Məhkəmə qərarları › İş №2(008)-1033/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1033/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1033/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 21.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffman televizor üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən Huawei P Smart markalı telefon 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən, Huawei P Smart Z markalı telefon üçün 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 20.10.2019-cu il tarixli müqaviləsinə əsasən, NOKİA 3.1 Plus DS markalı telefon üçün 319 (üç yüz on doqquz) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, ümumilikdə 1590 (min beş yüz doxsan) manat məbləğində pulun və ödənilmiş 35.9 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21.05.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əliyeva X1 televizoru almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 21.05.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Hoffman televizorun aylıq ödəniş məbləği 18 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.06.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Huawei P Smart Z markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 04.06.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Huawei P Smart Z markalı telefonun aylıq ödəniş məbləği 40 manat təşkil edir. İş materiallarında olan 04.06.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Huawei P Smart Z markalı telefoni Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.11.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh Huawei P Smart Z markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 03.11.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Huawei P Smart Z markalı telefonun aylıq ödəniş məbləği 42 manat təşkil edir. İş materiallarında olan 03.11.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, Huawei P Smart Z markalı telefonu Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.10.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh NOKİA 3.1 Plus DS markalı telefon almış, onun dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 20.10.2019-cu il tarixli müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, NOKİA 3.1 Plus DS markalı telefonnın aylıq ödəniş məbləği 29 manat təşkil edir. İş materiallarında olan 20.10.2019-cu il tarixli təhvil – təslim aktının surətindən görünür ki, NOKİA 3.1 Plus DS markalı telefonu Cavabdeh təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış 19 may 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirdiyindən, yəni “ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etmədiyindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 21.05.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 432 manat olan Hoffman televizor üçün 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz)manat cərimə, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən isə, alqı –satqı qiyməti 600 manat olan Huawei P Smart Z markalı telefon 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 578 manat olan Huawei P Smart Z markalı telefon üçün 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə borcu, 20.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 348 manat olan NOKİA 3.1 Plus DS markalı telefon üçün 319 (üç yüz on doqquz) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə olmaqla, ümumilikdə cəmi 1590 (bir min beş yüz doxsan) manat məbləğində borcu müəyyən edilir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi, Cavabdeh 21.05.2019-cuil tarixli, 04.06.2019-cu il tarixli, 03.11.2019-cu il tarixli, 20.10.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 21.05.2019-cu il tarixli müqaviləyə əsasən 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 20.10.2019-cu il tarixli müqaviləyə əsasən 319 (üç yüz on doqquz) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə borcu olmaqla, cəmi 1590 (bir min beş yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh 21.05.2019-cu il tarixli müqaviləyə əsasən 306 (üç yüz altı) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən 360 (üç yüz altmış) manat ödənilməmiş hissə, 36 (otuz altı) manat cərimə borcu, 03.11.2019-cu il tarixli müqaviləsinə əsasən 462 (dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 46 (qırx altı) manat cərimə, 20.10.2019-cu il tarixli müqaviləyə əsasən 319 (üç yüz on doqquz) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə borcu olmaqla, cəmi 1590 (bir min beş yüz doxsan) manat məbləğində pul və 30 (otuz)manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar