Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-886/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28 avqust 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilə dair hər kvadrat metri 641 manat olmaqla ümumilikdə birdəfəlik 90316 (doxsan min üç yüz on altı) manat iddiaçı tərəfindən pay haqqı 100% tam olaraq ödənilmişdir. Bu haqda 28 avqust 2017-ci il tarixli maliyyə arayışı imzalanıb təsdiq edilərək iddiaçıya verilmişdir. Qeyd edilir ki, 11 avqust 2021 ci il tarixli bildirişlə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada müraciət olunaraq 30 (otuz) gün ərzində onunla bağlanılmış 28 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən Baki şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 33 ünvanında inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi və ona rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Bildirişə cavab verilməmişdir. İkinci dəfə 14 sentyabr 2021-ci il tarixli bildirişlə cavabdehə təkrar olaraq müraciət etmişdir. Rəsmi qaydada poçtla xəbərnaməli bildiriş cavabdehə təqdim edilmişdir. 30 gün ərzində mənzilin iddiaçıya təhvil verilməsi tələb edilmişdir. Əks halda məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Mübahisələndirilən müqavilənin 7.2-ci bəndinə əsasən mübahisəli məsələlər hər iki tərəfin razılığı ilə həll edilir, bu mümkün olmadıqda məhkəmə orqanlarına müraciət olunur. Ona görə də onunla bağlanılmış 28 avqust 2017-ci il tarixli müqaviləyə və mənzilə dair pay ödənişini tam əks etdirən maliyyə arayışına əsasən yaşayış binasının tərkib hissəsi olan ünvan 1 ünvanında inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə poçt vasitəsilə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin hər hansı cavab verilməmişdir. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu,16 mərtəbəli mansardlı yaşayış binasının 1 -ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan sənədlərin (ümumi yığınçağın qərarından çıxarış, mənzilin planı, maliyyə arayışı və sair) verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə 2017-ci ildə bağlanmışdır. Cavabdehə pretenziya qaydasında müraciət etmişdir. Onda olan məlumatlara əsasən, mənzil başqa adama satılmayıb. Cavabdeh "xxxx" MMC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı 11.05.2022-ci il tarixində məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının ərizəsi əsasında işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı 28 avqust 2017ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilə dair hər kvadrat metri 641 manat olmaqla ümumilikdə birdəfəlik 90316 (doxsan min üç yüz on altı) manat müqabilində tam təmirli şəkildə iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: İİ-ci maddəsinə əsasən (2.1) “İcraçı” Tikintinin xarici tərtibatı və daxili arakəsmələrin, (2.2) Mənzilin girişində dəmir seyf qapının qoyulmasını, (2.3) Mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsini və (2.4) Pəncərələrin qoyulması və şüşələnməsini öz öhdəsinə götürmüşdür. 3.1-ci bəndinə əsasən, “Payçı” müqavilədə göstərilmiş məbləği vaxtında və tamami ilə ödəməyi öz üzərinə götürmüşdür. 4.1 və 4.2-ci maddəsinə əsasən, Müqavilə üzrə mənzilin dəyiri bir kv.m sahəsi üçün 641 AZN təyin edilir. Cəmi 140.9 kv.m sahəsi üçün 90.136 AZN ( ABŞ ) təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi müqavilə qiymətindən 90.316 manat məbləğində ödənilib. - “İnşaat Konstruksiyaları" MMC tərəfindən verilmiş 28 avqust 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “İnşaat Konstruksiyaları" MMC ilə İddiaçı 28 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin predmeti sayılan ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. - 27.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün həmin tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı 28 avqust 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilə dair hər kvadrat metri 641 manat olmaqla ümumilikdə birdəfəlik 90316 (doxsan min üç yüz on altı) manat müqabilində tam təmirli mənzili iddiaçıya (Sifarişçiyə) təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1 və 4.2-ci maddəsinə əsasən, müqavilə üzrə mənzilin dəyiri bir kv.m sahəsi üçün 641 AZN təyin edilir. Cəmi 140.9 kv.m sahəsi üçün 90.136 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi müqavilə qiymətindən 90.316 manat məbləğində ödənilib. “İnşaat Konstruksiyaları" MMC tərəfindən verilmiş 28 avqust 2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, “İnşaat Konstruksiyaları" MMC ilə İddiaçı 28 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin predmeti sayılan ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin, cavabdeh “İnşaat Konstruksiyaları" MMC isə müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək mənzili zamanında iddiaçıya təhvil verməmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı qeyd olunan müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh öz öhdəliklərinə əməl etməmişdir. Bu hal, məhkəmənin yerində müayinə protokolunda da öz əksini tapmışdır. O cümlədən, iş materiallarında olan məhkəmə iclas katibi və İddiaçı iştirakı ilə tərtib edilmiş 21.04.2022-ci il tarixli aktdan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-886/2022 saylı iş üzrə 21.04.2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu, 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilə baxış keçirilən zaman müəyyən olundu ki, “İnşaat Konstruksiyaları" MMC tərəfindən inşa olunan bina tam tikilmişdir, sakinlər tərəfindən bəzi mənzillərdə artıq təmir işləri başlamışdır, mənzillərdə arakəsmələr mövcuddur. Blokda pilləkanlar qurulmuşdur. Sakinə öz mənzilini təmir etdirmək üçün mövcud vəziyyət imkan verir. Su və kanalizasiya xətləri də mənzilə çəkilmişdir. Yerli müayinə zamanı fotoşəkillər çəkilmişdir və akta əlavə olunmuşdur. Akt qeyd olunan şəxslər tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlarla müəyyən edildi ki, iddiaçı X1 ilə cavabdeh “İnşaat Konstruksiyaları" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 28 avqust 2017-ci il tarixli bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırda baxılan mülki iş üzrə iddianın predmeti, qeyd edildiyi kimi, İddiaçı ilə “İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən 28 avqust 2017-ci il tarixli müqavilə üzrə cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır, iddiaçı mənzilin dəyərini tam olaraq ödəsə də, həmin mənzil ona təhvil verilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Hansı ki, müqavilədə razılaşdırılmış qaydada ümumilikdə 90316 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır, o cümlədən cavabdeh tərəf məhkəmə iclaslarına gəlməmiş, iddiaçının irəli sürdüyü dəlillərə qarşı hər hansı etiraz və mülahizələrini təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6-cı maddəsinə əsasən əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.10-cu maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2.1-ci maddəsinə əsasən bunun heç bir nəticə verməyəcəyi aydın olduqda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, ünvan 1 ünvanda inşa olunan 4 (dörd) bloklu,16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə yanaşı, həmin mənzildə sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin İddiaçı təhvil verilməsi, mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, mənzilin planı, maliyyə arayışı və sair) verilməsi vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında inşa olunan 4 bloklu 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınmalı, həmin mənzil İddiaçı təhvil verilməli və mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılmalı, həmin mənzilə dair dövlət reyestrində çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında inşa olunan 4 bloklu 16 mərtəbəli mansardlı yaşayış binasının 1-ci blok, 4-cü mərtəbəsində ümumi sahəsi 140.9 kvadrat metr olan, 3 otaqlı, 14 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınsın. Həmin mənzil İddiaçı təhvil verilsin və mənzildə təmir işlərinin başlanılmasına şərait yaradılsın. Həmin mənzilə dair dövlət reyestrində çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi vəzifəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-886/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-886/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver