Məhkəmə qərarları › İş №2(008)-1111/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1111/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1111/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat heyvanların və 2000 manat digər heyvanların xərclərinin pulunu, yəni ümumi 8000 manat pulun və 100 manat dövlət rüsumunun tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 6000 manat heyvanların və 2000 manat digər heyvanların xərclərinin pulunu borcludur. O, Bakı şəhəri, Suraxanı rayonu ərazisində qəssablıq edir. Təxminən 3 il əvvəl tanışdır. Azad qəssab olduğunu və kəsim üçün heyvanları ondan almaq istədiyini bildirdi. İlk öncə o onunla qiymətdə razılaşmamışdır. Sonra o yenidən gəldi, 2019-cu ilin dekabr ayına qədər 3-4 baş iribuynuzlu heyvan satmışdır. Azad həmin heyvanların pulunu ona vermişdi, sonra 2020-ci ilin əvvəllərində 3 baş iribuynuzlu heyvan satmışdır. Bu heyvanların dəyəri 6000 manat pul edirdi. Azad bu heyvanların pulunu yəni, 6000 manat pulu 2020-ci ilin mart ayında verəcəyini ona bildirdi. Buna baxmayaraq hələ də, Cavabdeh ona olan 6000 manat pul borcunu geri verməmişdir. Həmçinin o, heyvan alqı-satqısı ilə məşğul olduğu üçün bir heyvanı satıb, digər heyvanların xərclərini ödəmiş. Cavabdeh ona borcunu vermədiyindən digər heyvanların yemlərini nisyə almışdır, bunun üçün də bu yemlər ona daha baha qiymətə verilib, borcu bir yana əlavədən zərərə də düşmüşdür. O, dəfələrlə onun müxtəlif nömrələrinə zəng etsə də, bəzən zəngini açıb ona fərqli bəhanələr gətirərək pulunu verəcəyinə inandırmış, bəzən ümumiyyətlə zəngini açmamışdır. Hətta o onun qəssab dükanına da, getmişdir, lakin həmin dükanın bağladığını artıq fəaliyyətdə olmadığını görmüşdür. Cavabdeh özü də, bu borcu etiraf edir və ona 6000 manat heyvanların və 2000 manat digər heyvanların xərclərinin pulunu borclu olduğunu boynuna alır. Həmin pulu heyvanları ona satdığından sonra 2 ildən çox müddətdir ki, qaytaracağını bildirməyinə baxmayaraq Cavabdeh hələ də borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin matriallarına əlavə edilmiş diskdə cavabdehin iddiaçıya Whatsap proqramı vaistəsi ilə göndərmiş audio yazısında görünür ki, Cavabdeh onun iddiaçıya 6000 manat məbləğində borcdan 1300 manat olan hissəsini qaytarmış olduğunu, yeridə qalan 4700 manat olan hissəni isə qaytarmağa maddi imkanının olmadığını bildirdi. Məhkəmə iclası zamanı məhkəmə iclas katibinin Cavabdeh məsus ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə zamanı cavabdeh bildirmişdir ki, onun iddiaçıya 4700 manat məbləğində heyvanın alınmasından bağlı borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki işin matriallarına əlavə olunmuş audio yazıdan habelə telefonoqramdan məlum olur ki, cavabdehin iddaçıya 4700 manat borcu olmasını etiraf etmişdir. Bundan əlavə iddiaçı digər heyvanların 2000 manat olmasını qeyd etsə də, həmin heyvanların cavabdehə satılması barədə mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən yalnız cavabdehin etirafı hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 4700 manat deyildə 8000 manat məbləğində borcunun qalmasını irəli sürsə də borcun məbləğini təsdiq edəcək möhtəbər sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 67 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı 33 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat məbləğində pul və 67 (aktmış yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar