Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-85/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 64942,06 (altmış dörd min doqquz yüz qırx iki manat 06 qəpik) manat, bundan 46136,83 (qırx altı min yüz otuz altı manat 83 qəpik) manat əsas, 14104,49 (on dörd min yüz dörd manat 49 qəpik) manat faiz, 4700,74 (dörd min yeddi yüz manat 74 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 17-də yerləşən 33 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 342/İK/11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllə, ev 17-də yerləşən 33 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 03 fevral 2011-ci il tarixli 1-342 saylı Alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə görə, bank hesabına daxil olmuş vəsaitlər kreditor tərəfindən notariat kontorunun depozit hesabına köçürülür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən 1 iş günü ərzində 20000 manat məbləğində ilkin ödəniş borcalan tərəfindən bank hesabına ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olunduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2006-cı il tarixli 06 saylı xidmət müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 06-2507/12 saylı əlavə ilə ipoteka kreditlərinin reyestri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ipoteka hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********062 saylı xx.xx.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2020-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 64942,06 (altmış dörd min doqquz yüz qırx iki manat 06 qəpik) manat təşkil edir. Bundan 46136,83 (qırx altı min yüz otuz altı manat 83 qəpik) manat əsas, 14104,49 (on dörd min yüz dörd manat 49 qəpik) manat faiz, 4700,74 (dörd min yeddi yüz manat 74 qəpik) manat cərimə borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verək bildirmişdir ki, bank tərəfindən cavabdehdən tutulmalı olan borcun məbləği düzgün hesablanmamışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 342/İK/11 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 300 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X2 arasında bağlanılmış xx.xx.2011-ci il tarixli İ-342 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “18” yanvar 2011-ci il tarixli 11/815 nömrəli arayışa əsasən ünvan 1 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzili mənzili Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Mənzilin satış qiyməti 70000 manatdır, mənzilin dəyərinin 20000 manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 50000 (əlli min) anatı isə Kreditor-İpoteka saxlayan tərəfindən “03” fevral 2011-ci il tarixli 342/İK/11 saylı Kredit müqaviləsinə əsasən Alıcı- İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış “03” fevral 2011-ci il tarixli 342/İK/11 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 638 nömrəli reyestr kitabının 58515 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2011-ci il tarixli 342/İK/11 saylı kredit müqaviləsinin təminatı olaraq 300 ay müddətinə "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli, **********287 №-li maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə 46136,83 manat əsas, müqavilə müddəti üçün hesablanmış 14104,49 manat faiz borcu, 4700 manat cərimə, cəmi 64942,06 manat məbləğində borcu vardır. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka olan 64942,06 manat məbləğində borcunu 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəmə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində X4 ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2006-cı il tarixli 06 saylı Xidməti müqaviləyə xx.xx.2012-ci il tarixdə edilmiş 06-2507/12 saylı əlavədən görünür ki, ipoteka kreditlərinin reyestri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ipoteka hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2021-ci il tarixli LP-195/21 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən 17 saylı evin 33 saylı mənzilinin ilkin satış (likvid) qiyməti 86000 manat, hazırkı bazar qiyməti iə 93000 manat təşkil edir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/731 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2020-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixədək) banka ödənilməli olan borcu ümumilikdə 60241,32 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 46136,83 manat və faiz borcu üzrə 14104,49 manat. - Elekton Xidmətlər Portalından olan çıxarışlardan görünür ki, iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı ödəmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 342/İK/11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh arasında 03 fevral 2011-ci il tarixli 1-342 saylı Alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə görə, bank hesabına daxil olmuş vəsaitlər kreditor tərəfindən notariat kontorunun depozit hesabına köçürülür. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən 1 iş günü ərzində 20000 manat məbləğində ilkin ödəniş borcalan tərəfindən bank hesabına ödənilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olunduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2006-cı il tarixli 06 saylı xidmət müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 06-2507/12 saylı əlavə ilə ipoteka kreditlərinin reyestri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ipoteka hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********062 saylı xx.xx.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 342/İK/11 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 300 ay müddətinə, illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olunduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış xx.xx.2006-cı il tarixli 06 saylı xidmət müqaviləsinə edilmiş xx.xx.2012-ci il tarixli 06-2507/12 saylı əlavə ilə ipoteka kreditlərinin reyestri əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ipoteka hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC ASC arasında bağlanılmış xx.xx.2011-ci il tarixli 342/İK/11 saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2020-ci il tarixinə cavabdehin 46136,83 manat əsas, müqavilə müddəti üçün hesablanmış 14104,49 manat faiz borcu, 4700 manat cərimə, cəmi 64942,06 manat məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2022-ci il tarixli 9/731 nömrəli rəydən görünür ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə olan borcu 46136,83 əsas borc, 14104,49 manat faiz borcu olmaqla, ümumilikdə 60241,32 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyini qəbul edərək hesa edir ki, cavabdehlər Cavabdeh 46136,83 manat məbləğində əsas borc və 14104,49 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. MM-in: 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 4700,74 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 1000 manat müəyyən ediməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən mənzil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа dаşınmаz əşyаlаrа, hаbеlə rəsmi rеyеstrdə qеydə аlınmаlı оlаn dаşınаr əşyаlаrа əşyа hüquqlаrının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh oğluna məxsus ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Cavabdeh məxsus olan olan ünvan 2 ünvanında yerləşən mənzilin likvid qiyməti 86 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh məxsus olan olan ünvan 3 ünvanında yerləşən mənzili hərraca çıxarıldıqda, ilkin satış qiyməti 86000 (səksən altı min) manat müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 46136,83 manat əsas borc, 14104,49 manat faiz borcu və 1000 manat cərimə borcu, cəmi 61241,32 manat borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzilinə tutma yönəldilməli, evin ilkin satış qiyməti 86000 manat müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 61241,32 manat məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Məhkəmə, iddia tələbinin “ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından da göründüyü kimi, ipoteka predmeti olan əmlak məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuş və həmçinin cavabdeh ipoteka predmetinə tutma yönəldikdə və o, satıldıqda yeni sahib tərəfindən tələb irəli sürüldüyü tarixdən bir ay ərzində ipoteka qoyanla evi tərk edəcəyinə dair notarial qaydada öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh həmin mənzili ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda mənzil boşaldılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən 30 (otuz) manat məhkəmə üçün və iddiaçı ipoteka predmeti olan daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı ödənilmiş, cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə, işdə olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli LP-195/21 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat və işdə olan xx.xx.2022-ci il tarixli 9/731 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 300 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, həmçinin məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 46136,83 manat əsas borc, 14104,49 manat faiz borcu və 1000 manat cərimə borcu, cəmi 61241,32 məbləğində kredit borcu, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınmasına dair ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəldilməli, ipoteka predmeti 86000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılmalı, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mənzil ən geci bir ay ərzində boşaldılmalı, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank VEÖN: **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod: 512565, hesab: AZE30AZRT********************, SWİFT kod: AZRT AZ 22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 46136,83 manat əsas borc, 14104,49 manat faiz borcu və 1000 manat cərimə borcu, cəmi 61241,32 məbləğində kredit borcu, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınmasına dair ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəldilsin, ipoteka predmeti 86000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İpoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mənzil ən geci bir ay ərzində boşaldılsın. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Bank VEÖN: **********, "xxxx" ASC-nin Yasamal filialı, Kod: 512565, hesab: AZE30AZRT********************, SWİFT kod: AZRT AZ 22, Müştərinin hesab nömərəsi: AZE02NABZ********************) ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-85/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-85/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver