Məhkəmə qərarları › İş №2(007)-82/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-82/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-82/2020 11.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc 3830 manat, hesablanmış 3990 manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müdddətinə, 1 ədəd sırğa, 3 ədəd qolbağ və 2 ədəd sep, ümumi məbləği 4430 (dörd min dörd yüz otuz) manat məbləğində qızıl zinət əşyaları satılmışdır. Kredit müqaviləsinə əsasən borclu aldığı qızıl zinət əşyalardan istifadə etsədə, alınmış malın kreditini lazımi qaydada aparmamışdır. Beləliklə, cavabdehin bu günə 3.830 (üç min səkkiz yüz otuz) manat məbləğində əsas kredit borcu və ona hesablanmış 3990 (üç min doqquz yüz doxsan) manat hesablanmış faiz borcu, cəmi 7.820 (yeddi min səkkiz yüz iyirmi) manat məbləğində borcu vardır. İddiaçı nümayəndəsi X1 iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh1 əsas borc 3830 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirib, izahat verərək göstərmişdir ki, 31 oktyabr 2018 ci il tarixdə ona qohumu tərəfindən zəng olundu ki, o, Bakı şəhəri Nizami rayon məhkəməsinin icra şöbəsindən axtarılır. Nizami rayon məhkəməsinin icra şöbəsinə zəng etmiş və ona bildirilmişdir ki, onun guyakı İddiaçı 3830 (üç min səkkiz yüz otuz) manat borcu var. O, bildirmişdir ki, Akif adında heç kimi tanımır və ona borcu yoxdu. O, 02 noyabr 2018-ci il tarixdə Nizami rayon məhkəməsinin icra şöbəsinə getmiş və sənədlə tanış olmuşdur. İcra vərəqəsində olan ünvana getmişdir. Həmin ünvan İddiaçı məxsus “XƏYAL” marketdir və o, bu ünvanda ilk dəfə idi olurdu. Ora gedəndə satıcı Səbinə adlı qıza sual vermişdir ki onu tanıyıb tanımamasını soruşmuş, satıcı isə ilk dəfə gördüyünü bildirmişdir. Ona bildirmişlər ki, müdürləri yəni İddiaçı Azərbaycanda yoxdu. Belə olan halda müraciət etmişdir ki, onlardan mal alması ilə bağlı hansı sənədləri vardır. Səbinə xanım ona Kredit Müqaviləsi olan sənədin surətini göstərmişdir ki, guya ki o, 24 oktyabr 2012-ci il tarixdə bu maqazindən 4430 (dörd min dörd yüz otuz) manat dəyərində 6 (altı) adda qızıl zinyət əşyaları almışdır. Halbuki onun heç nədən xəbəri yoxdur. Bu ağ yalan, şər böhtandır. Mal götürüləndən sonra 6 gün sonra 200 (iki) yüz manat borcdan ödənilib, 1 (bir) il sonra yəni 10.11.2013-cü il tarixdə 400 (dörd yüz) manat borcdan yenidən ödəniş olub. 600 (altı yüz) AZN ödənildikdən sonra qalıq borc 3830 (üç min səkkiz yüz otuz) manat olub. Ödənilən məbləğlərdəndə onun xəbəri yoxdur. Satıcı olan Səbinə xanımdan soruşmuşdur ki, bəs bu ödənişlər onlara kim tərəfindən ödənilirdi. Xanım ona bildirmişdir ki, Noğul adında xanım ödəyirmiş. Sonrada ona məlum olmuşdur ki, Noğul adında xanım ona zamin durubmuş, amma o, Noğul adında heç kimi tanımır. Kredit Müqaviləsinin arxasında onun şəxsiyyət vəsiqəsinin surəti və Cavabdeh2 şəxsiyyət vəsiqəsinin surəti var. Onun şəxsiyyət vəsiqəsinin surətinin necə ora gedib çıxmasından xəbəri yoxdur. Ona da maraqlıdır ki vəsiqəsinin surətini necə əldə ediblər. Amma Kredit Müqaviləsinə olan malı alması barəsində olan imza onun imzası deyil. Tam əminliklə deyə bilər ki, müqavilədəki imza onun deyil və bütün bu hadisələrdən onun xəbəri yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, müqavilədəki imza onun deyil və bütün bu hadisələrdən onun xəbəri yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 ay müdddətinə, 1 ədəd sırğa, 3 ədəd qolbağ və 2 ədəd sep, ümumi məbləği 4430 (dörd min dörd yüz otuz) manat məbləğində qızıl-zinət əşyaları satılmışdır. Cavabdeh1 isə müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh2 həmin müqavilənin zamin qismində tərəfi olmaqla, alıcı Cavabdeh1 müqavilə üzrə öhdəliklərini tam vəya lazımınca yeryinə yetirmədiyi halda, onunla bərabər məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 24 oktyabr 2012ci il tarixli müqavilə üzrə 3830 manat əsas borc, 3990 manat cərimə borcu olmaqla, cəmi 7850 manat borcu vardır. İş materiallarında olan 09 iyun 2017-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 20 iyun 2019-cu il tarixli 13241 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adına olan 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsində “Alıcı” qrafasındakı imza Cavabdeh1 tərəfindən yox, onun həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 12 ay müdddətinə, 1 ədəd sırğa, 3 ədəd qolbağ və 2 ədəd sep, ümumi məbləği 4430 (dörd min dörd yüz otuz) manat məbləğində qızıl zinət əşyaları satılmışdır. Cavabdeh1 isə müqavilənin şərtlərinə və müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə ödəyəcəni öz öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh2 həmin müqavilənin zamin qismində tərəfi olmaqla, alıcı Cavabdeh1 müqavilə üzrə öhdəliklərini tam vəya lazımınca yeryinə yetirmədiyi halda, onunla bərabər məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr üzrə götürmüş olduğu öhdəlikləri vaxtında icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 24 oktyabr 2012-ci il tarixli müqavilə üzrə 3830 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmasını xahiş etsə də, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, sözügedən müqavilə üzrə alıcı Cavabdeh1 olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 20 iyun 2019-cu il tarixli 13241 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı və Cavabdeh1 adına olan 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsində “Alıcı” qrafasındakı imza Cavabdeh1 tərəfindən yox, onun həqiqi imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 24 oktyabr 2012-ci il tarixli kredit müqaviləsində alıcı qrafasında olan imza hazırki Cavabdeh1 məxsus olmadığından həmin müqavilə Cavabdeh1 ilə bağlanmış hesab edilə bilməz. Ona görə də iddia tələbi ona münasibətdə əsasız hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan ilə yanaşı, zamin Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, zaminliklə təmin edilmiş öhdəlik üzrə alıcının hazırki Cavabdeh1 olmadığı müəyyən olunmuşdur. Bundan başqa İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri 24 oktyabr 2012-ci il tarixdə, 24 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti 24 oktyabr 2013-cü il tarixdə başa çatmışdır. İddiaçı iddia ərizəsi isə 22 iyun 2017-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 əsas borc 3830 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 və Cavabdeh2 əsas borc 3830 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar