış 250 manat pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. O həmçinin bildirmişdir ki, hazırda bank uçot dərəcəsinin neçə olduğunu bilmir, məhkəmə tərəfindən hesablanaraq ödənilməlidir. Həmçinin qanunvericilikdə cavabdehin həmin pul vəsaitini özündə saxlamaqla faydalanmasını sübut etmək tələb edilmədiyini bildirmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan 300 manat borc, 650 manat dəyərində telefon və qızıl-zinət əşyası almışdır. İmkanı olmadığı, əmək haqqısı az olduğu üçün ödəniş edə bilməmişdir. Hazırda iddiaçıya 1500 manat borcu qalmışdır.
İşin faktiki halı :
12. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qızıl-zinət əşyalarının nisyə alqı-satqı müqaviləsi və borc müqaviləsi bağlanmışdır. Alqı-satqı və borc müqaviləsi üzrə Cavabdeh İddiaçı 1500 manat borcu olması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 191.1. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
18. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi və şifahi borc müqaviləsi bağlanmışdır.
20. Belə ki, məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı nisyə qızıl-zinət əşyaları, mobil telefon və 300 manat borc aldığını bildirmiş və 1500 min manat borcu oluğunu etiraf etmişdir. O cümlədən, iş materiallarında olan cavabdeh tərəfindən Bakı şəhəri Nizami RPİnin 24-cü Polis şöbəsinə verdiyi izahatdan görünür ki, cavabdeh iddiaçı ilə 2022-ci ildə tanış olduğunu, iddiaçıdan hissə-hissə ödəmək şərti ilə özü üçün 700 manat dəyərində mobil telefon, 1500 manat dəyərində qızıl-zinət əşyası aldığını, lakin müəyyən səbəblərdən İddiaçı olan borcunu tam ödəyə bilmədiyini bildirmişdir.
21. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 600.4-cü maddəsi və 739.1-ci maddəsi təşkil edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə alqısatqı müqaviləsinin bağlanması üçün forma tələbi müəyyən edilməmişdir. Yəni alqı-satqı müqaviləsi əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşməyiblərsə, əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər.
25. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İşin faktiki hallarından, tərəflərin əqdin icrasına yönəlmiş hərəkətlərindən görünür ki, iddiaçı hissə-hissə ödəmək şərti ilə qızıl-zinət əşyalarını alıcının (Cavabdeh) mülkiyyətinə vermiş, alıcı isə aldığı əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı əşyanın dəyərinin bir qismini ödəməsi də onun əqdi bağlamaq iradəsinin ifadəsidir.
26. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır.
27. Mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə yazılı və şifahi formada bağlana bilər. Lakin qanunvericilikdə borc müqaviləsi predmetinin məbləğindən asılı olaraq müqavilənin forma tələbi müəyyən edilmişdir. Belə ki, müqavilənin predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanılması tələbi müəyyən edilmişdir (740.2 m).
28. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin məbləği 300 manat təşkil edir.
29. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır.
30. Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməməsi və aldığı borc məbləğini qaytarmaması işin məhkəmə tərəfindən tədqiq edilmiş halları və cavabdehin etiraf etməsi ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək verilmiş əşyanın ödənilməsini və borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır.
31. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
32. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.
33. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
34. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh şifahi nisyə alqı-satqı müqaviləsi və şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı 1500 manat borcun ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.
35. Məhkəmə İddiaçı ona məxsus pul vəsaitini Cavabdeh tərəfindən uzun müddət əsassız saxlaması ilə əlaqədar bank faizi ilə hesablanmış 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
36. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatına əsasən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona məxsus pul vəsaitinin əsassız saxlanılması nəticəsində ondan faydalanmağa görə 250 manatın cavabdehdən tutulmasını tələb etmişdir. Həmçinin iddiaçının vəkili məhkəmə iclasında cavabdehdən həmin pul vəsaitinin tutulması üçün qanunvericilikdə cavabdehin həmin pul vəsaitini özündə saxlamaqla faydalanmasını sübut etmək tələb edilmədiyini bildirmişdir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
38. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, İddiaçı ona məxsus pul vəsaitinin Cavabdeh tərəfindən uzun müddət əsassız saxlanılması nəticəsində cavabdehin həmin pul vəsaitindən gəlir, fayda əldə etməsini sübut edə bilməmişdir.
Məhkəmə xərcləri :
39. İddiaçı məhkəmədən həmçinin vəkil xidmətləri üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir.
40. İş materiallarından görünür ki, iddiaçı tərəfindən vəkil xidməti üçün ödənilmiş 150 manat məbləğində pul vəsaiti ödənilmişdir.
41. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən vəkil xidməti üçün vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaiti ağlabatan olduğundan, iddia tələbi təmin edildiyindən və iddaçı tərəfindən müvafiq tələb irəli sürüldüyündən vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilidyindən, İddiaçı tərəfindən ödənilən 39 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə :
45. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1500 (bir min beş yüz) manat borc və vəkil xidmətlərinə görə ödənilmiş 150 (yüz əlli) manat olmaqla, cəmi 1650 (min altı yüz əlli) manat pul vəsaiti və ödənilmiş 39 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat borc və vəkil xidmətlərinə görə ödənilmiş 150 (yüz əlli) manat olmaqla, cəmi 1650 (bir min altı yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva