Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-920/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtred”Bank Olmayan Kredit Təşkilatından illik 36 faizlə 24 ay müddətinə 2753 manat kredit götürmüşdür. FİNtred”Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx”İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 946 saylı 10 may 2018-ci il tarixli müqaviləyə və hüquqların ötürülməsinə dair 26 iyul 2019-cu il tarixli sazişə əsasən Cavabdeh ilə “FİNtred”Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı ASC-nə keçmişdir.Lakin borclu müqavilənin şərtlərini pozaraq öz öhtəliklərini tam olaraq yerinə yetirməmişdir.2020-ci ilin oktyabr ayının 12-dək Cavabdeh banka 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borcu,376.57AZN faiz borcu və 147.54 AZN cərimə borcu olmaqla cəmi 3024.03 AZN borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəmir.Qeyd olunanlara əsasən cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borcu,376.57AZN faiz borcu və 147.54 AZN cərimə borcu olmaqla cəmi 3024.03 AZN və 30 manat dövlət rüsumunun tutulmasını və 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı” ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə “FİNtred”Bank Olmayan Kredit Təşkilat arşında bağlanmış 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh “FİNtred”Bank Olmayan Kredit Təşkilatından illik 36 faizlə 24 ay müddətinə 2753 manat kredit götürmüşdür. İş materiallarında olan FİNtred”Bank Olmayan Kredit Təşkilatı ilə “xxxx”İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 saylı 10 may 2018-ci il tarixli müqaviləyə və hüquqların ötürülməsinə dair 946 saylı 25 yanvar 26 iyul 2020-ci il tarixli sazişə əsasən Cavabdeh ilə “FİNtred”Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə tələb etmə hüququ İddiaçı ASC-nə keçmişdir. İş materiallarında olan 12.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-nə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borcu,376.57AZN faiz borcu və 147.54 AZN cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, “FİNtred”Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh “FİNtred”Bank Olmayan Kredit Təşkilatından illik 36 faizlə 24 ay müddətinə 2753 manat kredit götürmüşdür.Sonradan həmin müqavilə üzrə tələbetmə hüququ İddiaçı ASC-nə keçmişdir. 12.10.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borcu,376.57AZN faiz borcu və 147.54 AZN cərimə borcu vardır. Məhkəmə hesab edir ki,əsas borc və faizlərin tutulması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 147.54 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məh¬kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bi¬lər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 147.54 manat məbləğində dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borcu,376.57AZN faiz borcu və 10 cərimə,eləcə də 30 manat dövlət rüsumu tutulmalı,müqavilə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2499,92 AZN əsas borc,376.57AZN faiz borcu və 10 cərimə,eləcə də 30 manat dövlət rüsumu tutulsun. “FİNtred”Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-920/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-920/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver