Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-880/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 5500 (beş min beş yüz) manat pul vəsaitinin və bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə əlavə 2000 (iki min) manat - ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun ödənilməsi və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəvi tanışları olan evlərin təmiri ilə məşğul olan Cavabdeh, Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin təmirinə, müxtəlif tarixlərdə yaşadığı ünvan 1 ünvanında ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul vermişdir. Lakin, Cavabdeh ondan aldığı pulu mənimsəmiş, evdə heç bir təmir işləri görməmişdir. O, dəfələrlə onun yaşadığı ünvana gedərək, ona verdiyi 5500 (beş min beş yüz) pul vəsaitinin qaytarılmasını tələb etsə də, o, əvvəl aldığı pulun ona qaytarılmasını söz versə də, sonradan onunla qarşılaşmaqdan yayınmışdır. Hal-hazırda isə, telefon zənglərinə belə cavab vermir. Özü təqaüdçü qadındır. Cavabdeh onun insaniyyətindən, etibarından suiistifadə edərək, pulunu mənimsəmiş və qaytarmaq niyyətində deyildir. O da məcburiyyət qarşısında qalaraq, Cavabdeh barəsində Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə ərizə ilə müraciət etməli olmuşdur. O, müraciət etdiyi ərizə üzrə 31-ci Polis Bölməsinin HK1-2525 nömrəli 07 yanvar 2023-cü il tarixli müşayət edici məktubunda qəbul edilmiş 07 yanvar 2023-cü il tarixli qərarın təsviri hissəsində göstərilənlərə əsasən ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, qəbul edilmiş qərarın müəyyən etdi hissəsində, araşdırma zamanı göstərilən faktın tam, obyektiv və hərtərəfli araşdırması və əmələ hüquqi qiymət verilməsi məqsədi ilə təhqiqat müddəti ərzində dəfələrlə Cavabdeh mobil nömrələrinə zənglərin olunması və Cavabdeh faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/10 ünvanına gedilmiş, lakin, Cavabdeh mobil nömrələrinə cavab verməmiş və müxtəlif bəhanələr gətirərək, yaşadığı evin qapısın açmadığını, Cavabdeh izahatının alınması üçün təhqiqat orqanına gətirilməsi ilə əlaqədar aidiyyət əməkdaşa tapşırıq verilsə də, təhqiqat müddəti ərzində müsbət nəticənin əldə olmadığı göstərilmişdir. Bununla da onun müraciəti əsasında material üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması və baş vermiş hadisəyə hüquqi qiymət verilməsi mümkün olmadığını, həmçinin ərizənin mülki xarakterli olduğundan, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməklə, məhkəmə qərarı əsasında nail olmama tövsiyyə olunması bildirilmişdir. Bu müddət ərzində, baş vermiş proseslər zamanı onun bütün əsəb-sinir sistemi pozulmuşdur. Cavabdeh onu aylardır ki, aldadaraq pulunu geri qaytarmır. O da məcburiyyət qarşısında qalaraq, Cavabdeh barəsində verilmiş pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və ona qarşı olan iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ev sahibi odur, cavabdeh podratçıdır, onun gəlininin qohumudur, onları tanıyırlar. O, pulları cavabdehə özü öz ailəsinin, oğlu və gəlininin yanında vermişdir. Belə ki, 5500 manatı material üçün vermiş və materiallar alınmamışdır. Cavabdeh işləmələri üçün ustalar da gətirmişdir. Cavabdeh nə qədər deyibsə o da ödəmiş, lakin sonradan heç bir iş görmədiklərini, evin təmir edilmədiyini müəyyən etmişdir. Hansı ki, verdikləri pulların hər birinin siyahısı onda var, lakin aldıqları materialların qaiməsi onda yoxdur. Hətta 8-ci km bazarından lampalar alınanda belə oradakı satıcıları aldatmışdır. Cavabdeh işıqlar üçün olan pulu ona verməyini istəmiş, o da pulu vermişdir ki, işıqları alıb onun evində saxlasın. Cavabdeh satıcılara da yalandan demişdir ki, xanımın pulu yoxdur, bir neçə günə verəcək. Beləliklə, cavabdeh satıcılara da heç nə verməmiş, əksinə 3-4 lampa da istifadə edəcəyi üçün götürmüşdür. Həmçinin o, 2 ildir ki cavabdehin evinə, ailəsinin yanına gedir ki, onun pulu qaytarılsın, amma cavabdeh onun pulunu qaytarmır. Bu məsələni cavabdehin ailəsi də bilir. Cavabdehin barəsindəki cinayət işi rədd olunmuş, cavabdehi polis çağıranda da oraya getməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X1 şahid qismində ifadə verərək göstərmişdir ki, o, İddiaçı oğludur və polis əməkdaşıdır. Təxminən 15 ilə yaxındır ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Laçınlar məhəlləsi 1 mərtəbəli fərdi ev tikmişlər. Bir neçə dəfə evin təmiri üçün usta çağırsa da heç kəs təmir etmək istəməmişdir. Cavabdeh qohumlarıdır, ailəvi gediş-gəlişləri vardır. Cavabdeh Xəzər rayonunda olan bir neçə əl işlərini ona göstərmiş, o da bəyənmişdir. Bundan sonra cavabdeh evin iç tərəfini təmir etməyə başlamışdır. Həmçinin evin çöl hissəsində də müxtəlif təmir işləri olmalı idi. O, cavabdehə təxminən hissə-hissə 5000 manat vermiş, cavabdeh ən çox anasından olmaqla həm anasından, həm də ondan pul almışdır. Cavabeh ondan iş yerində də, ən çox Yeni Suraxanıda növbəsindən sonra pul almışdır. Bir neçə dəfə materialları gecikdirməməsinı söyləmiş, axırıncı dəfə daş gətirən maşını sürən şəxslə danışmış, ona da suallar vermiş, həmin şəxs də nə cavab verəcəyini bilməmiş, hansı daş deyilibsə çatdıracağını demişdir. Görünür ki, cavabdeh həmin şəxsi də necə danışması ilə bağlı öyrətmişdir. Onlar bu hərəkətləri nə üçün etdiyini soruşmaq üçün bir neçə dəfə də cavabdehin evinə getmiş, lakin orada onu tapa bilməmişlər. Axırıncı dəfə məhkəməyə müraciət etməmişdən 1 ay qabaq cavabdehi yaşadığı evində tapmış, qapını döymüşlər. O da həmişə gedəndə işıqları söndürüb gizləndiyi halda yəqin ki, utandığından qapını açıb çölə çıxmış və onları görmüşdür. Cavabdeh onlara 10 gün içərisində pulu bankdan götürüb qaytaracağını söyləmişdir. Dəfələrlə cavabdehin atasının və anasının yanına getsələr də sonra onu tapa bilməmişlər. Cavabdeh valideynlərini də dinləmir, tüfeyli həyat yaşayır. O, övladlarının alimentini də ödəyə bilmir. Ailəsi də belə dələduzluqlar, yanlış əməllərinə görə dağılmışdır. Ailəsinin bu məsələdən xəbəri var, cavabdehin atasının adı Xanbala, ögey anasının da adı Gülüdür. Ona görə cavabdehin atası və ögey anası borcu etiraf edəcəkdir. Cavabdeh hətta təmir üçün olan işıqları alıb həyətində saxladığını söyləmiş, lakin orada heç nə olmamışdır. Hətta bazardan da birinci dəfə Famillə birlikdə 3 ədəd lampaları da ölçmüşlər ki, gəlib götürəcəklər, o onlardan xəbərsiz başqa işıqları da götürmüşdür ki, aparıb evin başqa otaqlarına da istifadə edəcək. Bazardan lampaları götürmüş, satıcıları pulunu sonra ödəyəcəyini deyərək aldatmışdır. Cavabdehlə aralarında olan yazışmalar Whatsappda olmuş, amma onlar da sistem yeniləndiyi üçün silinmişdir. Cavabdeh polis bölməsinə də getməmiş, hətta təhqiqatçı qapılarını döymüş, o da qapını açmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 31-ci PB-nə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən həyətyanı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin təmiri üçün, usta kimi işləyən ailəvi tanışı Cavabdeh müxtəlif tarixlərdə, yaşadığı ünvan 1 ünvanında ümumilikdə 5500 manat məbləğində pul verdiyini, Cavabdeh ondan evinin təmiri üçün aldığı pul müqabilində heç bir iş görmədiyini, ona maddi ziyan vurduğunu, onun etibarından suiistifadə edərək, ona qarşı dələduzluq etdiyini bildirmiş və verdiyi 5500 manat məbləğində pul vəsaitinin ondan alınaraq, ona qaytarılmasında köməklik göstərilməsini, həmçinin barəsində qanunamüvafiq qaydada tədbirlər görülməsini xahiş etmişdir. 07 yanvar 2023cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar üzrə müəyyən edilmişdir ki, araşdırma zamanı göstərilən faktın tam, obyektiv və hərtərəfli araşdırılması və əmələ hüquqi qiymət verilməsi məqsədilə təhqiqat müddəti ərzində dəfələrlə vətəndaş Cavabdeh mobil nömrələrinə zənglər olunmuş və faktiki yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev 4/10 ünvanında olunmuş, lakin Cavabdeh mobil nömrələrinə cavab verməmiş və müxtəlif bəhanələr gətirərək yaşadığı evin qapısını açmamışdır. Bununla bağlı protokol tərtib olunaraq materiala əlavə olunmuşdur. Həmçinin Cavabdeh yaşayış yerinin müəyyən olunması üçün Nizami rayon Mənzil-Kommunal Təsərufatı Birliyinin 67 saylı MKİS-nə sorğu göndərilmişdir. 67 saylı MKİS-dən daxil olmuş 28 və 197 nömrəli arayışlarda Cavabdeh həqiqətən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi. Nizami Abdullayev 4/10 ünvanında qeydiyyatsız yaşaması bildirilmişdir. Vətəndaş Cavabdeh izahatının alınması üçün təhqiqat orqanına gətirilməsi ilə əlaqədar aidiyyəti əməkdaşa tapşırıq verilsə də, təhqiqat müddəti ərzində müsbət nəticə əldə olunmamışdır. Göstərilən səbəbdən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması və baş vermiş hadisəyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Buna baxmyaraq aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı müraciətində göstərdiyi xüsusatlarda tərəflər arasında münasibətlərin mülki xarakterli olduğuna dəlalət edirlər, cinayət təqibini istisna edirlər və məhkəmə yolu ilə həll olunmalıdır. Hazırda iddiaçı cavabdein ondan aldığı 5500 manat pul və mənəvi ziyana görə əlavə 2000 manat olmaqla ümumilikdə 7500 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə ilk olaraq iddia tələbinin “5500 manat pul vəsaitinin cavabdehdən alınması” hissəsi barədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin əsaslandırmasında ünvan 1 ünvanında ümumilikdə 5500 manat məbləğində pul verdiyini, Cavabdeh ondan evinin təmiri üçün aldığı pul müqabilində heç bir iş görmədiyini, ona maddi ziyan vurduğunu, onun etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etdiyini bildirmiş və verdiyi 5500 manat məbləğində pul vəsaitinin ondan alınmasını qeyd etmişdir. Eyni zamanda, iddiaçı izahatında aldığı avadanlıqların siyahısının onda olduğunu bildirmişdir. Lakin iddiaçı tərəfindən ərizəsində göstərilən, izahatında bildirilən hallara dair məhkəməyə sübutlar təqdim edilməmiş, əksinə sonuncu məhkəmə iclasında onun tərəfindən iştirak edilməmişdir. Hansı ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da iddiaçının tələbinin əsaslı olması, cavabdehin etirafının olması halları barədə heç bir məlumat öz əksini tapmamış, əksinə İddiaçı müraciəti əsasında toplanmış material üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə teleqram və ərizə ünvanlanaraq iddia tələbi qəbul edilməmiş və iddianın rədd edilməsi xahiş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.2-ci maddə) Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən dəvət edilmiş və şahid qismində ifadə vermiş X1 iddiaçının qohumu, yəni oğlu olduğundan, verdiyi ifadələr əsasında bu iş üzrə onun da mənafeyinin olması müəyyən edildiyindən onun verdiyi ifadənin obyektivliyi məhkəmədə şübhə doğurur. Bütün bunlarla yanaşı, X1 ifadəsində cavabdehə təxminən hissə-hissə 5000 manat verməsini, cavabdehin ən çox anasından olmaqla həm anasından, həm də ondan pul almasını, cavabehin ondan iş yerində də, ən çox Yeni Suraxanıda növbəsindən sonra pul almasını” bildirmişdir. Həmin vəsaitin də iddia tələbindəki 5500 manata daxil olması iddiaçının izahatı və şahid ifadəsi ilə istisna edilmir. Belə olan halda həmin vəsaitin bütövlükdə iddiaçı tərəfindən cavabdehdən tələb edilməsini məhkəmə ağlabatan hesab etmir. Məhkəmə iddiaçının iddia tələbinin “cavabdehin ona bu müddət ərzində vurduğu mənəvi ziyana görə əlavə 2000 (iki min) manat pulun alınması” hissəsinə münasibətdə bildirir ki, hazırda mənəvi zərər “5500 manat pul vəsaitinin cavabdehdən alınması” tələbi üzrə yarandığından, iddia tələbi həmin hissədə təmin edilmədiyindən və bu tələb ondan törəmə tələb olduğundan iddia bu hissədə də təmin edilməməlidir. Eyni zamanda, iddiaçı mənəvi zərər ilə bağlı cavabdeh tərəfindən 5500 manat pul vəsaitinin qaytarılmadığı müddət ərzində, baş vermiş proseslər zamanı onun əsəb-sinir sistemi pozulmasını bildirsə də bu hal ilə və sırf cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər dəyməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ondan aldığı 5500 (beş min beş yüz) manat pul vəsaitinin və bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə əlavə 2000 (iki min) manat - ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun ödənilməsi və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ondan aldığı 5500 (beş min beş yüz) manat pul vəsaitinin və bu müddət ərzində ona vurduğu mənəvi ziyana görə əlavə 2000 (iki min) manat - ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun ödənilməsi və məhkəməyə ödənilmiş dövlət rüsumunun ona qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-880/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-880/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver