Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-852/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Muzənfər oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Muzənfər oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Muzənfər oğlundan “İddiaçı" ASC-nin xeyrinə 15 avqust 2019-cü il tarixli kredit müqaviləsi üzrə 3254,26 manat əsas borc, 95,1 manat faiz borcu və 17,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3366,89 manat borcun və manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını, "xxxx" İKB ASC ilə Cavabdeh Muzonfər oğlu arasında bağlanmış 15 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Muzənfər oğlu 15 avqust 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 oktyabr 2020-dək Cavabdeh Muzənfər oğlunun banka 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3254,26 manat əsas borc, 95,1 manat faiz borcu və 17,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3366,89 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh Muzənfər oğlu məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Borcverən “xxxx” İKB ASC və borcalan Cavabdeh Muzənfər oğlu arasında bağlanmış 15 avqust 2019-cu il tarixli 23-Y-1-0-1496-19 nömrəli kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, təşkilat tərəfindən Cavabdeh Muzənfər oğluna 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Muzənfər oğlu 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “xxxx” İKB ASC-nin 15.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh Muzənfər oğlu 4000 AZN məbləği “xxxx” İKB ASC-dən təhvil almışdır. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 22.11.2019-cu il tarixli çıxarışdan görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. - İddiaçı ASC-nin 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Muzənfər oğlunun İddiaçı ASC-yə 3254,26 manat əsas borc, 95,1 manat faiz borcu və 17,53 manat cərimə borcu olmaqla, cəmi 3366,89 manat borcu vardır. - İddiaçı ASC-nin 16.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Muzənfər oğlunun İddiaçı ASC-yə 2686,83 manat əsas borc, 57,27 manat faiz borcu və 8,91 manat cərimə borcu olmaqla, cəmi 2753,01 manat borcu vardır. - İddiaçı ASC-nin 28.09.2020 il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Muzənfər oğlu 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. - 12.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Muzənfər oğlu 15 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 24 faizlə 36 ay müddətinə 4000 manat kredit götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmişdir. 01 oktyabr 2020-dək Cavabdeh Muzənfər oğlunun banka 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3254,26 manat əsas borc, 95,1 manat faiz borcu və 17,53 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3366,89 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göründüyü kimi, Cavabdeh Muzənfər oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh Muzənfər oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh Muzənfər oğlu öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh Muzənfər oğlu müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin 16.02.2021-ci il tarixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh Muzənfər oğlunun İddiaçı ASC-yə 2686,83 manat əsas borc, 57,27 manat faiz borcu və 8,91 manat cərimə borcu olmaqla, cəmi 2753,01 manat borcu vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh Muzənfər oğlundan İddiaçı ASC-nin xeyrinə 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2686,83 manat əsas borc, 57,27 manat faiz borcu, 8,91 manat cərimə olmaqla, ümumilikdə cəmi 2753,01 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Muzənfər oğlundan İddiaçı ASC-nin xeyrinə 15 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2686,83 manat əsas borc, 57,27 manat faiz borcu, 8,91 manat cərimə olmaqla, ümumilikdə cəmi 2753,01 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-852/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-852/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver