Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-847/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimen məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “alimen məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Məhkəməsinin 2(007)-757/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə 03 avqust 2006-cı il təvəllüdlü X4 və 14 dekabr 2008-ci il təvəllüdlü X1 müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər uşaq üçün sabit pul məbləğində ayda 235 manat (iki yüz otuz beş manat) olmaqla cəmi hər ayda 470 manat (dörd yüz yetmiş manat) məbləğində alimentin və ilkin mediasiya arayışı üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 may 2005-ci il tarixində nikaha girməklə ailə həyatı qurmuş, onların birgə nikahlarından 03 avqust 2006cı il təvəllüdlü X7 və 14 dekabr 2008-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqları gündən başlayaraq münasibətləri əvvəllər normal olsa da, sonradan onların aralarında olan münasibətlər qeyri-normal hal almış, birgə yaşamaları qeyri-mümkün olmuşdur. Cavabdeh artıq bir neçə ildir ki, onlarla birgə yaşamaqdan imtina edərək gedib başqa ünvanda ayrı yaşayır. Nizami Rayon Məhkəməsinin 2(007)-757/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə X7 və X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi manat), cəmi hər ay 440 (dörd yüz qırx manat) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin məlum qətnaməsi ilə tutulan aliment hal-hazırda uşağın saxlanılması üçün aylıq yaşayış minimumunu təmin etmir. Dəfələrlə cavabdehə əlavə olaraq uşaqlara maddi köməklik göstərməsi barədə müraciət etməyinə baxmayaraq müraciəti nəticəsiz qalmışdır. Cavabdeh uşaqlarla onların təhsili, sağlamlığı, təlim-tərbiyələri və s. ilə qətiyyən maraqlanmır, heç bir maddi köməklik göstərmir və yalnız özünü düşünür. O, iki uşağı təkbaşına maddi cəhətdən tam təminatlı olaraq böyütməkdə çətinlik çəkir. Maddi durumları çox ağırdır. Hazırkı vəziyyətdə cavabdehdən alimentin sabit pul məbləğində hər uşağa görə hər ayda 220 manat məbləğində tutulması ədalətli hesab oluna bilməz. Belə olan halda cavabdehdən qətnaməyə əsasən tutulan alimentin məbləği onun himayəsində olan iki övladının yetkinlik yaşına çatanadək təminat səviyyələrinin minimum həddə saxlanılması üçün yetərli deyildir. Bu baxımdan alimentin artırılması zərurəti yaranmışdır. Odur ki, uşaqlara görə cavabdehin ödədiyi alimentin miqdarının bundan sonra məhkəmə qaydasında baxılıb dəyişdirilməsi və sabit pul məbləğində müəyyən edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Onun tərəfindən Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununa uyğun olaraq mediatora müraciət edilmiş, ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Müvafiq olaraq X6 tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02499 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Belə ki, hazırki vəziyyətdə gedən inflyasiyanı, uşağın böyüməsini və təhsil xərclərinin artmasını nəzərə alaraq məhkəmənin əvvəlki qətnaməsi ilə kəsilmiş 220 manat uşaqların saxlanması, yüklü təhsil xərcləri və digər maddi məsrəfləri üçün yetərli deyildir. Cavabdeh Sədərək Ticarət Mərkəzi 2-ci korpus, 3-cü sıra, mağaza-145 ünvanında mağaza işlədir, biznesi var, ticarət fəaliyyəti ilə məşğuldur. Qazancı kifayət qədər yaxşıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, iki övladı vardır. Övladlarından biri abituriyentdir, dördüncü ixtisas qrupuna hazırlaşır və 6 fənndən hazırlığa gedir. Digər övladı isə Azərbaycan Tibb Universitetinin birinci kursunda təhsil alır. O, alimentin artırılmasını yalnız övladlarının təhsili üçün istəyir. Cavabdeh alimentə etiraz etmir, aliment məbləği ilə də razıdır. Sadəcə alimentin artırılmasını məhkəmə tərəfindən rəsmi olaraq müəyyən edilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçı X2 himayəsində saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçu Cavabdeh X3r xeyrinə hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat alimentin tutulması qət edilmişdir. Daha sonra iddiaçı alimentin artırılması barədə iddia qaldırmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-959/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq xx.xx.2006-cı il təvəllüdlü Hacılı Murad xtiyar oğlunun və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X2 xeyrinə hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat alimentin tutulması qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-757/2023 saylı qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan X7 və X5 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-959/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan X7 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB/9/2023-02499 saylı xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay hər uşaq üçün 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə qeyd olunan qanunvericilik normalarının formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2023-cü ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə əvvəlki qətnamə ilə cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment tutulmasını, həmin aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etməməsini, yaşayış minimumu məbləğinin artırılmasını və yuxarıda qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 757/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsaiti tələb etdiyindən və iddia tələbi təmin edildiyindən həmin vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-757/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-847/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-847/2024
28.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver