Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1148/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1921 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 üçün 2088 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu borcu, ümumilikdə 6030 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6060 manatın cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 11.10.2019-cu il, 29.10.2019-cu il, 04.11.2019-cu il və 02.12.2019-cu il tarixli müqavilələrə əsasən Samsung markalı televizor, İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon, Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 almış və nəticədə 6030 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 11.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2734 manat (18 ay x 113 manat + 700 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə 2293 manat olmaqla, ondan 1921 manat ödənilməmiş hissə, 372 manat dəbbə pulu, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 636 manat (12 ay x 53 manat + 80 manat ilkin ödəniş) İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 741 manat olmaqla, ondan 582 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 581 manat (12 ay x 40 manat + 101 manat ilkin ödəniş) İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 560 manat olmaqla, ondan 440 manat ödənilməmiş hissə, 120 manat dəbbə pulu, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2101 manat (18 ay x 116 manat + 13 manat ilkin ödəniş) olan Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 üçün ümumilikdə 2436 manat olmaqla, ondan 2088 manat ödənilməmiş hissə, 348 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1021 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 11.10.2019-cu il, 29.10.2019-cu il, 04.11.2019-cu il və 02.12.2019-cu il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə Samsung markalı televizor, İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon, İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon, Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 satmışdır. İş materiallarında olan 25.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” MMC-yə aralarında bağlanmış həmin müqavilələr üzrə 5031 manat əsas, 999 manat cərimə, cəmi 6030 manat borcu vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən X2 ünvanlanmış 17.07.2020-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tələb olunması hissəsində əsaslı olduğundan tam təmin edilməlidir. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 999 manat cərimə məbləğinin 10 %-i həcmində, yəni 99 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1921 manat ödənilməmiş hissə, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 üçün 2088 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu borcu, ümumilikdə 5130 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5160 manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 11.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı televizor üçün 1921 manat ödənilməmiş hissə, 29.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********06758 olan Samsung Galaxy A50 markalı telefon üçün 582 manat ödənilməmiş hissə, 04.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********07829 olan Huawei P Smart Z markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 02.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı Paltaryuyan, Samsung markalı soyuducu, 2 ədəd X8 üçün 2088 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu borcu, ümumilikdə 5130 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 5160 manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1148/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1148/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver