Məhkəmə qərarları › İş №2(007)-853/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-853/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-853/2021 09.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2281.12 AZN əsas borc, 305.30 AZN faiz borcu və 43.86 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2630.28 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması, Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması xahiş olunmuşdur. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il oktyabrın 26-dək Cavabdeh banka 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2281.12 AZN əsas borc, 305.30 AZN faiz borcu və 43.86 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2630.28 AZN borcu vardır. Xəbərdarlıq edlməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Cavabdeh qzının İddiaçı ASC-nin xeyrinə 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2281.12 AZN əsas borc, 305.30 AZN faiz borcu və 43.86 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2630.28 AZN borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması və Cavabdeh ilə “xxxx” İKB ASC arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş: Vеrgilər Nаzirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsindən 22.11.2019-cu il tаriхdə vеrilmiş Çıхаrışın surətindən görünür ki, «xxxx (hazırki adı İddiaçı İKB ASC Bаkı şəhəri Vеrgilər Dеpаrtаmеntinin Kоmmеrsiyа hüquqi şəхslərin dövlət qеydiyyаtı idаrəsində qеydiyyаtdаn kеçmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 21 noyabr 2019-cu il tarixli, 11-Y-2-0-2705-19 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 2500 manat kredit götürmüşdür. Ödəniş cədvəlinə əsasən cavabdeh 36 ay meddətinə, hər ayın 21-i tarixindən gec olmayaraq ayda 95.48 manat məbləğində ödəniş etməyi üzərinə götürmüşdür. İddiaçı ASC-nin 26 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2281.12 AZN əsas borc, 305.3 AZN faiz borcu və 43.86 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 2630.28 AZN borcu vardır. İş materiallarında olan xəbərdarlığa əsasən cavabdehə xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində borcunu İddiaçıa tam ödəməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cаvаbdеh Cavabdeh 21 noyabr 2019-cu il tarixli 11-Y-2-0-2705-19 №li kredit müqaviləsi üzrə öhdəliklərini lаzımıncа yеrinə yеtirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 21 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2281.12 AZN əsas borc, 305.3 AZN faiz borcu və 43.86 AZN cərimə borcu olmaqla cəmi 2630.28 AZN (iki min altı yüz otuz manat iyirmi səkkiz qəpik) və 30 manat ödənilmiş dövlət rüsumu "İddiaçı" ASCnin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar