Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-996/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil tələbini onunla əsaslandırdı ki, iddiaçı Bakı şəhəri, Nizami raronu, Azər Manatov küçəsidə 15/21 saylı binanın 38 saylı mənzilində yaşayır. Onunla qonşu olan və Cavabdeh mülkiyyətində olan 40 saylı mənzildən iddiaçının mənzilinə dəfələrlə su axıdıb. Bu barədə mənzilin sahibi Cavabdeh dəfələrlə bildirilsə də bu bir nəticə verməyib. İddiaçı qonşusunun bu hərəkətlərinə əhəmiyyət verməsə də, axırıncı dəfə onun iddiaçıya vurduğu ziyan iddiaçını məhkəməyə mürüciət elməyə vadar edib. Belə ki, Cavabdeh məxsus 10 saylı mənzildən iddiaçının mənzilinə axıdılan suyun nəticəsində iddiaçıya çox böyük miqdarda ziyan dəyib.İddiaçı bu barədə ilkin olaraq Nizami Rayonu 83 saylı Mənzil Kommunal İstismar Sahəsinə müraciət edib, həmin mənzil mənzil kommunal istismar sahəsinin əməkdaşları tərəfindən mənzilə baxış keçirilib və iddiaçıya vurulan ziyan aşkar edilib. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilib. İddiaçıya vurulan ziyanın miqdarı təqribən 2200 manat civarında təşkil edir. Buna görə də 2200 manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd olunanlara əsasən Cavabdeh 2200 manat dəymiş maddi ziyanın və ödənilmiş 45 manat dövlət rüsumunun, vəkilə hüquqi yardım üçün ödənilmiş 151 manat pulun və etibarnamə üçün ödənilmiş 17,25 manat pulun, cəmi 2413 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, bildirdi ki, o iddia ərizəsində göstərilənlərlə razı deyil. İlk növbədə onu qeyd edir ki, sözü gedən mənzilə dəyən ziyanın miqdarı 2200 manat təşkil edə bilməz. Həmin mənzilə dəyən ziyanın məbləği 500 manatdır və o həmin pulu qarşı təfərə ödəməyə razıdır. Qaldı ki, hüquqi xidmət və məhkəmə üçün ödənilən puldan o cəmi 200 manat ödəyə bilər.Xahiş edir ki, iddia qismən təmin edilsin. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materallarnda olan: Nizami Rayonu 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktların məzmunundan görünür ki, Bakı şəhəri, Nizami raronu, Azər Manatov küçəsidə 15/21 saylı binanın 38 saylı mənzilinə, həmin evin 40 saylı mənzilindən su axıdılmış və həmin mənzilin mətbəx, dəhliz, zal otaqlarına maddi ziyan dəymişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən MH seriya qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nizami raronu, Azər Manatov küçəsidə 15/21 saylı binanın 38 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami raronu, Azər Manatov küçəsidə 15/21 saylı binanın 38 saylı mənzilə həmin evin 96 saylı mənzilindən su axıdılmışdr.Susızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2013,0 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Cavabdeh məxsus 40 saylı mənzildə istilik xəttində yaranan nasazlıq nəticəsində iddiaçının mənzilinə axıdılan su sızma nəticəsində ona maddi ziyan dəymişdir. Ekspert rəyinə əsasən ziyanın məbləği 2013,0 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki,iddia maddi ziyanın tələb olunması hissəsində qismən əsaslı olduğundan 2013,0 manat təmin olunmalıdır. Vəkilə hüquqi yardım üçün ödənilmiş 151 manat pulun və etibarnamə üçün ödənilmiş 17,25 manat pulun tutulması hissəsində iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı həmin ödənişləri təsdiq edən qəbzləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 2013,0 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat İddiaçı xeyrinə tutulmalıdır, qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2013,0 manat və ödənilmiş dövlət rüsumuna görə 45 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-996/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-996/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver