Məhkəmə qərarları › İş №2(007)-95/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-95/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-95/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların Cavabdeh tərəfindən heç bir icazə alınmadan qanunsuz sökülməsi nəticəsində əldən çıxmış faydaya görə 360000 (üç yüz altmış min) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı mağaza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışına əsasən və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* qeydiyyat nömrəli çıxarışına əsasən onun mülkiyyətindədir. Həmin mağazaların yerləşdiyi ərazidə 2018-ci ilin əvvəllərindən Cavabdeh tərifindən hündürmərtəbəli binanın tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən tikinti işləri aparılarkən onun həmin torpaq sahəsində yerləşən yuxarıda qeyd etdiyi mağazaların heç bir icazə alınmadan, qanunsuz sökülərək məhv edilmiş, mağazalarının yerləşdiyi və onun mülkiyyətində olan torpaq sahələri qanunsuz zəbt edilərək hündürmərtəbəli binalarin tikintisinə davam etdirilmişdir. Belə ki, cavabdeh “Babək-94" X3 nümayəndələri bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsi ilə nəzərdə tutulan əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətini törətmişlər. Həmin əmlakların məhv edilməsi nəticəsində ona külli miqdarda ziyan dəymişdir. Cavabdeh tərəfindən ona məxsus həmin qeyri-yaşayış sahələrinə görə heç bir kompensasiya ödənilməmişdir. Bundan başqa cavabdeh tərəfindən həmin mağazaların yerləşdiyi torpaq sahələri də zəbt edilmişdir. Həmin ərazidə cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Həmin mağazalara görə cavabdeh tərəfindən ona kompensasiya verilsə belə, mülkiyyətində olan torpaq sahəsində artıq hündürmərtəbəli tikili mövcuddur. Bununla da o, həmin torpaq sahəsində ticarət obyekt tikmək imkanından da məhrum olunmuşdur. ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların təyinatı mağaza idi. Həmin mağazalar tərəfindən gəlir əldə etmək məqsədilə özəlləşdirilmişdir. Cavabdeh tərəfindən sökülməsəydi həmin mağazaları özü işlədə və ya aylıq 600 manat olmaqla icayə verə bilərdi. “Babək-94" X5 tərəfındər mağazalarının heç bir icazə alınmadan sökülməsi və məhv edilməsi nəticəsində o, faktiki olaraq həmin gəlirlərdən məhrum olmuşdur. Buna görə də o hesab edir ki, əldən çıxmış faydaya görə 360.000 manat (600 manat x 12 ay x 50 il) cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, mağazalar əvvələr dövlət mülkiyətində olmuş sovet dönəmindən qalan mağazalardır, pilot layihəsi əsasında dövlət proqramına uyğun olaraq həmin mağazalar yerləşdiyi torpaq sahələrində özəlləşdirilmiş və həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində olan tikililər özbaşına qanunlara zidd olaraq sökülmüşdür. Onlar əvvəldə iddia qaldırmış, həmin işdə apelyasiya məhkəməsi xüsusi qəradad çıxarmışdır və qarşı tərəfin əməlində cinayət tərkibi vardır. Cinayət göz qabağında olsa da prokurorluq cinayət işi başlamadı. Həmin torpaq sahəsinin üzərində cavabdeh 10 mərtəbəli yaşayış sahəsi inşa etmişdir. Dövlət ehtiyacları olmadan vətəndaşın əlindən torpağı almaq olmaz. Əvvəlki məhkəmədə birinci stansiya məhkəməsi əmlakların sökülməsi ilə bağlı zərərə görə 95 min manat müəyyən olunmuş, amma torpağın boşaldılması məsələsinə toxunulmamışdır. O, həmçinin həmin obyektləri əldə etdiyi 2012-ci ildən orada məcburi köçkünlərin məskunlaşdığını, məcburi köçkünlərin başqa yaşayış yeri ilə təmin olunana qədər oradan istifadə etməmələrinin müəyyən olunduğu, məcburi köçkünlər torpaqlar azad olunduğu üçün tez-gec torpaqlarına qayıdacağını, bu səbəblərə görə həmin yerdən istifadə edə bilmədiklərini, obyektlər sökülərkən məcburi köçkünlərin cavabdeh tərəfindən başqa yerdə yerləşdirilmələrini, hazırki halda iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu qeyd etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixdə yazılı ərizə təqdim edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151, 153, 261, 262-ci maddələrini rəhbər tutaraq hazırki mülki işin icraatına xitam verilməlidir. Belə ki, hazırda Bakı Apellvasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 74/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında 2(103)-342/2021 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh MKM-nə qarşı iddia tələbi də “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi tələbi irəli sürərək, iddiaçının mülkiyyətində olmuş ünvan 3 ünvanında ümumi sahəsi 71,3 kv.m., torpaq sahəsi 0.00819 ha olan qeyriyaşayış binası (5/1 saylı çörək mağazası) və ünvan 4 ünvanında ümumi sahəsi 62,3 kv.m., torpaq sahəsi 0.00651 ha olan qeyri-yaşayış binasının (5/1 saylı mağaza) qanunsuz sökülməsi və nəticəsi olaraq 300.000 manat məbləğində dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Göründüyü kimi hər iki mülki iş üzrə iddiaçının iddia tələbinin predmeti və əsası eynilik təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında 2(103)-342/2021 saylı mülki işin nəticəsindən asılı olmayaraq 2(007)-1447/2021 nömrəli mülki işdə iddiaçı və cavabdeh tərəflər, iddia predmeti və əsaslar eynilik təşkil edir. Belə olan halda AR Mülki Prosessual Məcəlləsinin 153.2.4-ci maddəsinin tətbiqinə əsas yaranır. Hazırki iş üzrə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərinə məhkəmə iclasları təyin edilməsinə baxmayaraq MKM-nin məlumatı olmamış, növbəti xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclası barəsində məlumatı olmuşdur. Bu səbəbdən indi müraciət etmişlər. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-74/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 (doxsan yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9062/2019 aylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-74/2019 saylı, 18.04. 2019-cu il tarixli qətnaməsinin 18 aprel 2019cu il tarixli, 2(002)-74/2019 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9062/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərinin onun təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, iddiaçının hər iki obyekti pilot layihənin ərazisinə düşmüş, onlar iddiaçıya əmlaklarının əvəzinə binadan yer verilməsinin təklif etmişlər. Həmin qeyri-yaşayış sahələri qəzalı vəziyyətdə, divarları dəmir listdən qurulmuşdur. İş üzrə əmlakların icarə haqlarının müəyyən edilməsi ilə bağlı qiymətləndirmənin keçirilməsinə ümumiyyətlə etiraz edilmiş və qiymətləndirmənin keçirilməsinin iş üzrə əhəmiyyətsiz olması bildirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5 A xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. - ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 5 B xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. - Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-74/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9062/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və xx.xx.2019-cu il tarixli qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5896/2021 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsininxx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qevvəyə minməsi qərara alınmışdır. - “LegalPrime” Hüquq və Konsaltinq şirkətinin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən qeyri yaşayış binalarının müqayisə yanaşması ilə 5A saylı qeyri yaşayış binasının hazırki aylıq kirayə qiyməti 340 manat, 2018-ci il tarixdə aylıq kirayə qiyməti 320 manat, 5B saylı qeyri yaşayış binasının hazırki aylıq kirayə qiyməti 380 manat, 2018-ci il tarixdə aylıq kirayə qiyməti 360 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62.3 kv.m olan 5/1 saylı və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanında yerləşən, ümumi sahəsi 71.3 kv.m olan 5/1 saylı çörək mağazası İddiaçı mülkiyyətindədir. Həmin mağazaların yerləşdiyi ərazidə 2018-ci ilin əvvəllərindən Cavabdeh tərəfindən hündürmərtəbəli binanın tikinti işləri aparılmış, tikinti işləri aparılarkən İddiaçı həmin torpaq sahəsində mağazaların heç bir icazə alınmadan, qanunsuz sökülərək məhv edilmişdir. daha sonra İddiaçı iddia qaldırmış və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-74/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı məxsus mağazaların sökülməsi ilə əlaqədar dəymiş zərərə görə Cavabdehndən 97500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-9062/2019 saylı və xx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnamələri ilə də İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, mağazaların sökülməsi ilə əlaqədar törədilən özbaşınalıq nəticəsində iddiaçının hüquqlarının pozulması bu gün də davam etdiyindən iddiaçıya əmlakın hazırki bazar dəyərinə uyğun ədalətli kompensasiya ödənilməklə onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdehin hüquqa zidd hərəkəti mülkiyyətin tam itirilməsi ilə nəticələndiyindən belə vəziyyətdə iddiaçıya dəymiş ziyanın yalnız əmlakın dəyərinin ödənilməsi ilə bərpa olunmasına və bu zaman qiymətin mütəxəssis rəyində qeyd olunduğu kimi azaldılmaqla hesablanmasına pozulmuş hüquqların ədalətli bərpası mümkün deyil. ədalətli kompensasiya ödənilməklə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli ekspert rəyinin əsas götürülməyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5896/2021 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-342/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, qərarın qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqiu pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərfindən ünvan 5 ünvanında yerləşən mağazaların sökülməsinə görə İddiaçı dəymiş ziyan 97500 manat müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh tərəfindən həmin mağazalar sökülməsəydi onları işlədə və ya aylıq 600 manat olmaqla icayə verə biləcəyindən, “Babək-94" X5 tərəfındən mağazaların heç bir icazə alınmadan sökülməsi və məhv edilməsi nəticəsində o, faktiki olaraq həmin gəlirlərdən məhrum olduğundan əldən çıxmış faydaya görə 360000 manat tələb etmişdir. Məhkəmə bununla bağlı ilk öncə onu qeyd edir ki, həmin obyektlər qeyri-yaşayış sahələri olsa da iddiaçı onlarıdan əldə etdiyi 2012-ci il tarixdən sahibkarlıq fəakiyyətində təyinatı üzrə istifadə etməklə gəlir əldə etməmiş, həmçinin, həmin qeyri-yaşayış sahələri sökülməmişdən öncə məcburi köçkünlər orada məskunlaşmış, obyektlər sökülərkən onlar başqa yerlərdə yerləşdirilmişlər. Hamıya məlum faktdır ki, torpaqlar işğaldan azad olunmuş, lakin həmin ərazilərdə abadlıq bərpa işləri görülənədək məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması məsələsi müvəqqəti dayandırılmışdır. Yəni həmin mağazalar sökülməsəydi belə həmin mağazalardan iddiaçı yenə də qeyd olunan məsələ öz həllini tapanadək nə özü istifadə edə biləcək nə də ki, başqa şəxlərin istifadə verə biləçəkdi. Digər tərəfdən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə obyektlərin sökülməsinə görə Cavabdehndən dəymiş ziyan qismində 97500 manat vəsait iddiaçının xeyrinə tutulmuşdur. Göründüyü kimi iddiaçı qeyri-yaşayış sahələri onun mülkiyyətində olsa da faktiki onlardan istifadə etmədiyi halda bu obyektlərdən hansı qaydada faydalanmaqla gəlir əldə edə biləcəyi barədə məhkəməyə əsaslı sübutlar təqdim edə bilməmişdir. Digər tərəfdən iddiaçının artıq 2018-ci ilin əvvəllərində sökülmüş obyektlər üçün həmin vaxt da daxil olmaqla ümumilikdə gələcək illər üçün də əldən çıxmış fayda tələb etməsi ağlabatan deyildir. Belə olan halda iddiaçının 50 il müddət üçün əldən çıxmış faydanın tələb edilməsinə dair iddiası təmin olunarsa bu hal özlüyündə onun tərəfindən artıq mövcud olmayan həmin obyektlərə görə sonsuz bir müddət üçün fayda tələb etməsi halını yaratmış olacaqdır ki, bu isə ümumilikdə mülki dövriyyənin ümumi prinsiplərinə zidd olacaqdır. Məhkəmə eyni zamanda Cavabdeh iş üzrə icraata xitam verilməsi dəlili ilə bağlı qeyd edir ki, İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq zəbt edilmiş torpaq sahələrinin azad edilməsi” tələbi ilə bağlı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə isə “əldən çıxmış faydaya görə pul vəsaitinin tutulması” tələbi ilə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi isə “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq zəbt edilmiş torpaq sahələrinin azad edilməsi” tələbinə mahiyyəti üzrə münasibət bildirmişdir. Göründüyü kimi İddiaçı müraciət etdiyi tələblər müstəqil tələblər olduğundan, hazırki iş üzrə icraata xitam verilməməli əksinə İddiaçı tələbinə məhkəmədə baxılıb mahiyyəti üzrə münasibət bildirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların Cavabdeh tərəfindən heç bir icazə alınmadan qanunsuz sökülməsi nəticəsində əldən çıxmış faydaya görə 360000 (üç yüz altmış min) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “ünvan 2 və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 5 A ünvanlarında yerləşən əmlakların Cavabdeh tərəfindən heç bir icazə alınmadan qanunsuz sökülməsi nəticəsində əldən çıxmış faydaya görə 360000 (üç yüz altmış min) manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar