Məhkəmə qərarları › İş №2(008)-1143/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1143/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1143/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 AZN pulun və 70 manat ödənilmiş dövlət rüsumunun ondan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında şifahi olaraq tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən cavabdeh iddiaçı üçün avtomobil almalı idi. Həmin avtomobil üçün isə iddiaçı tərəfindən cavabdehə 6000 manat pul verilmişdir. Lakin cavabdeh vədinə əməl etməyərək öhdəlikdən boyun qaçıraraq nəqliyyat vasitəsini almamış verilmiş pulu isə geri qaytarmamışdır. Bununla əlaqədar ilkin olaraq Nəsimi Rayon Polis İdarəsinə cavabdeh barəsində onun əməlində CM-nin 178-ci maddəsinin əlamətləri olduğu üçün barəsində cinayət işi açılması və cəza alınması barədə şikayət verilmişdir. Cinayət işi üzrə araşdırma zamanı Cavabdeh 09.09.2020-ci tarixli izahat vermiş və həmin izahatında iddiaçıya borcu olduğunu və həmin borcu qaytaracağını qeyd etmişdir. Belə ki, “hazırda İddiaçı 6000 manat pul verməli olduğumu danmıram,onunla aramızda şifahi razılaşma olmuşdur,göstərilən müddətdə onun pulunu geri verəcəyəm’'’ tipli izahat vermişdir. Həmin izahatın surəti iddia ərizəsinə qoşmada əlavə olunmuşdur. Daha sonra aiddiyyət üzrə toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Binəqədi Rayon Polis İdarəsi tərəfindən 06.05.2021-ci il tarixli Qərarla HK1-352 saylı material üzrə əməldə cinayət tərkibi olmadığı və işin mülki xarakterli olduğuna görə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin araşdırılması müddətində cavabdeh 6000 manat borcun 1000 manatını iddiaçıya qaytarmışdır. Binəqədi Polis İdarəsinə iş materiallarının təqdim olunması üçün müraciət edilmiş və cinayət işi üzrə toplanmış materialardan cavabdehin izahatının və cinayət işinin rədd edilməsi barədə qərarın surəti verilmişdir, həmin sənədlərin əsilləri Binəqədi Rayon Polis İdarəsindədir. Cavabdehin izahatında iddiaçıya borcunun olmasını etiraf etməsi iddianın əsaslı olduğunu və təmin olunması barədə qətnamə qəbul edilməsini şərtləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümqayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 09 sentyabr 2020-ci il tarixli Cavabdeh izahatının surətindən görünür ki, təxminən 3 aya yaxındır ki, İddiaçı tanımışdır. 2020-ci ilin may ayında Şəhla ona avtomobil alıb icarə vermək istədiyini bildirdi, bu məsələdə o köməklik etmiş, o öz avtomobilini satmış və ona bildirdi ki, 6.000 manat pulu var. Bundan sonra o, internet vasitəsi ilə Daevo Lanos markalı avtomobil tapmış, onunla birlikdə həmin avtomobilə baxmışlar və bəyənmişlər. Həmin yerdə Şəhla avtomobilin sahibinə 200 manat beh pul verdi. Ertəsi gün Şəhla ona 4500 manat pul vermiş, o həmin avtomobili onun razılığı ilə öz adına rəsmiləşdirmişdir. Bundan sonra həmin avtomobili icarəyə vermiş və gündəlik onun kart hesabına 15 manat pul köçürülürdü. Bundan sonra ikinci avtomobil alınmalı idi, bunun üçün 1500 manat pulu Şəhla ona verdi ki, birinci maşını kreditə salıb üstünə həmin pulu qoyub başqa bir avtomobil alsınlar. Lakin bir müddət sonra Şəhla ondan pul tələb etməyə başladı. O, ona avtomobili geri verməyi təklif etsə də, o avtomobili deyil 6.000 manat pul tələb etdi. O, 1 ay öncə ondan 3 ay müddət istəmişdir ki, 6.000 manat pulu ona geri versin. Bundan başqa o onunla notariusda müqavilə bağlayıb göstərdiyi müddət ərzində pulu geri verə biləcəyini demiş, lakin o razılaşmamışdır. Hazırda İddiaçı 6.000 manat pul verməli olduğunu danmır, onunla arasında şifahi razılaşma olmuşdur, göstərilən müddətdə onun pulunu geri verəcəkdir. 06.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin başlanması barədə belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxılmalı olduğu üçün rədd edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, «borc» ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətləri nəzərə alaraq, mövcud mübahisənin həlli zamanı tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilməlidir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, tapşırıq müqaviləsi tərəflər arasında öhdəliyin yaranmasına səbəb olur və tapşırıq həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə mülki işin araşdırılması zamanı belə nəticəyə gəlir ki, mülkin işin materiallarına iddiaçı tərəfindən əlavə edilmiş cavabdehin izahatından da görünür ki, tapşırıq üqaviləsinə əsasən idiaçı cavabdehə müxtəlif vaxtlarda 4500 manat və 1500 manat məbləğində pul vəsaiti verərək, taksi xidməti göstərmək məqsədi ilə, cavabdeh iddiaçıya avtomobil tapmalı və həmin avtomobili iddiaçının adına qeydiyytdan keçirməli olmuşdur. Lakin iddiaçı izahat verərək bildirir ki, o, cavabdehə 6000 manat məbləğində pulu versə də, cavabdeh avtomobil almamış və verilmiş puldan isə yalnız 1000 manat hissəsini iddiaçıya qaytarmışdır. 09 sentyabr 2020-ci il tarixli Cavabdeh Nəsimi rayon Polis İdarəsində vermiş olduğu izahatdan da görünür ki, cavabdehdə iddiaçıdan tərəflər arasında şifahi bağlanmış tapşırıq müqaviləsi əsasında 6000 manat məbləğdə pulu aldığını və həmin pul məbləğini qaytarmalı olduğunu etiraf etmişdir. Beləliklə, işin mübahisəsiz halı ondan ibarət olur ki, iddiaçı tərəfindən cavabdehə 6000 manat məbləğində pul vəsiti verilmişdir. İddiaçı həmin pul vəsaitindən 1000 manat hissəsinin cavabdeh tərəfindən ona qaytarlıldığını, lakin 5000 manat hissəsini isə qaytarmadığı bildirmişdir. Cavabdeh isə dəfələrlə məhkəmə iclasına çağırılmasına baxmayaraq gəlməmiş, qeyd edilən pul məbləğinin iddiaçıya ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində borcun tutulması əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar