Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1067/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X16 qızının, İddiaçı X7, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X7 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müştərək qaydada 9920 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona əvvəlcədən tanıdığı, yüksək münasibətləri olan mərhum X1 rayonu, Balaxanı qəsəbəsində yerləşən «Balaxanı çay evi» kimi tanınan hazırda «Fərəcli holl» restoranının təmirinə işçi topalamaq, təmirə rəhbərlik eləmək və təmir edildikdən sonra həmin obyekti şərikinə işlətmək təklif etmişdir. Müəyyən xərcləri Fərəcov Fizuli özü çəkirdi, pulu olmayanda iddiaçıdan ödəməyi xahiş edirdi, o, da iş dayanmasın deyə öz cibindən tikinti-təmir işlərinə pul xərcləmişdir. Lakin, gözlənilmədən Fərəcov Fizuli öldü və ailəsi QAZEL marlkalı yük maşınını ona satıb borcunun bir hissəsini götürmək təklif etdi. O, həmin yük maşınını 4000 manata satmış, lakin mərhumun oğlu Cavabdeh1 o pulun 2000 manat hissəsini ondan geri almışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək qeyd etdi ki, rəhmətlik Fizuli Fərəcov kifayət qədər zəngin insan idi, onun iddiaçının puluna ehtiyacı yox idi. Vəkil 5 il ərzində rəhmətliyə vəkillik etmişdir. İddaiçı ilə Fizuli Fərəcov arasındakı münasibətlər işçi-işəgötürən münasibitləri idi, iddiaçı ona sürücülük edirdi, müəyyən işlərində köməklik edirdi. Fizuli Fərəcovun iddiaçıya hər hansı borcu qalmamışdır. Fərəcov Fizulinin banklara xeyli miqdarda borcu qalmışd, onun bütün əmlakı ipoteka ilə yüklə edilmiş və həmin əmlaklər hamısı bankların borcunun ödənilməsinə yönəlmişdir. Arvadı və oğlu tərəfindən vərəsəlik qaydasında hər hansı bir əmlak qəbul edilməmişdir.İddianın rədd edilməsini məhkəmədən xahiş edir. 02.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X13 ifadə verərək qeyd etdi ki, o, Gərayzadə Namiq ilə tanış olmuş, rəngsazdır, Balaxanı qəsəbəsində yerləşən çay evində 3300 manatlıq iş görmüş, polisə müraciət etdikdən sonra Ağəli ona 2000 manatını vermiş, lakin qalan 1300 manatı qaytarmamışdır. Həmin məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadə verərək qed etdi ki, o, Gərayzadə Namiq ilə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, mübahisəli obyektdə fasad işləri görmüş, əvvəlcədən Namiq ilə 19000 manata razılaşmışlar, Namiq ona cəmi 2500 manat məbləğində beh vermiş, Füzuli öldükdən sonra oğlu Ağəli onlardan işin dayandırılmamasını xahiş etmiş, hissə-hissə 5100 manat pul ödəmiş, qalan pulu da ödəyəcəyinə dair söz vermişdir. O, Namiq və Ağəlidən polisə şikayət etdikdən sonra, Ağəli ona polisin yanında 2000 manat pulu qaytarmış, qalan pulu bu günə kimi qaytarmamışdır. Həmin məhkəmə iclasına iştirak etmiş şahid X2 Rəvan Məhərrəm oğlunun ifadəsinə uyğun ifadə verdi və əlavə olaraq qeyd etdi ki, o, Qurbanov Rəvan ilə eyni briqadada işləmişdir. Məhkəmə tərəfləin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdehlər mərhum X6 oğlu və arvadıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı X10 ilə birlikdə sonuncuya qeyrirəsmi məxsus olan obyekdə tikinti-təmir işləri ilə məşğul olmuşdular, işin gedişatı zamanı Fərəcov Fizuli ölmüşdür. İddiaçının mövqeyinə görə mərhumun ona 9920 manat borcu qalmışdır və həmin pulu bu gün onun arvadı və oğlu ödəməlidilər. Bu halı iddiaçı şahid ifadələri, ona QAZEL marlkalı yük maşınının borc əvəzi verilməsi və mərhum tərəfindən imzalanmış borcu təsdiq edən dəftər vərəqi ilə sübut etməyə çalışmışdır. İddiaçı tərəfindən təqdim edilmiş dəftər vərəqindən görünür ki, 26.02.2020-ci il tarixdə tərtib edilmiş «Yekun nəticə» adlanan vərəqdə müəyyən hesabatlar aparılmış və «borc verdim mən – 3300 manat» bənd əlavə edilmiş, həmin vərəq iddiaçı və iddiaçının dediyinə görə Fərəcov Fizuli tərəfindən imzalanmışdır. Hazırda iddiaçı cavabdehlərdən 9920 manat məbləğində borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçı mərhum Fərəcov Fizulinin ona olan borcunu sübut edə bilməmişdir. Belə ki, yuxarıda qeyd olunan dəftər vərəqində «borc verdim mən – 3300 manat» bənd aydın deyil, məhz həmin borcu iddiaçı tərəfindən Fərəcov Fizuliyə verilməsi müəyyən edilmir. Şahid ifadələrinə gəldikdə isə məhkəmə qeyd etməyi zərui hesab edir ki, həmin ifadələr aydın deyil, iddiaçı tərəfindən hər hansı bir məbləğin ustalara ödənilməsi həmin məbləğin sonradan mərhumdan alınmamasına dəlalət etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hətta iddiaçı mərhumunu ona olan borcunu sübut edə bilmiş olsaydı belə, həmin borcun tutulmasını onun arvadından və oğlundan tələb edə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən zərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən zgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1308-ci maddəsinə əsasən vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir neçə vərəsəyə həvalə edə bilər. İddiaçı tərəfindən Fərəcov Fizulinin ölümündən sonra vərəsəlik işinin açılması və ya borcun ödənilməsinin vəsiyyət edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 9920 manat cavabdehlərdən tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X8 aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1067/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1067/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver