Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-901/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə İddiaçı ASC arasında 12.03.2020-ci il tarixdə imzalanan ******* saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 20% olmaqla 10000 manat kredit verilib. Cavabdeh vaxtlı-vaxtında kredit borcunu ödəmədiyi üçün bank qarşısında borcu yaranıb.Belə ki,hal-hazırda Cavabdeh banka 10000 manat əsas borcu,1733.36 manat faiz borcu vardır.Cavabdehin 23.09.2020-ci il tarixinə cəmi borcu 11061.14 manat təşkil edir. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınır.Qeyd olunanlara əsasən Cavabdeh bankın xeyrinə 11733.36 manat kredit borcunun və 30.40 manat dövlət rüsumunun tutulmasına qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 12.03.2020-ci il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh oğluna şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə 20% qaytarmaq şərti ilə nağd şəkildə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 36 ay müddətinə hər ayın 12-dən gec olmayaraq 371.64 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun 12.03.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 23.09.2020-ci il tarixinə cəmi borcu 11061.14 manat təşkil edir: 10000 manat əsas borc,1061.14 faiz borcu. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 12.03.2020-ci il tarixli ******* sayl kredit müqaviləsi üzrə cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə 10000 (onı min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh həmin kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 10000 manat əsas, 1733.36 manat faiz borcu olmaqla cəmi 11733.36 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan 10000 manat əsas, 1733.36 manat faiz borcu olmaqla cəmi 11733.36 manat kredit borcu və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 10000 manat əsas borc,1733.36 manat faiz borcu,cəmi 11733.36 manat kredit borcu və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-901/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-901/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver