Məhkəmə qərarları › İş №2(007)-959/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-959/2022

16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-959/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh Cəlal oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh Cəlal oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Cəlal oğlu ilə 05.05.2005-ci il tarixdə nikaha girməklə ailə həyatı qurmuşdur.Birgə nikahdan 03.08.2006-cı il təvəllüdlü X3 və X4 adlı uşaqları doğulub. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş,birgə nikahdan doğulmuş uşaqlar, 03.08.2006-cı il təvəllüdlü X3 və X4 onun himayəsinə verilib və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Cəlal oğlundan onun xeyrinə hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat aliment tutulması qət edilmişdir.Lakin hal-hazırda aliment uşaqların saxlanması üçün kifayət etmir.Cavabdeh uşaqların təhsili,sağlamlığı,təlim tərbiyyəsi ilə qətiyyən maraqlanmır.Maddi vəziyyətləri ağırdır.2022-ci ildə minimal aliment məbləği hər uşaq üçün 193 manat müəyyən olunub. Qeyd olunanlara əsasən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən olunan alimentin artırılmasını, birgə nikahdan doğulmuş 03.08.2006-cı il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər uşağa görə 193 manat cəmi 386 manat aliment tutulmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı 24.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia tələbini iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş,birgə nikahdan doğulmuş uşaqlar,03.08.2006-cı il təvəllüdlü X3 və X4 İddiaçı himayəsində saxlanmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılmalı,03.08.2006-cı il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Cəlal oğlundan İddiaçı xeyrinə hər uşağa görə 170 manat olmaqla cəmi 386 manat aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. 03.08.2006-cı il təvəllüdlü X1 və 14.12.2008-cı̇ ı̇ l təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Cəlal oğlundan İddiaçı xeyrinə hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat aliment tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar