Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1181/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçınun iştirakları ilə, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurmuş olduğu 75 azn cərimənin və məhkəmədə idda qaldırdığım üçün ödəmiş 32 azn dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində, 28 May küçəsi 56 ünvanında yerləşən "xxxx" Travel işlədən Cavabdeh 430 azn ödəniş edərək həyat yoldaşı X2 adına Bakıdan-Kataviçaya uçuş bileti almış,biletin faktiki qiyməti 377 azn olsa da, Cavabdeh əlavə olaraq 50 azn xidmət haqqı alaraq bileti 430 manata satmışdır. Ölkəyə gələrkən yoldaşı üçün bileti da cavabdehdən almış və alınmış olan biletdə heç bir problem yaşanmamışdır. xx.xx.2024 cü il tarixində o, yoldaşını X5 limanından yola saldıqda biletin sistemdə tam təsdiq olunmadığı bilinmiş və əlavə 75 azn cərimənin ödənilməsinə zərurət yaranmış, hər iki uçuşun təsdiqi üçün isə 170 azn tələb olunmuşdur. Belə ki, Bakı-Kataviça bir başa deyil, Abu Dhabidən tranzit ölkənin də növbəti uçuşunun təsdiqi vurulmamışdır. Bu zaman onlar Cavabdehla əlaqə saxlamış, o, birinci uçuşun təsdiq vaxtının ötdüyünü, uçuş qeydiyyatının təsdiq edə bilməyəcəyini, lakin ikinci uçuşun təsdiq edə biləcəyini bildirmiş və ikinci uçuşun təsdiqini onlara göndərmişdir. Onla hava Limanında Wizzair hava yollarına 75 azn cərimə ödəmiş, daha sonra isə həmin cərimənin qəbzini Cavabdeh göndərmiş və onun səhlənkarlığına görə ödəmiş olduğu cərimənin gün ərzində onun kart hesabına geri qaytarmağı tələb etmişdir. Lakin Cavabdeh cəriməni ödəməkdən boyun qaçırdaraq təhqir edici sözlər sərf etmişdir. Belə olduğu halda o, DİN-nin 102 qaynar xəttinə şikayət bildirərək Nəsimi RPİ-nin 2-ci Polis şöbəsinə yaxınlaşaraq Cavabdeh barədə ərizə şikayət vermiş, lakin dəymiş ziyanın ödənilməsi üçün yalnız məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Wizzair hava yollarında hansı gmail adreslə qeydiyyatdan keçilərək bilet alınırsa, həmin gmail vasitəsiylə də uçuşların təsdiqi olur. Kənar gmail vasitəsiylə uçuşa təsdiq vermək mümkünsüzdür və bu barədə Cavabdeh iddiaçıya heç bir məlumat verməmişdir. Belə ki, ölkəyə daxil olarkən Cavabdeh almış olduğu biletlərdə heç bir qeydiyyat aparmamışdır. Almış olduğu gediş biletlərində də hər hansı bir qeydiyyatdan keçirilməli lazım olası barədə cavabdeh ona heç bir məlumat verməmiş, link atmamış, alınmış biletlərin tam olduğunu və hər hansı bir problem olarsa, özünün cavabdeh olduğunu bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh isə məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar məhkəmədə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq cavabdeh üzrlü səbəbini təsdiq edəcək heç bir sənəd əlavə etmədiyindən, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Cavabdeh "xxxx" Travel MMC-də direktor vəzifəsində işləyir (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: WİZZ AİR Hava xətti tərəfindən Əli Nəzərovun adına verilmiş xx.xx.2024-cü il tarixə olan Varşavadan Budapeştdə və Budapeştdən Bakıya təyyarəyə minik talonu; xx.xx.2024-cü il tarixə Əli Nəzərovun adına verilmiş Bakı - Abu Dhabi (uçuş saat 10:00), Abu Dhabi – Krakow istiqamətində uçuş bileti; İddiaçı tərəfindən Leobank vasitəsilə 531599****6246 №-li karta 430 manatın xx.xx.2024-cü il tarixdə ödənişini təsdiq edən ödəniş sənədi; WİZZ AİR Hava xətti tərəfindən verilmiş Nəzirov Əlinin adına 75 manat ödənişi təsdiq edən 27 avqust tarixli ******* №-li ödəniş sənədi; 416973****3691 №-li kartdan "xxxx" MMC vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 08:49-da 50 manat, 08:50-də 20 manata dair ödəniş qəbzləri: 531599****1436 №-li kartdan 416973****3691 №-li karta xx.xx.2024-cü il tarixdə saat 08:51-də 5 manata dair ödəniş qəbzi. Hazırda iddiaçı 75 manatın cavabdehdən alınaraq ona verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. İddiaçı iddiasının əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etmək istəyir ki, alınmış aviabilet, edilmiş ödənişlər Nəzərov Əlinin adından olsa da, həmin ödənişlərin iddiaçıya məxsus kartdan ödənildiyi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Lakin, iddiaçı ödədiyi 75 manatı təyinatı barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hətta qəbul olunsa ki, iddiaçı bileti məhz cavabdeh vasitəsilə əldə etmiş və bilet təsdiq olunmadığına görə 75 manat cəriməni ödəmişdir, aralarındakı münasibətləri, hər birinin öhdəliyini tənzimləyən hər-hansı müqavilə mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı 75 manat məbləğində düşdüyü ziyana görə cavabdehin təqsirinə dair sübut təqdim etmədiyindən iddia rədd edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 32 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin rüsum iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. 32 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1181/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1181/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver