Məhkəmə qərarları › İş №2(008)-1066/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1066/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1066/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 qızının, Cavabdeh Cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9400 manat məbləğində əsas borcun və 124,40 manat dövlət rüsumunun, ümumilikdə 9524,40 manat pulun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 "xxxx" MMC-nin 22.06.2020-ci il tarixə kimi direktor vəzifəsində işləmişdi. İddiaçı 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayına kimi Cavabdeh2 un satmışdır. Ödənişlər tam həyata keçirlmədiyindən Cavabdeh2 iddiaçıya 9400 manat məbləğində borcu qalmışdır. 22.06.2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru dəyişdirilərək Cavabdeh1 olmuşdur. İddiaçı 9400 manat məbləğində borcunu Cavabdeh2 istəyəndə, o, Cavabdeh1 tələb etməyini demişdir. Lakin, sonuncu müxtəlif bəhanələrlə həmin borcu ona qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etdi ki, o, müəssisənin rəhbəri olduğu dövrdə iddiaçıdan "xxxx" MMC-nin sənədləri (qaiməfakturaları və sair) əsasında "xxxx" MMC üçün un almışdır. Həqiqətən şirkətin 9400 manat məbləğində borcu yaranmışdır. Cavabdeh2 şirkəti digər Cavabdeh1 satmış və "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 9400 manat borcu Cavabdeh1 ondan təhvil almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 9400 manat borcu təhvil aldığını təsdiq etdi. Lakin sonra audit yoxlaması nəticəsində şirkətdə yeyinti olduğunu aşkar etmişdir və hesab edir ki, həmin pulu Cavabdeh2 qaytarmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" MMC ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır, 22.06.2020-ci il tarixdən qanuni təmsiliçisi Cavabdeh1dur. 05.08.2020-ci il tarixli Aktla şirkətin əvvəlki təmsilçisi Cavabdeh2 "xxxx" MMC-nin "xxxx" MMC-yə olan 9414 manat borcunu Cavabdeh1 təhvil vermiş, sonuncu isə həmin borcu təhvil almışdır. Adıçəkilən borc "xxxx" MMC-nin sənədləri əsasında İddiaçı tərəfindən "xxxx" MMCyə unun satılması nəticəsində yaranmışdır. Hazırda iddiaçı 9400 manat borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında hüquq münasibətləri mövcud olmamışdır. Əslində "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sənədləri əsasında iddiaçının vasitəsilə un alınmış və "xxxx" MMC-nin "xxxx" MMC-yə borcu yaranmışdır. İddiaçı özünün əsl iddiaçı "xxxx" MMC və cavabdehlərin əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsinə razı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Həmin Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar