Məhkəmə qərarları › İş №2(007)-888/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-888/2023

19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-888/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qıznın sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1, İddiaçı2, Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğluna qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğlundan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3452 manat, İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 54 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 xüsusi mülkiyyətindədir və etibarnamə əsasında İddiaçı1 tərəfindən idarə olunur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yolunda "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə zamanı İddiaçı1 sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilmişdir. Hadisədən sonra cavabdeh Sarvanlı Sarvan Cəmiyyət oğlu nə avtomobilə dəymiş maddi ziyanı, nə də İddiaçı1 sağlamlığına dəymiş ziyanın ödənilməsini təmin etməmişdir. "Toyota Prius" markalı avtomobil "xxxx" ASC tərəfindən icbari sığortalandığından, avtomobilə dəymiş maddi ziyanın məbləği qiymətləndirilmiş və ziyanın 6820 manat olması müəyyən edilmişdir. Lakin hadisə zamanı, cavabdeh idarə etdiyi avtomobillə digər Tofaş markalı avtomaşına da maddi ziyan vurduğundan, 5000 manat məbləğində icbari sığorta məbləği 2 avtomobil arasında bölünərək, ona dəymiş maddi ziyanın əvəzi olaraq ümumilikdə 3367,90 manat ödəniş edilə biləcəyi bildirilmişdir. Lakin həmin məbləğ də hal-hazırkı vaxatdək ödənilməmiş olaraq qalmışdır. Bundan başqa, hadisə zamanı Cavabdeh2 Cəmiyyət oğlu hadisədən sonra onun sağlamlığıma yüngül zərər vurmaya aid xəsarətlər yetirməsinə baxmayaraq, onun müalicə xərclərini də ödəməmiş, hadisə ilə bağlı uzun müddət işləyə bilmədiyindən, yeganə qazanc mənbəyi olan avtomobillə taksi kimi fəaliyyət göstərə bilmədiyindən, ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh isə nə onun səhhəti ilə maraqlanmamış, nə də dəymiş ziyanın azaldılmasına yönələn hər hansı bir hərəkət etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. Ona maddi ziyan vuran avtomobil sonuncunun mülkiyyətində olduğundan, vurumuş maddi zərərin əvəzinin ödənilməsində onun da məsuliyyəti olduğundan, maddi ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəmiyyət oğlundan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 3452 manat, İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 54 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh2 Cəmiyyət oğlu etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi istiqamətdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi istiqamətində gedən Albalıq yolunda, iki istiqamətli, istiqamətləri iki qoşa xətt ayıran, hər istiqamətdə iki zolaq olan yolun sağdan ikinci zolağı ilə hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə yolun sağdan ikinci zolağında hərəkətdə olan “Kamaz” yük markalı avtomobilin sol tərəfindən ötmə əməliyyətı etmək istəyərkən idarə etdiyi avtomobilin idarəetməsini itirmiş və idarə etdiyi avtomobil qoşa xətti sol istiqamətdə keçib, yolun əks istiqamət zolağına daxil olaraq yolun əks istiqamətində öz hərəkət zolağı ilə hərəkətdə olan İddiaçı1 idarə etdiyi “Mersedes Benz minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil və X1 idarə etdiyi “Tofaş Doğan” minik markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı avtomobillər ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mersedes Benz” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 yüngül dərəcəli bədən xəsarətləri, həmin avtomobilin sərnişini X3 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi yarandığı üçün onun barəsində inzibati tətbirlər görülməsi məqsədilə material Xəzər DYPŞ-nin vasitəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-1474/2022 saylı qərar ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətəklə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə etiraz edərək bildirir ki, hadisə baş verəndən sonra o, ustaya həmin “Mersedes Benz” minik markalı, ** CR *** dövlət qeydiyyat nişanh avtomobili göstərmişdir və usta həmin avtomaşının təmiri üçün ondan 3000 manat istəyib. “Mersedes Benz” minik markalı avtomaşın köhnə olduğundan onun bazar qiyməti təxminən 6000-7000 manat olar. İddiaçı1 isə həmin avtomaşını yerində 5000 manata satmışdır, sığortadan isə onun maşının təmiri üçün 3367,90 manat ayırmışdır. Həmin avtomaşın satılıb başqa şəxsə verilmişdir. O, həmin avtomaşını təmir etmək istəyirdi, lakin heç ona məlumat vermədən o, avtomaşını satmışdır. İddiaçı1 yüngül dərəcəli bədən xəsarət almışdır, lakin buna baxmayaraq ona sağlamlığına dəymiş ziyana görə 500 manat pul vermişdir və hər dəfə onun evinə gedəndə bazarlıq etmişdir. Sığorta şikrəti isə onun sağlamlığına dəymiş ziyana görə 750 manat pul ödəmişdir. Xəstəxanaya xərclədiyi qəbzləri təqdim etməsini xahiş edir. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiasını rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini ona aid hissədə rədd edilməlidir. Belə ki, ona məxsus "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Cavabdeh2 Cəmiyyət oğluna verilmiş, yol hərəkəti qaydasını pozan həmin şəxs olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan tərəflər şikayət verməmiş, İnzibati Xəyalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xəzər Rayon Məhkəməsinə göndərilmiş, müvafiq qərar qəbul edilmiş və həmin qərardad tərəflər şikayət verməmişlər. O, hadisənin iştirakçısı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən avtomobilə dəymiş ziyanın əvəzi olaraq 3452 manat və İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, ödənilmiş 54 manat dövlət rüsumunun İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 izahat verərək bildirdi ki, onun mülkiyyətində olan avtomobilə ziyan dəysə də, hadisə baş verən an avtomobili İddiaçı1 idarə etmiş və onun sağlamlığına ziyan dəymişdir. Bu səbəbdən avtomobilə dəymiş ziyanın İddiaçı1 ödənilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 Cəmiyyət oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, ekpert rəyi ilə razı deyil. Avtomobilə dəymiş ziyan şişirdilmişdir. Ekspert rəyində göstərilən məbləğə əsasən yol-nəqliyyat hadisə nəticəsində avtomobil tamamilə yararsız hala düşmüşdür. Lakin bu belə deyil. İddiaçının sağlamlığına dəymiş ziyan isə sığorta şirkəti tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, ona aid hissədə təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, mülkiyyətində olan avtomobillə bağlı digər cavabdehə etibarnamə vermişdir və yolnəqliyyat hadisəsinə görə o, məsuliyyət daşıya bilməz. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli 016-159298-1222 saylı məlumatından görünür ki, "TOYOTA PRİUS (HİBRİD)" markalı **-DA-*** dövlət qeydiyyat nişarlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur; - Xəzər RPİ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh2 Cəmiyyət oğlunun törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərtik əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1474/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1999-cu il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR, Şərur rayonu, Tənənəm kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yaşayan Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində saat 12:30-da yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 mülkiyyətində olan "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən anda sürücüsü olan Cavabdeh2 Cəmiyyət oğlu yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir; - xx.xx.2022-ci il tarixli, CML-6376/2022-AKT6844/22 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış (xx.xx.2021-xx.xx.2022) "Toyota Prius" markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərər dəymiş əmlaka ("Mercedes Benz" markalı ** JD *** d.q.n) sığorta ödənişi avtomobilin təmiri üçün İddiaçı2 hesabına 3367,90 manat pul köçürülmüşdür; - "xxxx"ASC-nin xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesabatından görünür ki, İddiaçı2 məxsus olan "Mercedes Benz" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 6820 manat tələb edilir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1178 saylı rəyinin surətindən görünür ki, İddiaçı1 xəsarətləri xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx"ASC tərəfindən İddiaçı2 hesabına 3367,90 manat pul köçürülmüşdür; - xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı1 hesabına 744,79 manat pul köçürülmüşdür; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3341 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı "Mercedes Benz E 220" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6160 manat müəyyən edilir; - Dövlət rüsumu haqqında xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün Vəkil1 (iddiaçıların nümayəndəsi və vəkili) tərəfindən 54 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən idarə olunan "Mercedes Benz E 220" markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh1 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan "TOYOTA PRİUS (HİBRİD)" markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə və İddiaçı1 sağlamlığına Cavabdeh2 təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçılar avtomobilə və İddiaçı1 sağlamlığına dəymiş ziyanın cavabdehlər tərəfindən İddiaçı1 ödənilməsini xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 "TOYOTA PRİUS (HİBRİD)" markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu səbəbdən onun etdiyi yol nəqliyyat hadisəsinə görə əmlakın mülkiyyətçisi kimi Cavabdeh1 məsuliyyət daşıya bilməz. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı1 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı1 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən İddiaçı1 istifadəsində olan "Mercedes Benz E 220" markalı **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2023-cü il tarixli 9/3341 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 6160 manat olduğu müəyyən edilmişdir. İddiaçı1 dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 6820 manat kimi göstərmiş, "xxxx" tərəfindən 3367,90 manat sığorta ödənişi edildiyini bildirərək, cavabdehdən 3452 manat vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Ekspertiza rəyi ilə isə həmin məbləğ 6160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 6160 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 2792,1 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 1178 saylı rəyinə əsasən İddiaçı1 xəsarətləri xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar “yüngül" dərəcəli zərərvurmaya aiddir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 14.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 4.2.5. yüngül xəsarət alması – 15 faiz. 47.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığorta məbləği müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı1 sağlamlığına dəymiş ziyana görə 744,79 manat sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına dəymiş ziyana görə ödəniş edildiyindən və iddiaçı sağlamlığına dəymiş ziyana görə ona 2000 manat ziyan dəyməsini sübut edə bilmədiyindən iddia tələbi “İddiaçı1 sağlamlığına dəymiş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat pulun ödənilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçı məhkəmədə iddia qaldırılması üçün 45 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.3-ci maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/3341 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 manatın 43,68 manatl Cavabdeh2 İddiaçı1 xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 50 manatın 25,06 manatı Cavabdeh2 və 24,40 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, qalan 24,40 manatı iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2792,1 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,68 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməli, ödənilmiş dövlət rüsumunun 10,32 manatı iddiaçılara aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25,06 manatı Cavabdeh2 və 24,40 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2792,1 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,68 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10,32 manatı iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25,06 manatı Cavabdeh2 və 24,40 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar