Məhkəmə qərarları › İş №2(007)-980/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-980/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-980/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" QSC borclu Cavabdeh qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 16 may 2014-cü il tarixli maliyyə arayışına əsasən, əsas borc üzrə 0 manat, faiz borcu üzrə 12.90 manat, cərimə borcu üzrə 0.73 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 164 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 2.50 manat, ümumilikdə 180.13 manat gecikdirilmiş borcun və 20 manat ödənilmiş dpvlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 oktyabr 2012-ci il tarixdə borclu ilə kreditor arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşıq müqaviləimzalanmışdır. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyytalara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu öhdəliyini vaxtında və lazımınca icra etmir, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz borcunu ödəmir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli, 2(007)-2743/2014 nömrəli məhkəmə əmrinə əsasən, Cavabdeh kreditor "xxxx" QSC-nin xeyrinə hesablanmış faiz borcu üzrə 12 manat 90 qəpik, cərimə borcu üzrə 73 qəpik, bildirişin göndərilməsinə görə poçt xərcləri üzrə 2 manat 50 qəpik borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 180 manat 13 qəpik məbləğində vəsait tutulmalıdır. Cavabdeh etiraz ərizəsi ilə müraciət edərək qeyd edilən məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(007)-2743/2014 nömrəli qərardadı ilə, borclu Cavabdeh etirazının təmin olunması, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2014-cü il tarixli, 2(007)-2743/2014 nömrəli məhkəmə əmrinin ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" QSC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onların iştirakı olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin ərizəsini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2012-ci tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşıq müqavilədən görünür ki, kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyytalara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürmüşdür. - 06 iyun 2014-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir; - 22 mart 2014-cü il tarixli qaimədən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh bildirişlərin (nıralaẏ ızneṫ ırp) göndərilməsi üçün poçt xərcləri olaraq 2.50 manat ödənilmişdir. - "xxxx" QSC-nin 21 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas məbləğ üzrə borc: 0 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 12.90 manat, cərimə borcu: 0.73 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 164 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 2.50 manat, cəmi borc: 180.13 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2012-ci tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşıq müqaviləyə əsasən, kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyytalara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı "xxxx" QSC ilə bağladığı 16 oktyabr 2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşıq müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı “X1” QSC cavabdehdən müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 164 manat tələb etsə də, məhkəməyə həmin tələbin əsasını təşkil edən heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16.10.2012-ci il tarixli müqavilə üzrə "X2 Azərbaycan" QSC-nin xeyrinə 12,90 manat faiz borcu, 0,73 manat cərimə borcu, bildirişlərin (pritenziyanın) göndərilməsi üzrə 2,50 manat və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində vəsait olmaqla ümumilikdə 36,13 (otuz altı manat on üç qəpik) vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.10.2012-ci il tarixli müqavilə üzrə "X2 Azərbaycan" QSC-nin xeyrinə 12,90 manat faiz borcu, 0,73 manat cərimə borcu, bildirişlərin (pritenziyanın) göndərilməsi üzrə 2,50 manat və dövlət rüsumuna görə ödənilmiş 20 manat məbləğində vəsait olmaqla ümumilikdə 36,13 (otuz altı manat on üç qəpik) vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar