Məhkəmə qərarları › İş №2(007)-957/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-957/2023

01.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-957/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən onun və həyat yoldaşının istifadəsinə yaradılmış maneələrin aradan qaldırılmasına dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məşədi Kazımov küçəsi,ev 12 ünvanında yerləşən 17,3 kv metr sahəsi olan fərdi yaşayış sahəsini Bakı şəhəri sakini mərhum X2 almışdır, həmin yaşayış sahəsini 2015-ci ildə qızı, hazırki işdə cavabdeh olan Cavabdeh bağışlamışdır. 2000-ci ildə həmin ünvanda, yəni ünvan 3a əlavə olaraq ümumi sahəsi 130 kv metr olan fərdi yaşayış evini öz vəsaiti hesabına tikmişdir. O, 01 iyul 2016-cı il tarixindən həmin ünvanda qeydiyyatdadır. Başqa sözlə, sözügedən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsi üzərində iddiaçı olaraq onun 2000-ci ildən etibarən qanuni sahiblik və istifadə hüquqları yaranmışdır. 01 dekabr 2016-ci il tarixində həyat yoldaşı X31 vəfat etmişdir. 08 mart 2020-ci il tarixində X16 ilə ailə həyatı qurmuşdur. İkinci həyat yoldaşı onlar evləndikdən sonra onun yaşadığı ünvana köçmüşdür. Bir müddət heç bir problem olmadan həmin ünvanda yaşamışlar. 2020-ci ilin avqust ayının 21-də qızı, hazırki işdə cavabdeh olan Cavabdeh ikinci dəfə ailə qurmağını bəhanə edərək, ona və ikinci həyat yoldaşına yaşayış sahəsinə daxil olmaqlarına maneçilik törətməyə başlamış, onlara qarşı fiziki təhqirlər edərək onları yaşayış sahəsindən qovmuşdur. Həmin fərdi yaşayış evinin onun tərəfindən və onun vəsaiti hesabına tikilməsini şahid ifadələri, o cümlədən kommunal xidmət idarələri ilə bağladığı müqavilələr də təsdiqləyir. Beləliklə, cavabdeh heç bir halda onu və həyat yoldaşını qanuni istifadəsində olan yaşayış sahəsinə buraxmaq istəmir, onları həmin ünvandan qovur. Halbuki, həmin fərdi evə giriş-çıxışları ayrıdır, cavabdehə heç bir maneçilik törətmir və ümumiyyətlə bu işin ona heç bir aidiyyəti yoxdur. Cavabdeh həmin yaşayış sahəsindən onun və həyat yoldaşının istifadəsinə maneçilik törətdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Deməli, 2000-ci il tarixindən həmin yaşayış sahəsi üzərində qanuni sahiblik və istifadə hüquqları yarandığından o, həmin yaşayış sahəsinin istifadəçisidir. Deməli, əmlaka qanuni əsaslarla malik olan şəxs də həmin əmlaka dair, mülkiyyətçi kimi hüquqlara və imkanlara malikdir. Deməli, 2000-ci ildən həmin yaşayış sahəsi üzərində qanuni sahiblik və istifadə hüquqları yarandığından o, həmin yaşayış sahəsinin istifadəçisidir. Göründüyü kimi, mülkiyyətin toxunulmazlığı və yaşayış hüqqundan özbaşına məhrum edilmənin qadağan edilməsi həm Konstitusiyanın, həm də Mənzil Məcəlləsinin əsas prinspidir. Lakin cavabdehin qanunazaidd hərəkətləri nəticəsində yaşayış sahəsindən istifadə etməyə dair qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Onun 74 yaşı var, İİ qrup əlildir, bu ahıl çağında 2 (iki) ildən çox müddətdə kirayələrdə qaldıqdan və Prezident Aparatına şikayətdən sonra polis orqanı onu həmin ünvana yerləşdirmiş, lakin cavabdeh həyat yoldaşını həmin ünvana buraxmaq istəmir. Ona görə də, hesab edir ki, ünvan 4 ünvanında yerləşən və ümuni sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən onun və həyat yoldaşının istiadəsinə yaradılmış maneələrin aradan qaldırılmasına dair məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, tələbinin həyat yoldaşı olan hissəsinin nəzərə alınmamasını xahiş etdi. Əlavə olaraq qeyd etmişdir ki, qızı Cavabdeh “C” yaşayış sahəsində yaşayır və qeydiyyatı isə “B” yaşayış sahəsindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, özünə məxsus payını oğluna vermək istəyir. Cavabdeh onun həyətinə daxil olur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, onun tərəfindən iddiaçıya mübahisəli ünvanda yaşamasına dair maneə yaradılmır. İddiaçı hətta həmin ünvandakı evin bir hissəsini kirayəyə vermişdir. O, iddiaçıya məxsus qaz borcunu ödəmişdir, su borcunu ödəmir. Onların yaşadığı evlər arasında daş hasar var. Anası mülkiyyətində olan fərdi yaşayış evini ona bağışlamış, həmin vaxt atası bağışlamaya razılıq vermişdir. İddiaçı mübahisəli ünvana evinin olduğu deyərək tanımadığı qadınları gətirir, həmin ünvana daxil olmasa da, qonşular mövcud vəziyyətdən narazılıq edirlər. Əsas mübahisə səbəbi odur ki, atası yenidən ailə qurduğundan həmin qadına ev vədi vermiş, həmin ünvanla bağlı sənədlərini rəsmiləşdirmək istəyir. Vaxtı ilə mərhum anası ilə də atası arasında bu növ narazılıqlar olub. Bildirdi ki, indiyə kimi atasının ona qarşı Bakı şəhəri Nizami Rayon məhkəməsində müxtəlif iddiaları olmuş və təmin edilməmişdir. Cünki əsl səbəb odur ki, iddiaçı bu yolla onu evin satılmasına məcbur etmək istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami RPİ-nin 23-cü Polis Bölməsinin tətqoqatçısının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törədən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə göndərilmişdir. - Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1058 saylı arayışındna görünür ki, İddiaçı Keşlə qəsəbəsi, M.H.Kazımov küçəsi, 12 ünvanında qeydiyyatdadır və qonşuların tərtib etdiyi akta əsasən tək yaşayır. - AZ-İİ seriyalı 392803 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X15 06 mart 2020-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 484 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir; - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 09 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İ № 846926 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 01 dekabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 dekabr 2016-cı il tarixdə 1630 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi Böyrək Karsinomasıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********12 saylı xx.xx.2021-ci il tarixli məlumatından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X21 və X40 adlarına qeydiyyatdan keçmişdir (tarix qeyd edilməmişdir). xx.xx.1983cü il tarixdə Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontorunun 2kn-2754 və 2kn-“N”-2755 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən fərdi yaşayış evinin 1/2 hissəsi X17, X5 və X23 adına qeydiyyata alınmışdır. xx.xx.1989-cu il tarixli X17 ilə X32 arasında bağlanmış Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 1D-164 saylı alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/2 hissəsindən 1/3 hissəsi X22 adına özgəninkiləşdirilmişdir. xx.xx.1997-ci il tarixli X18 ilə X10 arasında bağlanmış Bakı şəhəri 15 saylı Dövlət Notariat Kontorunun 3m/a-540 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/6 hissəsi X3 adına özgəninkiləşdirilmişdir. xx.xx.1998-ci il tarixli X28 ilə X19 arasında bağlanmış Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunun 3ma2-284 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 2/6 hissəsi X6 adna özgəninkiləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 06.2001-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Keşlə qəsəbəsi, Kooperativ küçəsində (indiki B.Kəngərli küçəsi) yerləşən 12 nömrəli evin 2/6 hissəsi üzrə mərhum X4 adına verilmiş 30/3045 saylı 30 10.1991-ci il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmiş və X4 adına olan həmin 2/6 hissə bərabər paylarla - hər birinə 1/6 pay olmaqla X7 və X11 mülkiyyətinə verilmişdir. xx.xx.2002-ci il tarixli X32 ilə X20 arasında bağlanmış Bakı şəhəri 23 saylı Dövlət Notariat Kontorunun 4Ə/1-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkün 1/6 hissəsi - 3 otaq, sahəsi 36,7 kv.m olan “C” yaşayış sahəsi X8 adına özgəninkiləşdirilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli 1MK-1564/06 nömrəli qətnaməsinə əsasən X22 mübahisəli Bakı şəhəri Keşlə qəsəbəsi, Kooperativ küçəsində yerləşən 12 nömrəli evin “C” yaşayış sahəsinə yaşayış hüquqları itirilmiş hesab edilmişdir. xx.xx.2011-ci il tarixli X12 ilə X41 arasında bağlanmış Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun 4Ə/1-58 saylı alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 2/6 hissəsindən 1 otağı X24 adına özgəninkiləşdirilmişdir. xx.xx.2011-ci il tarixli X41 ilə X25 arasında bağlanmış Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun 4Ə/2-193 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 2/6 hissəsi X13 adına özgəninkiləşdirilmişdir. xx.xx.2012-ci il tarixli X10 ilə X9 arasında bağlanmış və 4ə/1 -115 saylı reyestrlə Bakı şəhər notarisu (A.K.Məmmədov) tərəfindən qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/6 hissəsi X1 adına özgəninkiləşdirilmişdir xx.xx.2015-ci il tarixdə X32 ilə Cavabdeh arasında bağlanmış 2 saylı “ASAN xidmət” mərkəzinin notariusunda təsdiq edilmiş 4Ə/2596 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən fərdi yaşayış evinin 1/6 hissəsi (1 otaq) Cavabdeh bağışlanmışdır. xx.xx.2020-ci il tarixli Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 2v- 30 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən fərdi yaşayış evinin 2/6 hissəsi X14 vərəsəsi olaraq X7 adına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi hazırda X8 (1/6 hissədən “C” tikilisi, 3 otaq, yaşayış sahəsi 36,8 kv.m), X23 (2/6 hissədən qalan hissə), X13 (2/6 hissədən 1 otaq, yaşayış sahəsi 17,3 kv.m), X1 (1/6 hissə), Cavabdeh (1/6 hissədən “B” tikilisi, yaşayış sahəsi 17,3 kv.m), X7 (2/6 hissə) mülkiyyətlərindədir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X32 rəsmi nikah münasibətində olmaqla yaşamışlar, cavabdeh onları birgə nikahlarından doğulmuş övladlarıdır. X32 01 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Hazırda isə iddiaçı ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən onun istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmə qeyd edir ki, ilk növbədə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi hazırda X8 (1/6 hissədən “C” tikilisi, 3 otaq, yaşayış sahəsi 36,8 kv.m), X23 (2/6 hissədən qalan hissə), X13 (2/6 hissədən 1 otaq, yaşayış sahəsi 17,3 kv.m), X1 (1/6 hissə), Cavabdeh (1/6 hissədən “B” tikilisi, yaşayış sahəsi 17,3 kv.m), X7 (2/6 hissə) mülkiyyətlərindədir. İddiaçı 2000-ci ildə ünvan 3a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinin onun tərəfindən tikildiyini və həmin ünvanın ona məxsus olduğunu bildirsə də, həmin ünvanda pay hüququnun olmasına və həmin sahənin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, X22 mülkiyyətində ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 17,3 kv.metr olan fərdi yaşayış evi olmuş və o, həmin əmlakı 30 noyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh bağışlamış, bu zaman İddiaçı əmlakın bağışlanılmasına etiraz etməmişdir. Hazırda məhkəməyə mübahisələndirilən ünvan 3a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsinə dair, həmçinin iddiaçının həmin əmlak üzərində pay hüququnun olmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. X47 küçəsi, ev 12 ünvanında iddiaçının və cavabdehin faktiki olaraq yaşadıqları ünvanlar özbaşına tikililərdir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən mübahisəli ünvana xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. Məlum olmuşdur ki, iddiaçı “A” tikilisi adlandırılan ünvanda yaşayır, həmin tikiliyə qonşu və eyni həyətdə cavabdehə məxsus “B” tikilisi yerləşir. Lakin cavabdeh “B” tikilisində yaşamır. İddiaçının yaşadığı ünvana daxil olarkən (iddiaçı giriş qapısını özü açmışdır) giriş qapısından sağda “J” və “E” tikililəri mövcuddur və həmin ünvanlar iddiaçı tərəfindən kirayəyə verilmişdir və əldə edilən gəlir də iddiaçıya məxsusdur. Bundan sonra iddiaçının yaşadığı tikili və cavabdehin mülkiyyətində olan “B” tikilisi mövcuddur. Cavabdehin faktiki olaraq yaşadığı fərdi yaşayış evi isə “C” tikilisi adlandırılmaqla iddiaçının yaşadığı ünvanla eyni-giriş çıxışları mövcud deyil. Hər ikinin özünə məxsus giriş-çıxışları vardır və hasarla ayrılmışlar. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da, müəyyən edildi ki, iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı məhkəmə araşdırması zamanı tələbini sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir. İddiaçı cavabdeh tərəfindən yaşayış sahəsinə daxil olmağa maneəçilik yaradıldığını, onu yaşayış sahəsində qovuğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçıya mübahisəli ünvanda yaşamasına hər hansı manələrin yaradılması halı öz təsdiqini tapmamışdır. Hazırda iddiaçı mübahisəli ünvanda yaşayır. Həmin əsaslarla da məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 3a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 3a yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar