Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-934/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızının, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızının Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62000 (altmış iki min) manat və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddət əvvəl tanıdığı cavabdeh valideynlərinin xəstəliyi ilə əlaqədar onların müalicəsi üçün 19.02.2016-cı il tarixdən 14.11.2016-cı il tarixədək olan müddətdə 32150 manat borc almışdır. Cavabdeh ondan 19.02.2016-cı il tarixdə 10000 nanat, 04.03.2016-cı il tarixdə 10000 manat, 10.03.2016-cı il tarixdə 500 manat olmaqla, ümumilikdə 20500 manatı imza etmədən, 26.02.2016-cı il tarixdə 1000 manat, 16.08.2016-cı il tarixdə 200 manat, 09.09.2016-cı il tarixdə 200 manat, 15.09.2016-cı il tarixdə 300 manat, 03.10.2016-cı il tarixdə 103 manat, 17.10.2016-eı il tarixdə 300 manat, 29.10.2016-cı il tarixdə 50 manat, 11.11.2016-cı il tarixdə 100 manat, 12.11.2016- cı il tarixdə 600 manat, 14.11.2016-cı il tarixdə 500 manat və 15.11.2016-cı il tarixdə 300 manat olmaqla, ümumilikdə 12650 manatı imza etməklə almışdır. Cavabdeh 2016-cı ilin noyabr ayının ortalarında ona ağır maddi duruma düşdüyündən hazırda borcunu qaytara bilməyəcəyini və borcunu qaytarmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsindəki sahədə lombard fəaliyyəti ilə məşğul olacağını və fəaliyyətini təmin etmək üçün maddi dəstəyə ehtiyacı olduğunu, ona borc pul verəcəyi təqdirdə, tez bir zamanda həm borcunu, həm də üzərində ona qazancı qaytaracağını bildirərək, 01.12.2016-cı il tarixdən 06.06.2018-ci il tarixədək olan müddətdə ondan hissələrlə ümumilikdə 30550 manat pul almışdır. Cavabdeh ondan 01.12.2016-cı il tarixdə 100 manat, 08.12.2016-cı il tarixdə 200 manat, 20.03.2017-ci il tarixdə 800 manat, 22.03.2017-ci il tarixdə 1000 manat, 21.04.2017-ci il tarixdə 1000 manat, 09.05.2017-ci il tarixdə 500 manat, 20.05.2017-ci il tarixdə 1500 manat, 01.06.2017-ci tarixdə 500 manat, 21.06.2017-ci il tarixdə 1500 manat, 22.06.2017-ci il tarixdə 1000 manat, 24.06.2017-ci il tarixdə 1000 manat, 13.07.2017-ci tarixdə 600 manat, 08.08.2017-ci il tarixdə 600 manat, 16.08.2017-ciil tarixdə 1000 manat, 21.08.2017-ci il tarixdə 2000 manat, 04.09.2017-ci il tarixdə 1300 manat, 11.09.2017-ci il tarixdə 1500 manat, 21.09.2017-ci il tarixdə 2000 manat, 09.10.2017-ci il tarixdə 500 manat, 21.11.2017-ci il tarixdə 1000 manat, 27.12.2017-ci il tarixdə 500 manat, 09.01.2018-ci il tarixdə 250 manat, 19.01.2018-ci il tarixdə 200 manat, 23.01.2018-ci il tarixdə 1500 manat, 10.02.2018-ci il tarixdə 600 manat, 13.02.2018-ci il tarixdə 500 manat, 19.02.2018-ci il tarixdə 500 manat, 23.03.2018-ci il tarixdə 500 manat və 06.06.2018-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 26050 manatı imza etməklə, 14.08.2017-ci il tarixdə 2000 manat, 24.08.2017-ci il tarixdə 1500 manat, 18.11.2017-ci il tarixdə 1000 manat olmaqla, ümumiliklə 4500 manatı imza etmədən almışdır. Nəticədə cavabdehin ona ümumilikdə 62700 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən əsas borcu ödəməsini tələb etməyinə baxmayaraq, hazıradək borcunu qaytarmamışdır. Hazırda özünün maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin, cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması onun maddi cəhətdən sıxıntıya salır. Cavabdeh müxtəlif yollarla borcunun qaytarılıması vaxtını uzatmağa çalışdığından, onun barəsində hüquq mühafizə orqanlarına müraciət etməli olmuşdur. Lakin cavabdehin borcunun bir qismini tez bir zamanda qaytaracağı xahişi ilə o, şikayətində çox təkid etməmişdir və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın verilməsindən təxminən 2 ay sonra cavabdeh hissələrlə ona 700 manat qaytarsa da, yerdə qalan borcunun ödənilməsindən yayınaraq, ondan gizlənir. Artıq düşünür ki, cavabdeh faktiki olaraq borcunu qaytarmaq niyyətində deyil. Həmin bir kreditor kimi üzərinə düşən öhdəliyi, yəni cavabdehin istədikləri məbləğdə pulları cavabdehə verərək, öhdəliyini icra etsə də, cavabdeh qanunvericiliklə üzərinə düşən öhdəliyi ona verilmiş kifayet qədər müddət ərzində icra etməmişdir. Hesab edir ki, cavabdeh ondan almış olduğu ümumilikdə 62700 manat borcdan qalan 62000 manatı könüllü şəkildə qaytarmaqdan yayındığından, həmin məbləğdə pul, o cümlədən, məhkəməyə müraciət etmək üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulararaq, ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə valideynlərinin xəstəliyi ilə əlaqədar, onun çətin vəziyyətə düşməsi səbəbindən müxtəlif vaxtlarda ümumilikdə 62700 manat pul vermiş, həmin pulun 32150 manatı borc kimi, qalan 30550 manatı isə 2016-cı ilin sonundan başlayaraq lombard fəaliyyəti göstərən zaman vermişdir. Cavabdeh isə həmin puldan sadəcə 700 manat pul qaytarmışdır. Məhkəməyə lombard kitabını təqdim edir və bildirir ki, orada cavabdeh L4 adı ilə qeyd edilmişdir. Həmin dəftərdə bütün prixod və rasxodlar qeyd edilmişdir. L4 adın altında dəftərdə qeyd edilmiş bütün prixod və rasxodlar cavabdehə aiddir. Əvvəl verdiyi borc və sonradan lombardın fəaliyyəti zamanı yaranmış borc da həmin dəftərdə L 4 adı altında rasxod prixod kimi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. Bir müddət iddiaçı ilə işləmişdir. Lombardın iş prinsipi elədir ki, vətəndaş lombarda müracət edəndə ona pul verilirsə, bunun müqavilində ondan borcun həddində qızıl alınır və həmin qızıl baş ofisə göndərilir. Həmin borclu borcunu qaytarırsa onun tərəfindən verilmiş qızı baş ofisdən alınaraq həmin şəxsə qaytarılır. Yəni şəxs onlara qızıl verməsə onlar həmin şəxsə pul verməzlər və ya şəxs borcunu qaytarmasa, onlar tərəfindən verilmiş qızılı qaytarmazlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, İddiaçı şikayət ərizəsi ilə tanış olmuşdur.O, İddiaçı 2005-ci ildən tanıyır. X2 Leonidovna İddiaçı evində dayə işləyirmiş və o da onun arabir bacısının yanına gedib-gəldiyi zaman İddiaçı ilə tanış olmuşdur. Əvvəllər 2012-2013-cü il tarixlərdə İddiaçı qızı X1 prospektində işlətdiyi uşaq geyim mağazasında satıcı kimi işləmişdir. 2015-ci il tarixdə avqust ayında İddiaçınm Binəqədi rayonu ərazisində 8-ci mikrorayonda yerləşən lombardında, daha sonra 2016-cı ilin mart ayında Nəsimi rayonu “Təzə Bazar” yaxınlığında yerləşən lombardda və sonda isə 2018-ci ilin əvvəlində ünvan 1 ünvanda yerləşən lombardda işləmiş, 2018-ci ilin avqust ayının 8-də işdən çıxmışdır. İddiaçı ilə işlədiyi müddətdə o, aylıq 500 AZN maaş verirmiş. İddiaçı ilə sonuncu dəfə 2018-ci ilin avqust ayının 11-i görüşüb Yasamal rayonu Ş.Qurbanov küçəsi 17-də yerləşən lombardın açarlarını və orada olan sənədləri təhvil vermişdir. İndi hal-hazırda Səbail rayonunda İçəri Şəhərdə yerləşən “Qədim Ev” restoranında administrator vəzifəsində işləyir. Qeyd olunan ünvanda yəni Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17-də yerləşən obyekti İddiaçı öz adına arendaya götürmüş və həmin obyektin lombard kimi fəaliyyət göstərilməsi üçün onun adına VÖEN açdırmışdır. Həmin lombardın vöeni onun adına olsa da, o, orada xəzinadar kimi fəaliyyət göstərirmiş. X3 Nikolayeviçin ağır xəstəliyi olduğundan onun müalicəsi üçün İddiaçı ilə işlədiyi vaxtlarda hissə-hissə olaraq ondan ümumilikdə təqribən 5000-6000 manat məbləğində pul borc alıb üstündə faiz vermək şərti ilə ümumilikdə təqribən 15000 manat pul ödəyərək həmin borcu qaytarmışdır. O, lombardda işlədiyi vaxtlarda xəzinədə pul qurtaran zaman İddiaçı ilə əlaqə saxlayıb bildirirmiş və o da müştəriləri yola salmaq üçün ona pul verərək siyahıya ona imza etdirirmiş və işin sonunda müştərilərə verdiyi pulun müqabilində onlardan zamin aldığı qiymətli əşyaları İddiaçınm Nəsimi rayonu, Azadlıq prospektində işlətdiyi baş ofisə təhvil verirmiş. Bacısı N.Melnikovaya 2014-cü ildə pul lazım olduğundan İddiaçı 1000 manat pul faizə götürmüş və bu günkü gün həmin pul faizi ilə birlikdə 3800 manata gəlib çatmışdır. Hal-hazırda İddiaçı 1000 manat pul və həmin pulun 2800 faizini borcludur, onun artıq heç-bir borcu yoxdur. - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin 03 yanvar 2019cu il tarixli qərarından görünür ki,vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanmsaı rədd edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddia tələbində göstərilənlərə əsasən iddiaçı Cavabdeh ayrı-ayrı vaxtlarda ümumilikdə 62700 manat vermiş, həmin puldan 700 manatı iddiaçıya geri qaytarılmışdır. Buna görə də iddiaçı məhkəməyə müraicət edərək, Cavabdeh 62000 (altmış iki min) manat və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, Cavabdeh ümumilikdə 62700 manat pul vermiş, cavabdehə verilmiş pullar da məhkəməyə təqdim edilmiş lombard dəftərində L4 adı ilə qeydiyyat aparılmışdır. Həmçinin, iddiaçı lombardda ona verilən pulları prixod və onun verdiyi pulları rasxod adı ilə, yəni özünə məlum olan adlarla təsvir etdiyindən həmin anlayışlar lombard dəftərindən qeyd edildiyi kimi ifadə olunmalıdır. Belə ki, həmin dəftərdə L4 adlı şəxslə bağlı qeydlər aşağıdakı kimi edilmişdir. 23.01.2016-cı il tarixdə prixod 3000 manat, 25.01.2016-cı il tarixdə prixod 1500 manat, 27.01.2016-cı il tarixdə prixod 1000 manat, 28.01.2016-cı il tarixdə prixod 4700 manat, 29.01.2016-cı il tarixdə 1000 manat, 30.01.2016-cı il tarixdə prixod 7000 manat, 01.02.2016-cı il tarixdə prixod 1500 manat, 02.02.2016-cı il tarixdə prixod 1500 manat, 03.03.2016-cı il tarixdə prixod 2000 manat + 2000 manat, 08.02.2016-cı il tarixdə prixod 4000 manat, 13.02.2016-cı il tarixdə prixod 1000 manat, 14.02.2016-cı il tarixdə prixod 8000 manat, 17.02.2016-cı il tarixdə prixod 1000 manat, 19.02.2016-cı il tarixdə prixod 2000 manat, rasxod 10000 manat, 20.02.2016-cı il tarixdə prixod 2000 manat, 04.03.2016-cı il tarixdə prixod 2000 manat, 04.03.2016-cı il tarixdə rasxod 5000 manat, rasxod 5000 manat, 10.03.2016-cı il tarixdə rasxod 500 manat, 14.03.2016-cı il tarixdə prixod 5000 manat, 15.03.2016-cı il tarixdə prixod 10000 manat, 16.03.2016-cı il tarixdə prixod 5000 manat, 24.03.2016-cı il tarixdə prixod 1000 manat, 29.03.2016-cı il tarixdə prixod 1500 manat, 31.03.2016-cı il tarixdə prixod 3000 manat, 13.04.2016-cı il tarixdə prixod 1000 manat, 26.04.2016-cı il tarixdə prixod 1000 manat, 27.04.2016-cı il tarixdə prixod 2000 manat, 30.04.2016-cı il tarixdə prixod 3500 manat, 03.05.2016-cı il tarixdə prixod 2500 manat, 04.05.2016-cı il tarixdə prixod 1000 manat, 07.05.2016-cı il tarixdə prixod 1500 manat, 10.05.2016-cı il tarixdə prixod 1500 manat, 17.05.2016-cı il tarixdə prixod 1500 manat, 19.05.2016-cı il tarixdə prixod 1282 manat, 16.08.2016-cı il tarixdə rasxod 200 manat, 15.09.2016-cı il tarixdə rasxod 300 manat, 17.10.2016-cı il tarixdə rasxod 300 manat, 18.10.2016-cı il tarixdə prixod 800 manat, 29.10.2016-cı il tarixdə 5000 manat, 11.11.2016-cı il tarixdə rasxod 100 manat, 15.11.2016-cı il tarixdə rasxod 300 manat, 01.12.2016-cı il tarixdə 100 manat, 08.12.2016-cı il tarixdə rasxod 200 manat, 06.01.2017-ci tarixdə prixod 650 manat, 09.01.2017-ci il tarixdə prixod 94 manat, 16.03.2017-ci il tarixdə prixod 1000 manat, 20.03.2017-ci il tarixdə rasxod 800 manat, 22.03.2017-ci il tarixdə rasxod 1000 manat, 28.03.2017-ci il tarixdə prixod 600 manat, 19.04.2017-ci il tarixdə rasxod 1000 manat, 02.05.2017-ci il tarixdə prixod 500 manat, 09.05.2017-ci il tarixdə rasxod 500 manat, 18.05.2017-ci il tarixdə rasxod 1500 manat, 01.06.2017-ci il tarixdə rasxod 500 manat, 06.06.2017-ci il tarixdə prixod 500 manat, 21.06.2017-ci il tarixdə rasxod 1500 manat, 22.06.2017-ci il tarixdə rasxod 1000 manat, 24.06.2017-ci il tarixdə rasxod 1000 manat, 13.07.2017-ci il tarixdə rasxod 600 manat, 08.08.2017-ci il tarixdə rasxod 600 manat, 11.08.2017-ci il tarixdə prixod 1000 manat, 14.08.2017-ci il tarixdə rasxod 2000 manat, 16.08.2017-ci il tarixdə rasxod 1000 manat, 21.08.2017-ci il tarixdə rasxod 1000 +1000 manat, 24.08.2017-ci il tarixdə rasxod 1500 manat, 04.09.2017-ci il tarixdə rasxod 1300 manat, 11.09.2017-ci il tarixdə rasxod 1500 manat, 12.09.2017-ci il tarixdə prixod 2000 manat, 21.09.2017-ci il tarixdə rasxod 2000 manat, 06.10.2017-ci il tarixdə prixod 1000 manat, 09.10.2017-ci il tarixdə rasxod 500 manat, 20.10.2017-ci il tarixdə prixod 1000 manat, 01.11.2017-ci il tarixdə prixod 2000 manat, 17.11.2017-ci il tarixdə 1000 manat, 18.11.2017-ci il tarixdə rasxod 1000 manat, 21.11.2017-ci il tarixdə rasxod 1000 manat, 21.12.2017-ci il tarixdə rasxod 1000 manat, 27.12.2017-ci il tarixdə rasxod 500 manat, 08.01.2018-ci il tarixdə prixod 850 manat, 09.01.2018-ci il tarixdə rasxod 250 manat, 16.01.2018-ci il tarixdə prixod 400 manat, 19.01.2018-ci il tarixdə rasxod 200 manat, 23.01.2018-ci il tarixdə rasxod 1500 manat, 26.01.2018-ci il tarixdə prixod 500 manat, 01.02.2018-ci il tarixdə prixod 500 manat, 10.02.2018-ci il tarixdə rasxod 600 manat, 13.02.2018-ci il tarixdə rasxod 500 manat, 19.02.2018-ci il tarixdə rasxod 500 manat, 23.03.2018-ci il tarixdə rasxod 500 manat, 31.03.2018-ci il tarixdə rasxod 500 manat, 26.04.2019-cu il tarixdə rasxod 500 manat, 01.06.2018-ci il tarixdə prixod 300 manat, 04.06.2012-il tarixdə prixod 400 manat, 06.06.2019-cu il tarixdə rasxod 400 manat, 03.07.2018-ci il tarixdə prixod 300 manat, 06.07.2019-cu il tarixdə prixod 300 manat, 13.07.2018-ci il tarixdə prixod 600 manat, 04.08.2019-cu il tarixdə rasxod 300 manat, 28.08.2018-ci il tarixdə rasxod 1500 manat, 05.09.2018-ci il tarixdə rasxod 500 manat, 07.09.2018-ci il tarixdə rasxod 500 manat, 11.09.2018-ci il tarixdə prixod 500 manat, 28.09.2018-ci il tarixdə rasxod 1000 manat, 03.10.2018-ci il tarixdə rasxod 1000 manat, 05.10.2018-ci il tarixdə rasxod 600 manat, 12.10.2018-ci il tarixdə prixod 1500 manat, 20.10.2018-ci il tarixdə prixod 200 manat, 22.10.2018-ci il tarixdə prixod 640 manat, rasxod 500 manat, 26.10.2018-ci il tarixdə rasxod 500 manat, 01.11.2018-ci il tarixdə rasxod 1000 manat, 09.11.2018-ci il tarixdə proxod 300 manat, rasxod 2200 manat, 13.11.2018-ci il tarixdə prixod 300 manat, 17.11.2018-ci il tarixdə rasxod 500 manat, 20.11.2018-ci il tarixdə rasxod 1000 manat, 23.11.2018-ci il tarixdə rasxod 1000 manat, 04.12.2018-ci il tarixdə 600 manat, 05.12.2018-ci il tarixdə rasxod 500 manat, 11.12.2018-ci il tarixdə prixod 900 manat, 12.11.2018-ci il tarixdə prixod 2200 manat, 14.12.2018-ci il tarixdə rasxod 2000 manat, 15.12.2018-ci il tarixdə prixod 2000 manat, 31.12.2018-ci il tarixdə rasxod 500 manat, 03.01.2019-cu il tarixdə rasxod 2000 manat, 04.01.2019-cu il tarixdə prixod 2310 manat, 08.01.2019-cu il tarixdə prixod 1000 manat, 17.01.2019-cu il tarixdə rasxod 1000 manat, 23.01.2019-cu il tarixdə rasxod 800 manat, 02.12.2019-cu il tarixdə prixod 4400 manat, 08.02.2019-cu il tarixdə prixod 500 manat, prixod 350 manat, 11.02.2019-cu il tarixdə rasxod 2500 manat, 25.02.2019-cu il tarixdə rasxod 1500 manat, 28.02.2019-cu il tarixdə prixod 1000 manat, 15.03.2019-cu il tarixdə prixod 4000 manat, 26.03.2019-cu il tarixdə rasxod 500 manat, 29.03.2019-cu il tarixdə rasxod 3000 manat, 02.04.2019-cu il tarixdə rasxod 400 manat, 13.04.2019-cu il tarixdə rasxod 1000 manat, 17.04.2019-cu il tarixdə rasxod 1000 manat, 24.04.2018-ci il tarixdə rasxod 2000 manat, 27.05.2019-cu il tarixdə rasxod 3000 manat, 28.05.2019-cu il tarixdə prixod 2500 manat, 29.05.2019-cu il tarixdə prixod-sarxod 300 manat. Ümumilikdə məhkəməyə təqdim edilmiş lombard dəftərinə əsasən prixodun ümumi məbləği 137426 manat, rasxodun ümumi məbləği isə 81700 manat müəyyən edilmişdir. İddiaçı ayrı-ayrı vaxtlarda cavabdehə verdiyi pulların müəyyən edilməsi üçün məhhəməyə qeyd edilən dəftəri təqdim edilmiş, həmin dəftərdə isə prixodun məbləği rasxodun məbləğini üstələyir. Nəticədə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş lombard dəftəri ilə cavabdehin borcunun olması faktı öz təsdiqini tapmır. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya borcu olması halını da qəbul etməmiş, iddiaçı tərəfindən iddia tələbini sübut edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızı Cavabdeh ona 62000 manat borcunun olmasına dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızının Cavabdeh qаrşı “Cavabdeh 62000 (altmış iki min) manat və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızının Cavabdeh qаrşı “Cavabdeh 62000 (altmış iki min) manat və 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçı Bağırova Dı̇ larə Həmı̇ d qızına aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-934/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-934/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver