Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-878/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaç "xxxx" ASC cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank ilə cavabdehin həyat yoldaşı X6 arasında bağlanmış 27.08.2018-ci il tarixli BPM**********77 saylı müqaviləyə əsasən 28.10.2020-ci il tarixə Banka borclu olduğu 2758,55 manat məbləğində əsas borc, 29,76 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 2788,31 manat məbləğin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırdı ki, X6 ilə 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən o, "xxxx" ASC-dən illik 28 faizlə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. O, 10.05.2019-cu il tarixdə vəfat etmişdir. Onun adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsi üzrə X4 Banka 2758,55 manat məbləğində əsas borc, 29,76 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 2788,31 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh mərhum həyat yoldaşı X4 varisidir. Yoldaşından ünvan 1 ünvanında yerləşən 77 saylı mənzil ona miras qalmışdır. Borc məbləğini ödəmək önun üçün çətindir. Belə ki, iki övladı tələbədir. Maddi cəhətdən imkanı zəifdir. Onun vəziyyəti nəzərə alınmalı ona ödənişlərin aparılmasında güzəşt edilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X6 arasında bağlanmış 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən o, "xxxx" ASC-dən illik 28 faizlə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür; - "xxxx" ASC-nin 26.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X4 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsi üzrə 2758,55 manat məbləğində əsas borc, 29,76 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 2788,31 manat məbləğində borcu vardır. - 26.10.2020-cu il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - Bakı şəhəri 15 saylı Notariat ofisinin 12.08.2020-ci il tarixli məktubundan görünür ki, 13.06.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi ünvan 1 ünvanında yerləşən 77 saylı mənzildə qeydiyyatda olan arvadı Cavabdehdır. Məhkəmə iclasında müəyyən olundu ki, X6 ilə 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsinə əsasən o, "xxxx" ASC-dən illik 28 faizlə 18 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. X3 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq 13.06.2019-cu il tarixdə vəfat etmiş kredit müqaviləsindən irəli gələn öhdəliklər onun varisi tərəfindən pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1. ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X6 iddiaçı "xxxx" ASC-dən ilə bağladığı 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini vəvat etdiyinə görə onun varisi icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə borclunun hüquqi varisi kimi bank qarşısında borclunun öhdəlik götürdüyü və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməməsinə görə bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsi üzrə borclunun hüquqi varisindən 2758,55 manat məbləğində əsas borc, 29,76 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 2788,31 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 27.08.2018-ci il tarixli BPM**********77 saylı kredit müqaviləsi üzrə 2758,55 manat məbləğində əsas borc, 29,76 manat məbləğində faiz borcu, olmaqla ümumilikdə isə 2788,31 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-878/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-878/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver