Məhkəmə qərarları › İş №2(007)-898/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-898/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-898/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 14806,75 (on dörd min səkkiz yüz altı manat 75 qəpik) manat əsas, 2214,70 (iki min iki yüz on dörd manat 70 qəpik) manat faiz borcu, cəmi 17021,45 (on yeddi min iyirmi bir manat 45 qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 15000 (on beş min) manat məbləğində kredit verilmiş və bununla bağlı “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 dekabr 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 23.09.2020-ci il tarixinə olan əsas borcu 14806,75 (on dörd min səkkiz yüz altı manat 75 qəpik) manat, 2214,70 (iki min iki yüz on dörd manat 70 qəpik) manat faiz borcu, cəmi 17021,45 (on yeddi min iyirmi bir manat 45 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Bununla da cavabdeh Kredit Müqaviləsində nəzərdə tutılmuş öhdəliklərini lazımi qayda da yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin, Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 17021,45 (on yeddi min iyirmi bir manat 45 qəpik) manat təşkil edir ki, bu da borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 14806,75 (on dörd min səkkiz yüz altı manat 75 qəpik) manat əsas, 3662,08 (üç min altı yüz altmış iki manat 08 qəpik) manat faiz borcu, cəmi 18468,83 (on səkkiz min dörd yüz altmış səkkiz manat 83 qəpik) manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin 29.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixdə 14625 manat kredit verilmişdir. - İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 23.09.2020-ci il tarixə 17021,45 AZN məbləğində borcu vardır. - İddiaçı ASC-nin 26.02.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 26.02.2021-ci il tarixə 18468,83 AZN məbləğində borcu vardır. - İddiaçı ASC-nin 28.10.2020-ci il tarixli, 07/05-3969 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh 5 (beş) iş günü müddətində Banka olan 3986,98 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən kredit müqaviləsinə xitam verilməklə əsas borcun və ona hesablanmış faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 17 noyabr 2020-ci il tarixdə 30,0 manat dövlət rüsumu ödənilmiş və 0,40 qəpik xidmət haqqı tutulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 29 dekabr 2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh İddiaçı ASC-dən 48 ay (29.12.2023-cü il tarixədək) müddətinədək 15000 manat kredit götürmüşdür. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin “29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə xitam verilməsi” hissəsi ilə bağlı bildirir ki, MM-nin 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə, 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin müqavilədən irəli gələn öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğunu, bunun nəticəsində İddiaçı ASC-nin müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olduğunu, eləcə də iddiaçı tərəfindən cavabdehlərə müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun göndərildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin olunmalı və 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, Cavabdeh “İddiaçı" ASC-nin xeyrinə 14806,75 (on dörd min səkkiz yüz altı manat 75 qəpik) manat əsas, 3662,08 (üç min altı yüz altmış iki manat 08 qəpik) manat faiz borcu, cəmi 18468,83 (on səkkiz min dörd yüz altmış səkkiz manat 83 qəpik) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış 29.12.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. CCavabdeh “İddiaçı" ASC-nin xeyrinə 14806,75 (on dörd min səkkiz yüz altı manat 75 qəpik) manat əsas, 3662,08 (üç min altı yüz altmış iki manat 08 qəpik) manat faiz borcu, cəmi 18468,83 (on səkkiz min dörd yüz altmış səkkiz manat 83 qəpik) manat borc, həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar