Məhkəmə qərarları › İş №2(007)-848/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-848/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-848/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 18.400 (on səkkiz min dörd yüz) manat və ödənilmiş 145,2 (bir yüz qırx beş manat iki qəpik) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X4 2019-cu il tarixdən tanıyır. Tanışlığı, birgə işlə bağlı olmuşdur. Cavabdeh X5 ona Bakı şəhəri, Zığ yolu 31 ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin təmir edilməsini təklif etdi. O da həmin təklifi qəbul etmiş və onun təklifi əsasında 18.400 (on səkkiz min dörd yüz) manat məbləğində təmir işləri aparmışdır. Lakin, cavabdeh Anar Nuruyevdən gördüyü işlərin dəyərini ödəməsini xahiş etsə də o, hər dəfə bir bahanə gətirərək pulun ödənişindən imtina etmişdir. Bununla bağlı, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə şikayət etmişdir. 36-cı Polis Şöbəsində şikayəti araşdırılmış və öz təsdiqini tapmışdır. Həmin araşdırma zamanı da cavabdeh izahatında onun görüdüyü 18.400 manat işi təsdiq edərək ev sahibindən həmin pulu almadığını bildirmişdir. Qeyd edir ki, cavabdehin görülmüş işin dəyərinin ona ödənilməsinin ev sahibindən həmin məbləği onun alıb-almaması ilə şərtləndirməmişlər. Onun görüdüyü işin dəyərini cavabdeh özü ödəməlidir. Xətai RPİ-nin 36-cı PŞ-i araşdırmanın nəticəsində xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, xüsusatlar mülki məhkəmə xarakteri olduğundan mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də cavabdehdən 18.400 manat pulu məhkəmə qaydasında tutulmasını tələb edir. Cavabdehin etirazı: Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərərək göstərmişdir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur, iddia tələbi təmin oluna bilməz, iddiaçı bu iş üzrə iddia tələbi irəli sürsədə subyektiv hüquqa malik deyildir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. İlk öncə iddia tələbi üzrə iddiaçının bu iş üzrə iddia qaldırmaq üçün sübyektiv hüquqa malik olub-olmaması müəyyən olunmalıdır. Belə ki, iddia tələbində adı çəkilən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 31 ünvanda yerləşən mənzil İran İslam Respublikasının vətəndaşı X8 adlı şəxsə məxsusdur. X8 "xxxx" MMC-də (Triumf 2022 MMC) investorudur. Podrat müqaviləsi əsasında İNTEX MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çox mərtəbəli binanın təmir işlərində iştirak etmişdir. Həmin inşaat zamanı İddiaçı onun yanında köməkçi olaraq işlərdə iştirak etmişdir. X6 xahiş etmişdir ki, çox mərtəbəli binada işlər görüldükcə özünə məxsus həmin (Bakı şəhəri, Xətai rayonu, Ziğ yolu, ev 31) yaşayış evinin təmir işlərini də görmüşdür. Qeyd olunan yaşayış evinin təmir işləri onun tərəfindən ustaları ilə birlikdə təmir olunmuş, həmin təmirdə İddiaçı nə usta kimi nə də fəhlə kimi iştirak etməmişdir. İlhamın işi yalnız onun tapşırığı əsasında lazım olan vaxtı usta qrupuna nəzərət olmuş və arada tələb olunan avadanlıqların ustalara çatdırılması olmuşdur. Qeyd olunan yaşayış evinin təmiri üçün bütün danışıqlar onunla (Anar) olmuş, bütün alış-veriş məsələri sırf ona (Anar) aid olmuşdur. İddiaçı həmin yaşayış evində heç bir fəaliyyəti olmamışdır. Ona görədə İddiaçı hazırki iddia tələbi üzrə ondan pul tələbi üçün heç bir subyektiv hüquqa malik deyildir. İddiaçı tərəfindən iddia tələbi üzrə qanunsuz tələb olunan pulun məbləğinin yaranması səbəbi onun İNTEX MMC ilə işinin yarımçıq qalmasından və MMC-nin ona borclu qaldığı mübahisəsindən yaranmışdır. Belə ki, adı çəkilən yaşayış evləri İntex MMCdə işləyən layihə rəhbəri Səid Fərzaniyə və investor Cabir Ağaya məxsus olmuş, MMC tərəfindən podrat müqaviləsi üzrə onun pulu tam ödənilmədiyindən aramızda mübahisə baş verdiyindən o da acığa düşüb onların evlərində onlara etdiyi güzəşt məbləğinin ona verilməsi üçün polisə şikayət etmişdir. Bundan sonra podrat müqaviləsi üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş məhkəmə gedişatı ərəfəsində MMC ilə artıq qarşılıqlı şəkildə razılaşmaq üçün görüşlər kecirilmiş, həmin görüşlərdə İddiaçıda onun yanında bir neçə dəfə olmuş, onun tərəfindən MMC-dən 40.000 manat tələb olunmuş, MMC isə 20.000 manat pulun verə biləcəyini bildirmiş, nəticədə MMC ilə arasında razılaşma baş tutduğundan 20.000 manat məbləğində pul vəsaiti MMC-dən alınmış, bununlada tərəfindən Bakı Kommersiya Məhkəməsində olan iddiadan imtina etmişdir. Həmçinin MMC ilə aralarındakı danışıqlar müsbət həll olunduğundan polisə verdiyi şikayətləri tələb etməmişdir. Amma buna baxmayaraq İddiaçı hər bir vasitə ilə pul əldə etmək üçün onu mübahisələrə sövq etmiş, ondan mənzillərə olan təmir pulunun alınması üçün şikayət etməyini tələb etmişdir. O da dəfələrlə ona bildirmişdir ki, bu mübahisələr və tələblər əslində qanunsuzdur, aralarındakı ixtilaflar və mübahisələr başa çatdığından, hər hansı bir şəxsdən olmayan işə görə, yaranmamış öhdəliyə görə belə bir vəziyyətdə pul tələb olunması qanunsuz və əsassızdır. İddiaçı, onu bu məsələlərdə bezdirdiyindən o, iddiaçıya etibarnamə verərək "xxxx" demişdir. İntex MMC-dən (Triumf 2022 MMC) qəbul etdiyi 20.000 manat məbləğində pul vəsaitinin 10.000 manatını İddiaçı vermişdir. Onunla aralarında heç bir maddi mübahisə olmadığından həmin gün onunla bütün şəxsi və iş münasibətlərinədə son qoymuşdur. O son qoyulmuş münasibətin acığını çıxmaq məqsədi ilə mövcud qanunsuz və əsassız iddialarla çıxış etməkdə davam edir. Məhkəməyə təqdim etdiyi foto şəkillərdən də müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı heç də təmir olunmuş məzillərdə usta kimi fəaliyyət göstərməmiş, ustaların yanında onun tapşırığı əsasında nəzərətçi olaraq dayanmışdır. Məhkəməyə məlum edir ki, təmir olunmuş mənzilllər iki mənzildən ibarət olmuşdur ki, mənzilin biri Xətai rayonunda biri isə Yasamal rayon ərazisində olmuşdur. Həmin mənzillərdə İddiaçı heç bir zaman usta qismində işləməmişdir. Buda öz növbəsində İddiaçı hazırki iddiasının yalan və əsassız olduğunu nümayiş etdirir. İddiaçı əsassız varlanma fikrinə düşmüş, bu hal yolverilməzdir, onun bu tipli iddialarının təmin olunması üçün heç bir hüquqi əsas mövcud deyildir. Göstərilənlərə əsasən İddiaçı ona qarşı “pul tələbinə dair” iddiasının rədd olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları: Azərbaycan Respublikası DİN Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin xx.xx.2024-cü il, R-10330 nömrəli məktubundan görünür ki, xx.xx.2024-cü tarixdə Xətai RPİ-nin 36-cı PŞ-nə müraciətinin icrası ilə əlaqədar İddiaçı xüsusatların məhkəmə xarakterli olduğundan mövcud məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 145 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixli, 015 saylı podrat müqaviləsindən görünür ki, sifarişçi "xxxx" MMC ilə Cavabdeh arasında 1 nömrəli Əlavədə əks olunmuş işlərin görülməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına fotoşəkillər, qəbz surəti, 01 ədəd CD disk əlavə edilmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və izahatında əlavə olaraq göstərdi ki, onlar cavabdehlə bir yerdə işləmişlər. Bütün işləri, yəni pul alış-verişini ev sahibi ilə cavabdeh etmişdir. Cavabdeh ilə şərik işləmişlər. İkisi də prorab olmuşlar. Sonda ev sahibi demişdir ki, onlara borcu yoxdur, pul verə bilməyəcək. Ustaların pulun onlar vermişlər. Ev çox böyük idi. Ev yiyəsi ilə Anar danışmışdır. Ev sahibi evə dəfələrlə gəlib onu görmüşdür. Sonda ev yiyəsi pul verməkdən imtina etmişdir. Ev yiyəsi ilə aralarında müqavilə olmamışdır. Onlar başqa yerdə işləmişlər, ev yiyəsi işlədiyi adamın dostu olmuşdur. Həmin evə getməyinin səbəbkarı o olmuşdur. Gedib həmin evə də baxmış, razılaşmışlar, işləməyə başlamışlar. 6 aydan artıq müddət keçmiş, evi təhvil vermişlər. Biryerdə hamısını tamamlayarıq deyərək pulu verməkdən imtina etmişlər. “Pulu vermişəm borcum” yoxdur demişdir. Onları oraya göndərən yoldaşla da problem olmuşdur. Gedin məhkəməyə verin demişlər. Onlarla Anar əlaqədə olmuşdur. O almış, pulları o gətirmişdir. Ev sahibi 11.600 manat onlara pul vermişdir. Ev yiyəsi tədricən pul vermişdir. Onlar öz ciblərindən də pul çıxmışdır. İşin 30.000 manatı dəyər olmuşdur. Bu işi görün pul verəcəyik deyərək aldatmışlar. 750 kvadratmetr sahəsi olan ev olmişdur. 30000 manat zəhmət haqqı olmuşdur. Onlar oradan işçilərə pul verəcəkdilər, qalanı onların olmuşdur. Fəhlələrə verilən pulu ciblərindən ödəmişlər ki, sonra ev sahibindən alarlar. 18600 manat pul cavabdehlə yarı-yarı bölünməli idi. 36 PB-da Anarla birlikdə yazılan ərizələri var. İranlılar cavabdehlə əlbir olduqlarına görə 18600 yarısını yəni 9.200 manat istəyir. Orada usta kimi yazmağa səbəb odur ki, o, ustalara nəzarət etmişdir. Bu işin pulu ona aid olmuşdur. Öz əmlakını satıb, bu işi öz pulu ilə idarə etmişdir. Anarın işi orada yazı-pozu, sənəd işləri olmuşdur. Onun sənəd işlərindən başı çıxmadığı üçün Anar baxmışdır. Ona görə də sənədlərdə adı olmamışdır. Amma maliyyəçi o, olmuşdur. Usta kimi divara suvaq çəkməmişdir, onlara nəzarət etmişdir. O, orada nə qədərlik iş gördüklərini Anardan soruşmuş, Anar da 251000 manatlıq iş gördüyünü demişdir. Şirkət borcu olmadığını deyib etiraz etmişdir. Rəsmi sənədlər göstərmişdir ki, 479000 manat pulun onlara verildiyini demişdir. O, Anardan soruşmuşdur ki, 251000 manat olmuşdur, 479000 min manat haradan çıxmışdır? Anar 20000 manat imza atıb gələndən sonra o, demişdir ki, razı deyil. 18400 manatın yarısını tələb edir. Onlar birlikdə işlədiklərinə görə biryerdə polisə şikayət etmişlər. Anarın 18400 manatın yarısını alıb-almadığını bilmir. Pulu həmişə Anar almışdır. Polisdən sonra da yanında olmadığına görə ondan şübhələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iranlı dediyi İnteks MMC-dir. Onların şirkət Nur MMC-dir. Onların həmin şirkətlə podrat müqavilələri olmuşdur. İnteks MMC-nin layihə rəhbəri ilə onların əvvəldən tanışlığı olmuşdur. Onlar İlham bəylə başqa layihədə işləmişlər. Əmək haqqının müəyyən hissəsini iddiaçı ilə bölüşmüşdür. Onlar neçə il birlikdə işləmişlər. İranlılar yəni İnteks MMC onlara 479000 manatlıq layihə vermiş və onlar birlikdə işləmişlər. Qazanclar da aralarında bərabər bölünmüşdür. Başqa hakimin icraatında başqa bir prosesləri də var. İş davam edirdi, onlara başqa təklif etmişlər ki, mənzilləri var, orada tamamlanmamış işləri var. Qiymətləndirmə etmi. və müəyyən güzəşt etmişlər. Çünki onlara çox iş verirmişlər, demişlər ki, bu dəfə qazanmasınlar. 18.600 manatın təxmini 7000 manatını oradan çıxmışlar. Çünki divar kağızı vurulmalı idi, onların o imkanları olmamışdır, onun üçün başqa briqada gəlmişdir. Onların işi müəyyən qüsurları aradan qaldırmaq və molyar işləri olmuşdur. Şirkətlə təhvil-təslimə gələndə müəyyən mübahisə yaranmışdır. Səyid bəy onların işində qüsurlar olduğunu demişlər. Onlar acıqlanmış və Bakı Kommersiya Məhkəməsində 70000 manatlıq iddia qaldırmışlar. Uzun sürən mübahisədən sonra onların hüquqşünası ilə danışmış və ortaq bir qərara gəlmişlər. Onlar iddiaçı ilə aralarında 40000 manata razılaşmışlar. Amma hüquqşünasları demişdir ki, ancaq 20000 manat verə bilərlər. Həmin 20000 manatı İlham bəylə yarı bölmüşlər. Onun özünün də 36-cı PB-nı şikayəti olmuşdur, məhkəmədən sonra geri çəkmişdir. İlham bəyə də demişdir ki, şirkətdən çörək yemişlər, daha bu söhbəti qutarsınlar. Lakin o razılaşmamışdır. Demişdir ki, müqavilə yox, onsuz sübut edə bilməyəcəklər. O, iddiaçıya etibarnamə vermişdir ki, nə istəyir etsin. Səfirliyə və başqa orqanlara şikayət etmişdir, amma nəticəsi olmamışdır. Onlardan birşey ala bilməmişdir, indi onu məhkəməyə vermişdir. İddiaçı usta kimi işləməmişdir, idarəçilik, təşkilatçılıq etmişdir, birliktə işləmişlər. İlham bəyin mənzillərə aidiyyatı yoxdur. Orada onun ustası işləmişdir. İlham bəyə demişdir ki, müəyyən məbləğ çatışmır, səndə varsa qoy. İlham bəy pul qoyub, 7000 manatın qarşılığında bir etajın ümumi gəlirini götürmüşdür. Haradasa 12000-13000 manat edir. Onlara iş verdiklərinə görə təmirdə həmin məbləği onlara güzəşt eləmişlər. Onları incitdikləri üçün isə demişlər ki, niyə güzəşt etsinlər? Buna görə bir yerdə polisə şikayət etmişlər. Sonra Kommersiya Məhkəməsində barışıq olduğuna görə o, geri götürmüşdür. İlhama sübut olmadığını, sübyektiv hüquq olmadığını, uduzacaqlarını demişdir. Onlar həmin şirkətə bu pulu hörmət etmişlər. İncitdiklərinə görə isə geri istəyirlər. Həmin pulu o da almamışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə İddiaçı cavabdeh X1 pul tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ərizəsində 18400 manat pul tələb etmiş, məhkəmə iclasında verdiyi ifadəsində həmin pulun yarısının, yəni 9200 manatın ona aid olmasını demiş, sözügedən pulun gördükləri işlər nəticəsində şirkət tərəfindən cavabdehə ödənilməli olduğunu, cavabdehin isə həmin pulu ona verməli olduğunu, lakin cavabdehin həmin məbləğdə pul vəsaiti əldə edib-etmədiyini dəqiq bilmədiyini bildirmişdir. Cavabdeh isə izahatında onların müqavilə üzrə gördükləri işlərlə əlaqədar şirkət tərəfindən pul ödənilməli olduğunu, şirkətlə mübahisələr yarandığını, həmin mübahisə ilə bağlı aralarında sonradan razılıq əldə edildiyini və 20000 manat alaraq aralarında böldüklərini bildirmiş, yerdə qalan pulun şirkət tərəfindən ödənilmədiyini söyləmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dаir iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar