Məhkəmə qərarları › İş №2(007)-900/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-900/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-900/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2017 nömrəli 30.01.2017-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bu nikahdan doğulan oğlu onun himayəsindədir. Oğlu ürək qüsurundan əziyyət çəkir. Mütəmadi ürək və nevroloji müalicə alır. Ata uşaqla maraqlanmır, heç bir ehtiyacını ödəmir. Oğlunun xəstəlikləri ilə bağlı heç bir yerdə işləmir, atasının evində yaşayır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 160 manat məbləğində aliment tutulmuşdur. Həmin məbləğə daxil olmayan geyim, istirahət, xəstəliklə bağlı xərcləri ananın üzərindədir. Qeyd olunanlara əsasən onunla Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2017 nömrəli 30.01.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2017 nömrəli 30.01.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək 193 manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh əlavə xərclərə cəlb olunmaqla, hər ay əlavə xərc qismində 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılaraq qeyd edilən ərizənin müzakirəsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar