Məhkəmə qərarları › İş №2(007)-989/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-989/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-989/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin dəyişdirilməsi" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-1480/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək X4 təvəllüdünün texniki səhv olaraq 20 may 2019-cu il yazıldığını bildirərək onun təvəllüdünün “21 iyul 2018-ci il” kimi nəzərə alınmasını və alimentin dəyişdirilərək Cavabdeh 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi cavabdehin əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən 2279 akt qeydi ilə onunla Cavabdeh arasında nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdehlə bir müddət normal yaşadıqdan sonra aralarında fikir ayrılığı yaşanmışdır və Xəzər Rayon Məhkəməsinin 2(003)-1790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sonradan Nizami Rayon Məhkəməsinin 2(007)-1480/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 193 manat aliment tutulması qət edilmişdir. Nəzərə çatdırır ki, cavabdeh uşağın saxlanılmasında ona köməklik göstərmədiyi üçün o, məcbur qalıb cavabdehdən alimentin artırılması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa isə cavabdeh uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. O, övladı ilə birlikdə yaşayır, onun hər ay uşağın saxlanması üçün 600 manata qədər xərci çıxır ki, heç olmasa bunun yarısı da cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh isə nə uşağın maddi durumu ilə maraqlanır, nə də ki, uşağın mənəvi cəhətdən qayğısına qalır. Onu da qeyd edir ki, müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Bütün bunları uşağı üçün təşkil etmək tək başına ona olduqca çətindir. Hal-hazırda cavabdeh işləyir və yüksək maaş alır.

İş materialları:

4. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 23 yanvar 2024-cü il tarixli, MŞB/8/2024-00064 saylı arayışdan görünür ki, hər iki tərəf 23 yanvar 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)- 1480/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1790/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. AZ-İV seriyalı, 120970 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 iyul 2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

7. AZ-İ seriyalı 327305 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah Xəzərə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 avqust 2019-cu il tarixdə 219 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Hənifəyeva” soyadı verilmişdir.

8. “AEMİS”-dən çıxarışdan görünür ki, Osmanov X5 Hallar Nazirliyində “dövlət qulluqçusu-baş məsləhətçi, hökumət” vəzifəsində işləyir. Aylıq əmək haqqı 1417.50 manatdır.

9. “AEMİS”-dən çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də “mühəndis, planlaşdırma” vəzifəsində işləyir. Aylıq əmək haqqı 910 manatdır.

Tərəflərin izahatları:

10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmasını qəbul etmir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Tətbiq edilən hüquq:

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 21 iyul 2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. İddiaçı müəyyən olunmuş alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-1480/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1790/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 21 iyul 2018ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının dəyişdirilməsini xahiş edir.

Məhkəmənin mövqeyi:

19. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Göründüyü kimi cavabdeh Osmanov X5 Hallar Nazirliyində işləyir və aylıq əmək haqqı 1417.50 manat təşkil edir. Qanunvericiliyin tələbinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinə əsasən 1 uşağın saxlanılmasına görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə uşağın mənafeyini nəzərə alaraq alimentin məbləğinin dəyişdirilərək cavabdehdən qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmasını məqsədəmüvafiq hesab edir.

21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını, həmçinin cavabdehin mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulamlıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

23. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Nəticə:

24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-1480/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment və 60 manat mediasiya xərci tutulub İddiaçı ödənilməlidir. İş üzrə ödənilməli olan dövlət rüsumu 62,51 manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülməlidir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(007)-1480/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 iyul 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment və 60 manat mediasiya xərci tutulub İddiaçı ödənilsin. İş üzrə ödənilməli olan dövlət rüsumu 62,51 manat cavabdehdən tutulub dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar