Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1069/2023 13.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Məmmədtağı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Məmmədtağı qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədtağı qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 3000 ( üç min ) manat məbləğində pulun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Marif oğlunun 2015-ci ildə qızı Mikayılzadə Zəhra ilə rəsmi nikaha daxil olduğu üçün tanımışdır. Kürəkəni Cavabdeh lizinq yolu ilə "BAİC" markali, **-PD-*** dovlet qeydiyyat nişanlı minik avtomobili almışdı. Sözü gedən avtomobili yaşadığı ünvan 1 ünvanının həyətində saxlamış və vaxtaşırı həmin avtomobili götürüb idarə etmişdir. Avtomobil təxminan 3 ilə yaxın müddətdə yaşadığı ünvan 2 ünvanının həyətində qalmışdır. Sonradan kürəkəni Cavabdeh avtomobili təmir etdirib satmaq qərarına gəldi və ondan 3000 (üç min) manat pul istədi. Onun pulu vermək fikri olmadığını görüb verəcəyi 3000 (üç min) manat pulun müqabilində sözü gedən avtomobil üçün onun adına etibarnamə verəcəyini, etibarnaməyə görə onun iştirakı olmadan avtomobili sata bilməyəcəyini söylədi və avtomobili satdıqdan sonra ondan aldığı 3000 (üç min ) manat pulu qaytaracağını bildirdi. Onlar razılaşmış və xx.xx.2022-ci il tarixdə Cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesində yerləşən 17 saylı Notariat ofisində 1 il müddətinə sözü gedən avtomobil üzərində sərəncam verməklə ona etibarnamə verdi. O da öz növbəsində Cavabdeh 3000 (üç min ) manat pul vermişdir. Cavabdeh avtomobili təmir etdirdi və satmaq üçün elan verdi. Elan verdikdən sonra bir neçə dəfə avtomobilə baxmaq üçün müştərilər gəldi. xx.xx.2022-ci il tarxdə kürəkəni Arif ona zəng edərək, avtomobilə baxmaq üçün müştərilərin gələcəyini bildirdi və onları qarşlamağını istədi. Həmin tarixdə 2 nəfər şəxs onun yaşadığı evə gəldi və avtomobile baxış keçirdikdən sonra getdilər. xx.xx.2022-ci ci il tarixdə həmin şəxslər saat 10:30 radələrində yenidən gəldilər. Arif ona zəng edərək bildirdi ki, alıcı ilə qiyməti razılaşmış həmin şəxslərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocali prospekti 24/A ünvanında yerləşən saylı Notariat ofisinə gəlməyini istədi. Səhhətində olan problemlərlə əlaqədar və tək getməmək üçün Notariat ofisinə oğlu X4 və avtomobilin müştəriləri ilə birgə getmişlər. Bir az vaxt keçəndən sonra kürəkəni Arif onlara yaxınlaşdı və avtomobili almaq istəyən müştəri Emin adlı şəxslə Notariat ofisə daxi olaraq lazımi sənədləşmə işlərini gördülər. Saat 12:00 radələrində Arif və Emin notariat ofisindən çıxdılar, giriş qapısının qarşısında olan pilləkənlərin üzərində Arif 1 illik etibarnaməni Eminə verdi, Emin isə öz növbəsində 5.500 (beş min beş yüz) manat pulu sayaraq Arifə təqdim etdi. Həmin vaxt o, kürəkəni Arifdən, ona olan borcunu (3.000 manatı) istəmişdir. Arif isə ona, axşam saatlarında gələcəyini və borcunu qaytaracağını deyərək çıxıb getdi. Bundan sonra o, oğlu ilə birlikdə taksi ilə yaşadığı evə qayıtmışdır. Həmin gündən sonra o, Arifi görməmiş və onunla danışmamışdır. xx.xx.2022 ci il tarixdə, **-DP-*** dövlət nömrə nişanlı avtomobilin satılması zamanı tanış olduğu Emin və Elvin adlı şəxslər yaşadığı evə gəldilər və ondan Arifin harada olmasını soruşdular. Bundan sonra həmin şəxslarin demələrinə əsasən ona məlum oldu ki, kürəkəni Arif Mikayıl-zadə "BAİC" markalı, **-DP-*** dövlat qeydiyyat nişanlı minik avtomobilinə dair Eminə verdiyi 1 illik etibarnaməni ləğv etdirib və aldığı 5.500 manat pulu qaytarmayıb. O da bu barədə Polisə müraciət etmələrini bildirmişdir. Sonradan ona məlum oldu ki, faktla əlaqədar Xətai rayon Prokrorluğunda Cinayət işi qaldırılıb. Onda Şahid qismində istintaqa və məhkəməyə çağırılmış və 07 oktyabr 2022-ci il tarixdə Xətai rayon Məhkəməsi Mikayilzade Arif Marif oğlunu təqsirli bilərək barəsində hökm çıxardı. İstintaq müddətində və məhkəmə zalında Cavabdeh ifadəsində xx.xx.2022-ci ci il tarixdə ona 3000 ( üç min ) manat pulun müqabilində vermiş olduğu etibarnaməni guya ki, avtomobilin tez satılması və alıcıların tapılması məqsədilə vermişdir. Etibarnamənin verilməsi avtomobilin satılmasına və alıcıların tez tapılmasına heç bir aidiyyati yoxdur. Cavabdeh Marif oğlu etibarnaməni ona aldığı 3000 ( üç min ) manat pulun müqabilində vermişdir. Əlavə olaraq X10 ifadəsində avtomobilin satılmasından əldə olunan pulun böyük hissəsi avtomobil sahibi kimi onun payına, qalan hissəsi isə onun payına düşməsini qeyd etmişdir. Cavabdeh Marif oğlu ifadəsində, avtomobilin satılacağı təqdirdə pulun bir hissəsinin ona qaytarılması məhz ondan sözü gedən avtomobilin təmiri üçün aldığı 3000 ( üç min) manatın, avtomobilin satilmasından əldə olunan gəlirlə qaytarılmasına dəlalət edir. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat məbləğində ona borc vermişdir. Cavabdeh almış olduğu pulu sözü gedən avtomobilin satılacağı təqdirdə qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, kürəkəninə 3000 manat pulun onun avtomobilini qəza etdiyi üçün təmir etmək üçün vermişdir. Pul məbləğini qızı Günel, və əri Qurban Mirzənin yanında evdəki böyük qonaq otağında 50 və 100 manatlıqlar şəklində vermişdir. Pulu verən zaman onu oğlu evdə olsada oğlu otağda olmamışdır. Onun barəsində çıxarılmış hökümdə də ifadəsində pulun yarısının ona veriləcəyini, qalan yarısının onun olacağını bildirmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıdan pul almadığını, ümumiyyətlə qəza etmədiyini, avtomobilini təmir etmədiyini, etibarnamənin qaynanasına o işdə olduğu vaxtda avtomobili satması üçün getməsi üçün vermişdir. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş ƏN-Vİİİ seriyalı, 244937 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh Marif oğlu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixdə “BAİC MİNİK” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə bir il müddətinə müəyyən səlahiyyətlər etibar edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Mikayıl-zadə Arif Marif oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Mikayıl-zadə Arif Marif oğlunun 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsması və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Mikayıl-zadə Arif Marif oğlu yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçının onun anası olduğunu, cavabdehin onun bacısın əri olduğunu bildirdi. Cavabdeh anasından nir neçə dəfə pul istəmişdir. Anası cavbdehə 3000 manat pul məbləğini avotomilinin ön hissəsi qəzada zədələndiyi üçün təmin etməsinə görə vermişdir. Anası pul məbləğini mart ayının sonu atası, qardaşı, onun yanında evdəki qonaq otağında 50 manatlıq və 100 manatlıq şəklində vermişdir. O isə avtomobili satanda pulu anasına geri qaytaracağını demişdir. Sonradan avtomobili satsa da, notariusda pulu axşam geri qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının əridir. Cavabdeh iddiaçıdan tez-tez pul istəmiş, lakin o arvadına cavabdehə pul verməsinə icazə verməmişdir. Sonradan onun, qızı Günelin, oğlu Əlisahibin yanında cavabdehə 3000 manat pulu evdəki qonaq otağında 50 manatlıq və 100 manatlıq olmaqla vermişdir. Pulu o evdə olmayanda vermişdir. Qızı Günel, oğlu Əlisahibin yanında pulu cavabdehə vermişdir. Pulun evdəki miqdarını bilmiş, arvadından soruşanda cavabdehə avtombilini təmir etmək üçün verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçının oğludur. Cavabdehə 3000 manat pul verərkən o, bacısı Günel, olmuşlar. Atası həmin zaman evdə olmamışdır. Cavabdeh pulu onlara avtomobil satıldıqda qaytaracağını bildirmiş və notariusda avtomobil satıldıqda anasına axşam gələrək borcu qaytaracağını bildirmiş, lakin borcu qaytarmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh Adil oğlu bildirmişdir ki, o ünvan 5 ünvanında özü, həyat yoldaşı, övladı, anası və qardaşı ilə birlikdə yaşayır. Ailəsinin maddi vəziyyəti çətin olması, yeni doğulmuş uşağının olması, həyat yoldaşının hamilə olması səbəbindən mülkiyyətində olan “BAİC" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılması barədə qərar qəbul etmişdir. Bir neçə ay ərzində həmin avtomobili sata bilmədiyindən, avtomobili qaynanası İddiaçı yaşadığı ünvan 1 ünvanının həyətində saxlamış və vaxtaşırı həmin avtomobili götürüb idarə etmişdir. Avtomobil təxminən 3 ilə yaxın müddətdə qaynanası İddiaçı həyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, avtomobilin tez satılması və alıcıların tapılması məqsədilə qaynanası İddiaçı etibarnamə vermişdir. İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən sözügedən avtomobil satılacağı təqdirdə əldə ediləcək pul məbləğinin böyük hissəsi avtomobil sahibi kimi onun payına, qalan hissəsi isə İddiaçı düşəcəkmiş. 2022-ci ilin aprel ayının sonunda İddiaçı ona zəng etmiş və avtomobili almaq istəyən müştərilərin onunla əlaqə yaratdıqlarını bildirmişdir. İddiaçı ona avtomobili 5.500 (beş min beş yüz) manata satmaq fikrində olduğunu bildirmişdir. O, razılığını bildirmiş, alıcının kim olması barədə məlumatı olmamış, həmin şəxslə telefon əlaqəsi saxlamamış, onu görməmiş və görüşməmişdir. Daha sonra İddiaçı ona zəng edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getməli olduğunu və orada 5.500 (beş min beş yüz) manat müqabilində avtomobilə dair alıcılara öz adından 1 illik etibarnamə verməli olduğunu bildirmişdir. Bununla əlaqədar o, qeyd olunan tarixdə, saat 11:30 radələrində 6 saylı Notariat ofisinə gəlmiş, orada qaynanası İddiaçı, qayını Əlisahibi, o cümlədən mülkiyyətində olan avtomobili almaq niyyətində olan, əvvəllər tanımadığı, ilk dəfə gördüyü X11 və sonuncunun qardaşı X7 görüb tanımışdır. X19 da həmin vaxtı ora gəlmişdir. O, Emin Bağırovla birlikdə notariat ofisində aparılan müvafiq sənədləşmə hərəkətlərində iştirak etdikdən sonra onları gözləyən Gülzar, Elvin və Əlisahibin yanına yaxınlaşmışdır. Orada o, Emin Bağırova notarius tərəfindən təsdiq edilmiş etibarnaməni təqdim etmiş, sonra isə təcili işləri olduğu üçün çıxıb getmişdir. X26 Əliyevaya pul verib-verməməsini, verdiyi təqdirdə hansı məbləğdə pul verməsini görməmişdir, bu barədə heç bir məlumatı yoxdur. Bir neçə gündən sonra o, qaynanası İddiaçı xəbər olmamasını görüb sonuncu ilə əlaqə saxlamış və avtomobilin satışından əldə olunan puldan onun payına düşən məbləği hansı səbəbə görə verməməsini soruşmuşdur. İddiaçı ona pul vermədiyi üçün münasibətləri pozulmuşdur. O, pul ona verilmədiyi üçün mülkiyyətində olan “BAİC” markalı avtomobili geri almaq məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə müraciət edərək, X12 verdiyi etibarnaməni ləğv etdirmiş, o cümlədən avtomobilin qısa zaman kəsiyində tapılması üçün X31 İdarəsinə müraciət edərək avtomobili axtarışa verdirmişdir. 2022-ci ilin iyun ayının əvvələrində polis əməkdaşları onunla əlaqə saxlayaraq, ona məxsus avtomobilinin tapılaraq cərimə duracağında saxlanılması barədə məlumat vermişlər. O, həmin duracağa gedərək avtomobilinə dair sənədləri təqdim etməklə avtomobili götürmüş və yaşadığı evə getmişdir. Həmçinin o mülki iddianı da qəbul etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, özünə avtomobil almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, axşam saatlarında qardaşı ilə birlikdə “TAP.AZ” internet saytında avtomobil elanlarını nəzərdən keçirərkən Arif adlı şəxsin yerləşdirdiyi elana rast gəlmişdir. Həmin elana əsasən Arif adlı şəxs özünə məxsus olan, 2014-cü ildə istehsal olunan **-PD-*** dövlət nömrə nişanlı “BAİC" markalı minik avtomobilinin 7.300 manata satılması, lakin real alıcılara endirim olunacağı barədə məlumat yerləşdirmişdir. Bundan sonra o, həmin səhifədə Arif adlı şəxslə mobil telefon əlaqəsinin saxlanılması məqsədilə yerləşdirilmiş ***-***-**-** saylı telefon nömrəsinə zəng etmişdir. Zəngə cavab verən şəxs özünü Arif kimi təqdim edərək avtomobilin sahibi olduğunu bildirmişdir. O, avtomobili daha ucuz qiymətə almaq istədiyini bildirdikdə, Arif ona, avtomobilin ünvan 7 ünvanında olması barədə məlumat verərək avtomobilə baxdıqdan sonra məbləğlə bağlı razılaşa biləcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, qardaşı ilə birlikdə həmin ünvana getmiş, Arifi həmin vaxtı orada olmamışdır. Onlar ora gəldikdə onları Arifin qaynanası İddiaçı qarşılamışdır. İddiaçı onlara, gələcəkləri barədə Arif tərəfindən xəbərdar olunduğunu bildirmişdir. Bundan sonra o, avtomobilə baxış keçirmiş, nəqliyyat vasitəsində bir sıra problemləri aşkar etmiş, bu səbəbdən ilkin qiyməti aşağı salmaq fikrinə düşmüşdür. Daha sonra o, Arifə zəng edərək həmin avtomibilin 5.500 (beş min beş yüz) manata satılması ilə bağlı razılığa gəlmişdir. Arif həmçinin ona bildirmişdir ki, özünün işləri var, avtomobili özü gətirə bilməyəcək, ona görə səhər yenidən həmin ünvana gedərək avtomobil qaynanasında olduğu üçün, qaynanası ilə birgə avtomobili sürüb notariat ofisinə gətirsin. Arif həmçinin bildirmişdir ki, notariat ofisinə o da işlərini qurtarıb gələcək. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində o, qardaşı ilə birgə avtomobili almaq məqsədi ilə ünvan 8 ünvanına gəlmişdir. Təxminən saat 11:00-da o,avtomobili idarə edərək qardaşı Elvin, Arifin qaynanası İddiaçı və Arifin qaynı Əlisahib ilə birgə Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getmişlər. Onlar saat 11:30 radələrində həmin Notariat ofisinə yaxınlaşdıqdan bir neçə dəqiqə sonra avtomobilin mülkiyyətçisi Arif də onlara yaxınlaşmışdır. Bundan sonra o, Ariflə birlikdə Notariat ofisinə daxil olaraq müvafiq sənədləşmə işlərində iştirak etmiş, saat təxminən 12:00 radələrində isə birilikdə əsas girişdən çölə çıxmışlar. Onlar Notariat ofisinin pilləkənləri üzərində olduqları zaman Arif ona etibarnaməni, o, isə Arifə 5.500 (beş min beş yüz) manat məbləğdə pul vermişdir. Sonra Arif çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində onun qardaşı Elvin həmin avtomobili Ukrayna dairəsi ətrafında idarə edən zaman YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt Elvin avtomobil ilə bağlı müvafiq sənədləri yol-patrul inspektoruna təqdim etmiş, lakin avtomobili saxlatdıran inspektor bildirmişdir ki, avtomobil ilə bağlı etibarnamə ləğv edildiyi üçün nəqliyyat vasitəsi 11 saylı cərimə meydançasına təmin olunmalıdır. O, qardaşı Elvinlə birlikdə cərimə meydançasında görüşmüş, sonra isə taksi vasitəsilə yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə o, təkrarən cərimə meydançasına gələrkən "BAİC” markalı minik avtobilinin orada olmamasını aşkar etmişdir. O və Elvin, Arifi tapmaq məqsədilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi, döngə 1, ev 16 ünvanına getmişlər, lakin Arifi tapa bilməmişlər. Onlar Gülzar və Əlisahib ilə görüşmüşlər və baş verən hadisəni danışmışlar. Artıq bundan sonra o, Arif tərəfindən ona qarşı dələduzluq edildiyini anlamış və bu barədə ərizə ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə şahid qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvələrində kürəkəni Arif Mikayıl-zadə mülkiyyətində olan “BAİC" markalı, **- DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini təmir etdirmək və sonradan yaxşı qiymətə satmaq məqsədi ilə ondan 3.000 manat borc pul almış və avtomobili satacağı təqdirdə aldığı borcu qaytaracağına dair vəd vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Arif Mikayıl-zadə onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəhər şossesində yerləşən 17 saylı Notariat ofisinə aparmış və sözügedən avtomobillə bağlı onun adına sərəncam hüququ verməyən 1 illik etibarnamə vermişdir. Həmin avtomobil 3 ilə yaxın bir müddətdə onun həyətində qalmışdır. Mikayıl-zadə Arif Marif oğlu vaxtaşırı avtomobili ustalara aparıb təmir etdirmiş, o cümlədən bir neçə dəfə onun evinə müştərilərlə gəlmişdir. xx.xx.2022-ci il tarixdə kürəkəni Arif ona zəng edərək, avtomobilə baxmaq üçün müştərilərin gələcəyini bildirmiş və onları qarşılamasını xahiş etmişdir. Həmin tarixdə 2 nəfər şəxs onun yaşadığı evə gəlmiş və avtomobilə baxış keçirdikdən sonra getmişlər. xx.xx.2022-ci il tarixdə həmin şəxslər saat 10:30 radələrində yenidən gəlmişlər. Arif ona zəng edərək bildirmişdir ki, alıcı ilə qiyməti razılaşdırmışdır. Kürəkəni ondan həmin şəxslərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 6 saylı Notariat ofisinə getməsini xahiş etmişdir. O, tək getmək istəmədiyindən, oğlu X1 xahiş etmişdir ki, onlarla bir yerdə getsin. X24 da bu barədə məlumat verərək notariat ofisinə gəlməsini xahiş etmişlər. Saat 11:30 radələrində onlar 6 saylı Notariat ofisinə çatmışlar. Bir neçə dəqiqə sonra kürəkəni Arif onlara yaxınlaşmış və avtomobili almaq istəyən müştəri Emin adlı şəxslə Notariat ofisinə daxil olaraq lazimi sənədləşmə işlərini görmüşlər. Saat 12:00 radələrində Arif və Namiq notariat ofisindən çıxmışlar, giriş qapısının qarşısında olan pilləkənlərin üstündə Arif 1 illik etibarnaməni Eminə vermiş, Emin isə öz növbəsində 5.500 (beş min beş yüz) manat pulu sayaraq Arifə təqdim etmişdir. Pul verilərkən həmin yerdə onlardan başqa Ağayev Ramal da olmuşdur. Həmin vaxt o, kürəkəni Arifdən, ona borclu olduğu 3.000 manat pulu nə vaxt qaytaracağını soruşmuş, Arif isə ona, axşam borcunu qaytaracağını deyərək çıxıb getmişdir. Bundan sonra o, oğlu ilə birlikdə taksi sifariş etmiş və yaşadığı evə qayıtmışdır. Həmin gündən sonra o, Arifi görməmiş və onunla danışmamışdır. xx.xx.2022-ci il tarixdə **-DP-*** dövlət nömrə nişanlı avtomobilin satılması zamanı tanış olduğu Emin və Elvin adlı şəxslər yaşadığı evə gəlmişlər və ondan Arifin harada olmasını soruşmuşlar. Bundansonra həmin şəxslər ona demişlər ki, kürəkəni Arif Mikayıl-zadə "BAİC" markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Eminə verdiyi 1 illik etibarnaməni ləğv etdirmiş və aldığı 5.500 manat pulu qaytarmayaraq sonuncuya ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf Cavabdeh İddiaçı Məmmədtağı qızından 3000 manat pul məbləğini almasını sübut edəcək mötəbər və təkzibolunmaz dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçi tərəfindən dəvət edilmiş şahidlərin iddiaçının lehinə vermiş olduğu izahat məhkəmə tərəfindən möhtəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Məmmədtağı qızı iddianın əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə öhdəsinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Məmmədtağı qızınun Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məmmədtağı qızının Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1069/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1069/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver