Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1009/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdeh qaşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qaşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə notarial qaydada bağıanmış 3 aprel 2018-ci ildə borc müqaviləsinə əsasən, ona vermiş olduğum 3400 (üç min dörd yüz) manatın və daha sonra isə borc müqaviləsi olmadan verdiyi 1100 (bir min bir yüz) manat məbləğində borc pulun cavabdehdən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 3 aprel 2018-ci ildə Cavabdeh ilə notarial qaydada bağlanan borc müqaviləsinə əsasən, cavabdehə 3400 (üç min dörd yüz) manat məbləğində borc vermişdir. Həmin şəxsə borc verməkdə məqsədi ona işə düzəltməyə köməklik göstərməsi olmuşdur. Borc müqaviləsində göstərilən müddətə əsasən, cavabdeh ona olan borcunu 03.05.2018-ci ilə qədər ödəməli idi. Müqavilə bağlandıqdan 1 həftə sonra isə o, Cavabdeh borc müqaviləsi olmadan 1100 (min yüz) manat da əlavə pul vermişdir. Ümumilikdə isə cavabdeh ona 4500 (dörd min beş yüz manat) məbləğində pul borcludur və bu günə qədər də həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Məhkəməyə indi müraciət etməyinin səbəbi həyat yoldaşının və özünün səhhətində ciddi problemlər olması ilə bağlıdır. Həyat yoldaşı parkinson xəstəsidir və bu səbəbdən də nəzarətsiz qoya bilmir, özü isə işemiya (ürək zəifliyi) xəstəliyindən əziyyət çəkir. Bütün bunlar isə məhkəmədə iştirak etməyə belə imkan vermir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana məlumat verilsə də, o məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçı X2 nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdəki 03.04.2018-ci il tarixli X5 ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, X1 Aybəniz Vaqif qızına 3400 manat pul vəsaitini 03.05.2018-ci il tarixədək fiazsiz olmaqla qaytarmaq şərtilə ilə borc vermişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X6 izahat verərək bildirdi ki, iddiaçı onun anasıdır, təxminən 2018-ci ilin may ayının ortalarına yaxın anası ona bildirdi ki, qardaşı Ramizi işə düzəltmək üçün Aybəniz adlı qadına 1100 manat məbləğində pul vərmək üçün onu maşını ilə Suraxanı yerləşən polis idarəsinin yanına aparsın. Təxminən saat 6-7 radələrində onlar polis idarəsinin yanına getdilər bu zaman adını anasından eşitdiyi Aybəniz adlı qadın gəlib onun maşınına oturdu, bundan sonra anası cibindəki 11 dənə 100 manatlıqı Aybəniz adlı qadına verdi. Aybəniz isə anasına işdən narahat olmamasını, tezliklə Ramizi işə düzəldəcəyini, əgaər alınmasa pulları qaytaracağını bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş notarial qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, iddiaçı 3400 manat məbləğində pul vəsaitini 1 ay müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Bundan əlavə məhkəmə iclasına dəvət edilmiş şahid ifadəsindən də məlum olur ki, 2018-ci il may ayında iddiaçı cavabdehə əlavə olaraq 1100 manat məbləğində pul vəsaiti vermişdir. Hal-hazlırda iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitlərinin cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, pul vəsaitinin ona verilməsini təkzib edəcək və ya ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pul alınaraq, X3 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı bir tələb olmadığından dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin olunsun. Cavabdeh 4500 (dörd min beş yüz) manat borc pul tutularaq iddiaçı X3 qaytarılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1009/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1009/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver