Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-898/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən, ictimai yer olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asistent X2 tərəfindən dişinin düzgün müalicə olunmamasını bəhanə edərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib asistent İntizam Quliyevin iş otağında ucadan qışqıraraq səs-küy salıb klinikanın iş rejimini pozub, həmin vaxt onun səsinə gələn klinikanın həkim-stomotoloqu X5 onu öz iş otağına dəvət edib dişini müayinə etmək istəyərkən anası X1 otaqdan çıxmasını xahiş etdikdə heç bir əsaslı səbəb olmadan X3 zor tətbiq edib qəsdən əli ilə itələyərək təpiklə ayaq nahiyəsindən vurmaqla İlqar Həsənova sağ bazunun və sağ baldırın qançırları ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlər yetirib, daha sonra otaqdan çıxıb qərəzli hərəkətlərini davam etdirərək, klinikanın işçilərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəbul şöbəsndə masa üzərində olan 8 manat dəyərində 1 ədəd şüşə güldanı, 50 manat dəyərində bir ədəd şüşə akvariumu əli ilə vurub yerə salıb, 900 manat dəyərində 1 ədəd resepşn masasını 200 manat dəyərində 1 ədəd “Orion101-F” makatı Kassa aparatını və klinikanın 230 manat dəyərində 1 ədəd fotosel qapı mexanizmini təpiklə vurub qıraraq məhv etməklə ümumilikdə "xxxx" MMC-nin 1488 manat dəyərində əmlakını qəsdən məhv etməklə xulıqanliq edib. Qeyd etmək lazımdır ki, Nizam,rayon prokurorluğunda açılan Cavabdeh AR Cinayət Məsəlləsinin 221.1-ci maddəs il təqsirləndırılməsinə dair ********* saylı cinayət işi uzrə Nizam rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1(007)-297/2021 saylı hökm çıxarılıb. Nizamı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilib və hökm qanuni, qüvvəyə minənədək Cavabdeh barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbin qüvvəsində saxlanılıb. Hazırda həmin hökm qanuni qüvvəsini alıb. Əlavə etmək zəruridir ki, Cavabdeh tərəfindən 05 avqust 2020-cı il tarixdə saat 15 radələrındə törədilən cinayət əməli zamanı "Klinika LoğMed” Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulan 1488 manat maddi ziyan və təmir xərcləri üçün müəyyən edilən 350 manat cəmi 1838 manat maddı ziyan ödənilməmiş olaraq qalır. Qeyd edilən maddı ziyanla əlaqədar "xxxx" MMC-nin mütəxəssisləri tərəfndən verilən dəymiş maddi ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, Cavabdeh xx.xx.2020ci il tarixdə İddiaçı klinukasına məxsus əmlakları məhv edib zədələyib, həmin avadanlıqların təmir-bərpası uçun 350 manat hesablanmaqla “Logmed’’ klinikasına ümumilikdə 1838 manat məbləğində maddi ziyan vurulub. Göstərilənlərə əsasən qeyd etmən lazımdır ki, ittiham aktında, eləcə də, Nizami Rayon Məhkəməsinin 1(007) 297/2021 saylı hökmündə vurulan maddi ziyanla bağlı sübutlar göstərilib və qiymətləndirilib. Nizamı rayon Məhkəməsinin 1007) 297/2021 saylı hökmündə nəzərdə tutulduğu kimi, təqsirləndirilən şəxs tərəfindən vurulan maddi ziyan barədə faktlar həm "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən verilən mütəxəssis rəyi,həm də “Loğmed" MMC də quraşdırılan müşahidə kamerası ilə qeydə alınıb, videogörüntünü əks etdirən 1 ədəd DVD diski iş uzrə maddı sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilib.Qeyd olunanlara əsasən Cavabdeh Fəric oğlundan dəymiş maddi ziyana görə 1838 manat,hüquqi yardıma görə ödənilmiş 110 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.40 manat İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə öz nümayəndəsini göndərməmişdir. İddiaçının nümayəndəsi Vəkil Şəmsəddin oğlu xx.xx.2022-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət etmiş,məhkəmə iclasında üzürlü səbəbə görə iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü və 185.5-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materallarnda olan: Bakı Şəhəri Nizam rayon Məhkəməsinin 1(007)-297/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən, ictimai yer olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində asistent X2 tərəfindən dişinin düzgün müalicə olunmamasını bəhanə edərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub cəmiyyətə qarşı açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib asistent İntizam Quliyevin iş otağında ucadan qışqıraraq səs-küy salıb klinikanın iş rejimini pozmuş, həmin vaxt onun səsinə gələn klinikanın həkim-stomotoloqu X5 onu öz iş otağına dəvət edib dişini müayinə etmək istəyərkən anası X1 otaqdan çıxmasını xahiş etdikdə heç bir əsaslı səbəb olmadan X3 zor tətbiq edib qəsdən əli ilə itələyərək təpiklə ayaq nahiyəsindən vurmaqla İlqar Həsənova sağ bazunun və sağ baldırın qançırları ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, daha sonra otaqdan çıxıb qərəzli hərəkətlərini davam etdirərək, klinikanın işçilərinin ünvanına uca səslə nalayiq ifadələr işlətməklə qəbul şöbəsndə masa üzərində olan 8 manat dəyərində 1 ədəd şüşə güldanı, 50 manat dəyərində bir ədəd şüşə akvariumu əli ilə vurub yerə salıb, 900 manat dəyərində 1 ədəd resepşin masasını 200 manat dəyərində 1 ədəd “Orion101-F” makatı Kassa aparatını və klinikanın 230 manat dəyərində 1 ədəd fotosel qapı mexanizmini təpiklə vurub qıraraq məhv etməklə ümumilikdə "xxxx" MMC-nin 1488 manat dəyərində əmlakını qəsdən məhv etməklə xulıqanliq etmişdir. Törətdiyi əmələ görə Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və hökm qanuni, qüvvəyə minənədək Cavabdeh barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbin qüvvəsində saxlanmışdır. Həmin cinayət işinə baxılarkən "xxxx"MMC-nin mütəxəssis rəyindən görünür ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı Klinikasına ümumilikdə 1838 manat maddi zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, 05 avqust 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən, ictimai yer olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qanunazidd hərəkətlər törətməklə iddiaçıya maddi ziyan dəymişdir.Vurulmuş maddi ziyanın dəyəri ümumilikdə 1838 manat müəyyən olunur. Cavabdeh tərəfindən iddiaçıya həmin məbləğdə ziyan vurulması Bakı Şəhəri Nizam rayon Məhkəməsinin 1(007)-297/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış hökmlə öz təsdiqini tapır. Həmin hissədə iddia əsaslı olduğundan təmin olunmalıdır. Hüquqi yardıma görə 110 manat tələb olunması hissdə iddia tələbinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddia təmin olunmamlıdır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh Fəric oğlundan dəymiş maddi ziyana görə 1838 manat, dövlət rüsumunun əvəzi olaraq 39.40 manat İddiaçı MMC-nin xeyrinə tutulmalı,qalan hissədə iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1838 manat, dövlət rüsumunun əvəzi olaraq 39.40 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-898/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-898/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver