Məhkəmə qərarları › İş №2(008)-1124/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1124/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1124/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı2, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 13.11.2020-ci il tarixdə məhkəmədə iddia qalıdraraq müştərək qaydada 11670 manatın, mənəvi zərərə görə 10000 manat, hüquqi yardımla əlaqədar ödənilmiş 500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar heyvan satıb ailələlərini dolandırırlar. 2016-cı ilin dekabr ayında Cavabdeh2 vasitəsilə tanıdıqları Cavabdeh1 heyvan alıb satmaq üçün İddiaçı2 6000 manat pul verib. Bir neçə gün sonra Məzahir yenidən evlərinə gələrək 6000 manat dəyərində 60 baş xırda buynuzlu heyvan hər biri 100 manat dəyərində götürərək yaxın müdətdə verəcəyinə söz versə də, pulu qaytarmamışdır. Cavabdeh1 12 000 manat borcun olmasına dair yazılı iltizam vermişdir. Cavabdehlərin hərəkətləri nəticəsində 10000 manat mənəvi zərər dəymişdir və həmin zərər də cavabdehlərdən tutulmalıdır. 30.11.2020-ci il tarixdə İddiaçı1 ölmüşdür. Məhkəmə 17 iyun 2021-ci il tarixli qərardadla İddiaçı1 aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Sonradan tələbin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim edilmiş, iddiaçı qismində yalnız İddiaçı2 göstərilmiş, tələb isə Cavabdeh1 11670 manat maddi və hüquqi yardımla əlaqədar 500 manat, həmçinin Cavabdeh2 1000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun tutulmasından ibarət olmuşdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməyi barədə üzürlü səbəblər məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, qeyd etdi ki, o, həqiqətən iddiaçıdan borc olaraq faizlə 6000 manat pul və 6000 min manatlıq quzu götürüb, lakin quzuları da satıb bütün məbləği artıqlaması ilə qaytarıb. Göstərilən iltizamı imzaladığı yadana gəlmir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki,iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı və Cavabdeh1 heyvan alveri ilə məşğul olan insanlardır. Tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. İddiaçı2 22.06.2020-ci il tarixdə Xəzər RPİ-nin 2-ci bölməsinə ərizə ilə müraciət edərək, Cavabdeh1 ona 12000 manat borcu olduğu, lakin qaytarmamağı barədə şikayət etmişdir. Araşdırma zamanı Cavabdeh1 İddiaçı2lə heç bir əlaqəsinin olmadığını, borc olaraq İddiaçı1 faizlə 6000 manat pulu və 6000 min manatlıq quzunu götürdüyünü etiraf etmiş, quzuları iki ayın içində satıb pulu qaytardığını, faizə götürdüyü pulu isə ayda 300 manat verməklə, borcunu bağladığını, ona inandığı üçün qaytardığı pulları rəsmiləşdimədiyi barədə izahat vermişdir. İddiaçı tərəfindən məhkəməyə 12 000 manat borcun etirafına dair Cavabdeh1 adından tərtib edilmiş əllə yazılmış iltizamın kserosurəti təqdim edilmişdir. Həmin iltizamda «24.08.2016» tarixdə «1» rəqəmi «0» rəqəminin üstündə düzəliş edilmişdir. Hazırda İddiaçı2 Cavabdeh1n 11670 manat maddi zərərin və hüquqi yardımla əlaqədar 500 manatın, Cavabdeh2 1000 manat mənəvi zərərin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 30.06.2016-cı il tarixdə qüvvəyə minmiş 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçının atasına 12000 manat borcu olmuşdur. Bu hal Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatı ilə təsdiq edilir. Onun izahatından başqa hər hansı bir sübut mövcud olmamışdır. Borc müqaviləsi qanunvericiliyin tələbinə əsasən yazılı şəkildə tərtib edilməli halda, buna riayət edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən iltizamı mötəbər sübut kimi qəbul etmir, belə ki, həmin iltizamın əsli məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş kserosurətdə düzəlişlər edilmişdir. Eyni zamanda, borcun qaytaralmasını da yenə də Cavabdeh1 polisdə və məhkəmədə verdiyi izahatında qeyd edir. Borcun qaytarılmaması iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, Cavabdeh2 dair ümumiyyətlə hər hansı bir məlumat məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı 11670 manat maddi zərərin, Cavabdeh2 1000 manat mənəvi zərərin tutulması barədə iddiası rədd edilməlidir. İddia rədd edildiyindən hüquqi yardımla əlaqədar 500 manat və 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı2 cavabdehlər Cavabdeh1 qarşı 11670 manat maddi zərərin, Cavabdeh2 1000 manat mənəvi zərərin tutulması barədə iddiası rədd edilsin. Hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat və 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar