Məhkəmə qərarları › İş №2(008)-1179/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1179/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1179/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından olan azyaşlı xx.xx.2021-ci il X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatamı qədər hər ay hər uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manatı və əlavə olaraq hər ay azyaşlı 08.03.202l-ci il X4 üç yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində alimentin tutulması və mediasiya sessiyasıııın keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 may 2017-ci il tarixdə, 04 Saylı Bakı “Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikah aktı bağlanmışdır. Birgə nikahından AA4069894, xx.xx.2021 -ci il X7 və AA4069895, xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Uzun müddət ailə kimi bir yerdə yaşadıqdan sonra aralarında tez-tez anlaşılmazlıq, söz-söhbətlər baş vermişdir bu da münasibətlərinin daha da, kəskinləşməsinə səbəb olmuşdur. Hal-hazırda faktiki olaraq ailə münasibəti pozulmuş və nikahı formal xarakter daşıyır. Həmçinin, azyaşlı xx.xx.2021-ci il X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilmərəm. Övladlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır, belə ki, cavabdeh hal-hazırda qeyri-rəsmi olaraq işləyir və yüksək məbləğdə aylıq əmək haqqı alır. Bütün bunlara əsasən hesab edir ki, övladlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh övladlarının saxlanması xərclərini ödəməlidir. Cavabdeh ilə birgə nikahından olan azyaşlı xx.xx.2021-ci il X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə sabit pul məbləğində 200 (iki yüz) manatı və əlavə olaraq hər ay azyaşlı xx.xx.2021-ci il X4 üç yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində alimentin tutulmasını qanuna müvafiq tam əsaslı hesab edir. Qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə, 15 noyabr 2022-ci il tarixli, MŞB/8-00179 nömrəli, arayış verilərək cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyi bildirilmişdir. Əlavə olaraq tərəfindən mediasiya sessiyasının keçirilməsi barədə 50 ödənilmiş manat pul məbləği qətnamə qət edilərkən cavabdehdən tutulmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək Cavabdeh ilə birgə nikahından olan azyaşlı xx.xx.2021-ci il X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatamı qədər hər ay hər uşağa görə sabit pul məbləğində 220 (iki yüz iyitmi) manatı və əlavə olaraq hər ay azyaşlı 08.03.202l-ci il X4 üç yaşına çatanadək saxlanılması üçün 100 (yüz) manat məbləğində alimentin tutulması Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər uşağa 220 manat ödəməkdən imtina etmədiyini ancaq anaya əlavə 100 manat ödəyə bilməyəcəyini bildirdi. İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-T saylı 179459 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İV saylı 740308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - 4 saylı Bakı “ASAN Xidmət” X6 AZ-T seriyalı, 042095 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 1196 nömrəli, xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, arvada Əhmədova soyadı verilmişdir. - Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat İMS xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Əgər valideynlər ayrı yaşayırsa, övladı yanında yaşayan valideynə digər valideyn övladının maddi tələbatının ödənilməsinin təmin edilməsindən ötrü aliment ödəməlidir. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Hər iki valideyn övladın tələbatının ödənilməsində birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehin əlavə gəliri və əmək haqqısı barədə məlumat olmadığından iddia uşaqlar üçün nəzərdə tutulmuş minimum dolanacaq xərcləri səviyyəsində təmin olunmalı, İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində manat aliment tutularaq iddiaçıya verilməlidir. Bundan başqa iddiaçı yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək saxlanması üçün onun xeyrinə 100 manat aliment tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.1.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 100 manat məbləğində əlavə aliment tələb etsə də, sonuncunun aylıq yüksək və əlavə gəlirə malik olması, hər ay həmin aliment məbləğini ödəmək iqtidarında olması barədə məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyindən xx.xx.2021-ci il tarixli X4 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh 30 manat sabit pul məbləğində alimentin tutulması ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixli X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il tarixli X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 30 (otuz ) manat aliment tutulsun. 50 (əlli) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar