Məhkəmə qərarları › İş №2(008)-1186/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1186/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1186/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin aldadaraq ona vurduğu maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, həmin vəsaitin başqa şəxsdən və bankdan aldığını nəzərə alaraq və bunun nəticəsində məcburi borca məruz qalması nəticəsində ödədiyi 6000 (altı min) manat, istehlak qiymətlərində baş vermiş inflyasiyaya görə 1555.6 manat, həmçinin mənəvi zərərə görə 5000 (beş min) manat, cəmi 17.055,6 ( on yeddi min əlli beş manat altmış qəpik) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmə əsasən Cavabdeh təyin edilmiş cəzanın icra edilməsi Probasiya İdarəsinə həvalə edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı inam və etibarından sui-istifadə edərək onun əmlakını ələ keçirmək məqsədilə onu aldadaraq sonuncunu işə düzəltmə adı ilə onun 2021-ci ilin may ayında müxtəlif vaxtlarda və ayrıayrı üsullarla bilavasitə və yaxud kart vasitəsilə köçürməklə və s. 50, 350, 1150, 500, 1200, 500, 500 manat, ümumilikdə 4250 manat məbləğində pul vəsaitini qəsdlə ələ keçirərək dələzduzluq yolu ilə ona maddi ziyan vurmuşdur. Cinayət mühakimə icraatı zamanı Cavabdeh ona vurmuş olduğu ziyanı ödəməmişdir. Cinayət işi üzrə zərərçəkmiş olaraq cinayət mühakimə icraatı zamanı mülki iddia vermək lazım olduğunu bilmədiyindən hazırkı iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cinayət mühakimə icratı zamanı qəbul edilmiş qərarlarda göstərildiyi kimi 2021-ci ilin may ayında 4500 (dörd min beş yüz) manatdan artıq maddi ziyana məruz qalmışdır. Həmin məbləğin 2000 manatını köhnə tanışı X1, qalan hisəsi üçün isə 3000 bankdan kredit olaraq götürmüşdür. Aleksandr Savranskiyə pulu 3 ay ərzində qaytarmasına söz vermişdi və buna ona görə əmin idi ki, Cavabdeh vasitəsilə işə düzəldikdən sonra əmək haqqı alaraq həmin pulu qaytara bilər. Lakin yuxarıda qeyd etdiyi kimi, Cavabdeh onu aldatması nəticəsində işlə təmin oluna bilməmiş və nəticədə Aleksandr Savransiyə borclu qalmış, həmin şəxs pulunu təcili olaraq tələb etdikdə, o, buna imkanı olmadığını, ayda 350 manat əmək haqqı aldığını bildirdi. Adıçəkilən şəxslə belə razılığa gəldilər ki, ona əsas borcla birlikdə əlavə fazi ödəsin və aldığı aylıq 350 manatın 200 manatını 2 il yarım ərzində pul ödəmişdir. Bankdan götürdüyü kreditlə əlaqədar ödənişləri və Aleksandr Savranskiyə olan barclarını ödəmək üçün faizlərlə birlikdə 6000 (altı min) manat ödəməyə məcbur olmuşdur. Eyni zamanda, cavabdehə pulu verdiyi tarixdən, yəni 2021-ci ilin mayından indiyədək ölkədə istehlak qiymətlərinin yüksək inflyasiyası baş vermiş, istehlak qiymətlərində yüksək artım baş vermişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən sorğu əsasında əldə etdiyi “inflayasiya göstəricisi kimi qəbul edilmiş istehlak qiymətləri barədə statistik göstərici haqqında” xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, 2021-ci ildə 106,7, 2022-ci ildə 113,9, 2023-cü ildə 110,9 faiz əvvəlki illərə nisbətən inflyasiya baş vermişdir. Bu da o deməkdir ki, onun 2021-ci ilin mayında Cavabdeh verdiyi 4250 manat ən azı 32,6 % dəyərdən düşmüşdür. Həmin fərqi hesablasaq 1555.6 manat müəyyən edilir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan əlavə, göstərilən vəsaitin qanunsuz olaraq talanması və cavabdeh tərəfindən onun etibarından sui-istifadə edilməsi və vəsaitin 2.5 ildən artıq müddətində qaytarılmaması onda ruh düşkünlüyü, mənəvi sarsıntı yaratmış, uzun müddət stressə məruz qalmış, anası ilə buna görə münasibəti pozulub, ona məxsus mənzildən köçərək uşağı ilə kirayədə qalmağa məcbur olmuşdur. Məruz qaldığı mənəvi zərərə görə də cavabdehdən 5000 manat məbləğində kompensasiya da alınaraq ona ödənilməlidir. Yuxarıda qeyd etdikləri onu göstərir ki, cavabdehin cinayətkar əməli nəticəsində onun maddi ziyana və mənəvi zərərə məruz qalması Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə tərəfindən maddi ziyan qismində 4500 (dörd min beş yüz) manatla yanaşı həmin vəsaitin başqa şəxsdən və bankdan aldığı məcburi borca məruz qalması nəticəsində 6000 manat, istehlak qiymətlərində baş vermiş inflyasiyaya görə 1555.6 manat, həmçinin mənəvi zərərə görə 5000 manat, cəmi 17.055.6 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Əlavə olaraq məlumat üçün bildirir ki, atası Fərrux Abbasov 1992-ci ildə İ Qarabağ müharibəsi zamanı Laçın şəhərinin müdafiəsi zamanı batalyon komandirinin müavini olmuş və sonuncu döyüş zamanı düşmən gülləsi nəticəsində şəhid olmuşdur. Atasının meyiti hələ də onlara təhvil verilməyib və torpağa tapşırılmayıb. Uzun illər ərzində tənha anasının himayəsində yoxsulluq içərisində yaşamışdır. İndi də vəziyyəti yaxşı deyil. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi aşağıdakı kimidir: 2019-102.6%, 2020-102.8%, 2021-106.7%, 2022- 113.9%, 2023-cü ilin yanvar-sentyabr ayları-110.9%. - "xxxx" MMC tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən MMC-dən 12 ay müddətinə 2049 manat məbləğində kredit götürmüşdür. - XV-ЖГ seriyalı 397864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Fərrux Abbasov, anası X6. - İV-ЖГ seriyalı 304590 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərrux Abbasov xx.xx.1992-ci il tarixdə ölmüşdür. - 000467 nömrəli xx.xx.1994-cü il tarixli vəsiqənin surətindən görünür ki, X11 şəhid ailə üzvüdür. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilmişdir. Həmin hökmdən görünür ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh 2008-ci ildən tanımışdır. 2021-ci ildə sosial şəbəkədə Xəyal ilə yazışmağa başlamışlar. Xəyal özünü hava limanında Bakı Cargo terminalının məxfi xidmət rəisi kimi təqdim etmişdir. Söhbət zamanı Xəyal onun işsiz olduğunu bilmiş, onu hava limanında işə düzəltməyə söz vermişdir. Bu məqsədlə ondan heç bir məbləğdə pul tələb etməmiş, lakin tibbi müayinədən keçmək üçün 400 manat pul lazım olduğunu bildirmişdir. O, etiraz etməmiş və öz kartından 50 manat pulu Xəyalın ona nömrəsini göndərdiyi Arzu Tağıyevaya məxsus bank kartının hesabına ödəmişdir. Bundan bir gün sonra Xəyal yaşadıqları evin qarşısına gəlmiş və o, anası Marinanın iştirakı ilə 350 manat pulu Xəyala vermişdir. Bundan sonra Xəyal iş yerində vakant yerlər olduğunu, işə düzəlmək istəyən daha 2 nəfər tapmağını bildirmişdir. O, Xəyala tanışları Kazımlı Nəzrin və Əmirhəmzəyev Orxanın işə düzəlmək istədiklərini demiş, Xəyal bu barədə Nəzrin və Orxan ilə danışıb razılaşmışlar. Xəyal Nəzrinin də tibbi müayinədən keçməsi üçün 300 manat pul lazım olduğunu demişdir. Nəzrin 300 manat pulu onun kartına göndərmiş, o da həmin pulu Xəyalın ona nömrəsini göndərdiyi Abışov Ruşaviq adlı şəxsə məxsus bank kartının hesabına köçürmüşdür. Xəyal onun daha yüksək vəzifəyə təyin olunması üçün 1600 manat pul lazım olduğunu bildirmişdir. O, Xəyala nağd pulunun olmadığını, yalnız “Bir kart” vasitəsilə ona pul verə biləcəyini demiş və kartını Xəyala vermişdir. Xəyal kartdan pul çıxarmaq mümkün olmadığından mağazadan “Apple” markalı qol saatı almağını, həmin saatı satıb pulunu nağdlaşdıracağını bildirmişdir. O, etiraz etməmiş və Xəyal onun kartı vasitəsilə 1149 manat dəyərində “Apple” markalı qol saatı almış və həmin qol saatını tanımadığı şəxsə satmışdır. Sonradan Xəyal həmin kartdan, hissə-hissə olmaqla ümumilikdə 500 manat nağd pul çıxartmış və həmin pulları onun işə düzəlməsi üçün verdiyini bildirmişdir. Xəyal işləmək üçün kompüter almalı olduğunu bildirmiş, ona nisbətən ucuz qiymətə, yəni 1200 manat dəyərində kompüter ala biləcəyini demişdir. O, bu barədə anası Marinaya demiş, anası Xəyal ilə telefonla danışdıqdan sonra razılaşmışlar. O, anası ilə birlikdə yaşadıqları binanın qarşısında 1200 manat pulu Xəyala vermişlər. Səhərisi gün Xəyal zəng vuraraq ucuz kompüterlərin satıldığını, yalnız 1700 manat dəyərində olan kompüterlərin qaldığını demişdir. O, razılaşmış və çatışmayan 500 manat pulu Xəyalın müdirinin həyat yoldaşının sürücüsü kimi təqdim etdiyi Vəli adlı sürücüyə vermişdir. Bundan sonra Xəyal ona işə düzəlməyi ilə bağlı sənədləşmə və kompüterə əlavə avadanlıqlar alınması üçün daha 500 manat pul lazım olduğunu demiş, o, 500 manat pulu Xəyalın ona göndərdiyi X5 adına olan kartın hesabına keçirmişdir. Xəyal nə onu, nə də Nəzrini işə düzəltməmişdir. O, məcbur olub Nəzrinin verdiyi 300 manat pulu Nəzrinə qaytarmışdır. O, Xəyala verdiyi pulların bir hissəsini borc alıb vermiş, sonra həmin pulları artıq faizləri ilə birlikdə qaytarmışdır. Xəyal ümumilikdə ona 4500 manat ziyan vurmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. Cavabdeh qarşı şikayəti vardır. Məhkəmədən Cavabdeh ən ağır cəzanın verilməsini xahiş etmişdir. X14 (Yelizavetanın anası) Yuryevna istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh 2008-ci ildən qızı Yelizavetanın dostu kimi tanımışdır. Bir neçə dəfə Xəyalı qızı İddiaçı yanında olanda görmüşdür. Xəyal özünü Hava limanında Bakı Cargo terminalının məxfi xidmət rəisi kimi təqdim etmişdir. Söhbətlər zamanı Xəyal qızının işsiz olduğunu bildikdə onu hava limanında işə düzəltməyə söz vermişdir. Bu məqsədlə onlardan heç bir məbləğdə pul tələb etməmişdir. Lakin tibbi müayinədən keçmək üçün 400 manat pul lazım olduğunu bildirmişdir. Qızı etiraz etməmiş və 50 manat pulu 2021-ci ilin may ayının 17-də Xəyalın nömrəsini göndərdiyi Arzu Tağıyevaya məxsus 5404-0852-3897-7617 nömrəli bank kartının hesabına ödəmişdir. Bundan bir gün sonra saat təxminən 21 radələrində Xəyal yaşadıqları evin qarşısına gəlmiş və qızı onun iştirakı ilə 350 manat nağd pulu şəxsən Xəyala vermişdir. Bundan sonra Xəyal iş yerində vakant yerlər olduğunu, işə düzəlmək istəyən daha 2 nəfər tapmalarını bildirmişdir. Qızı Xəyala tanışları Kazımlı Nəzrin və Əmirhəmzəyev Orxanın işə düzəlmək istədiklərini demişdir. Bundan sonra Xəyal qızının daha yüksək vəzifəyə təyin olunması üçün 1600 manat pul lazım olduğunu bildirmişdir. Qızı etiraz etməmiş, lakin Xəyala nağd pulunun olmadığını, yalnız “Bir kart” vasitəsilə ona pul verə biləcəyini demişdir. Kartdan 1600 manat pul çıxartmaq mümkün olmadığından Xəyal kreditlə mağazadan 1150 manat dəyərində “Apple” markalı qol saatı almalarını, həmin saatı satıb pulunu nağdlaşdıracağını bildirmişdir. Onlar etiraz etməmiş və may ayının 27-də 4169- 7332-2543-4906 nömrəli “Bir kart”ı Xəyala vermişlər. Sonradan Xəyal həmin kartdan 500 manat nağd pul çıxartmışdır. 28 may 2021-ci il tarixdə Xəyal qızı Yelizavetaya işləmək üçün kompüter almalı olduğunu bildirmiş, ona nisbətən ucuz qiymətə, yəni 1200 manat dəyərində kompüter ala biləcəyini söyləmişdir. Yelizaveta bu barədə ona demiş, o da Xəyal ilə telefonla danışdıqdan sonra razılaşmışlar. Xəyal yaşadıqları evin qarşısına gəlmiş və qızı onunla birlikdə binanın qarşısında 1200 manat pulu Xəyala vermişdir. Səhərisi gün Xəyal qızına zəng vuraraq ucuz kompüterlərin satıldığını, yalnız 1700 manat dəyərində olan kompüterlərin qaldığını demişdir. Onlar razılaşmış və qızı çatışmayan 500 manat pulu Xəyalın yaşadıqları binanın qarşısına göndərdiyi, müdirinin həyat yoldaşının sürücüsü kimi təqdim etdiyi Vəli adlı sürücüyə vermişdir. İki gün sonra Xəyal qızına zəng vuraraq işə düzəlməsi ilə bağlı sənədləşmə və kompüterə əlavə avadanlıqlar alınması üçün daha 500 manat pul lazım olduğunu demişdir. Qızı 500 manat pulu Xəyalın ona göndərdiyi 5243-7544-1045-2187 nömrəli kartın hesabına keçirtmişdir. Xəyal qızını işə düzəltdikdən sonra alınmış avadanlıqların pulunun onlara ödəniləcəyini bildirmişdir. Sonradan Xəyal qızını işə düzəltməmiş, verdikləri pulları isə qaytarmamışdır. Xəyal qızının verdiyi pulları qaytarmadığı üçün hadisə barədə polisə şikayət etmişlər. Hadisə nəticəsində onlara ümumilikdə 4250 manat maddi ziyan dəymişdir. X2 (Xəyalın anası) istintaqda verdiyi ifadəsində göstərmişdir ki, oğlu Cavabdehla birlikdə yaşayır. İddiaçı bir neçə aydır, yəni 2021-ci ilin axırlarından tanımışdır. Yelizavetanı birinci dəfə onların yaşadığı evə gələndə görmüşdür. Yelizaveta onun evinə gəlib, oğlu Xəyalın ona pul borclu olduğunu və onunla görüşməkdən yayındığını bildirmişdir. O, Yelizavetaya Xəyalın xeyli vaxtdır evə də gəlmədiyini demişdir. Yelizaveta Xəyal onun pulunu verməsə ondan polisə şikayət edəcəyini bildirmişdir. Yelizaveta ona oğlunun tutulmasını istəmirsə pulunu qaytarmasını söyləmişdir. O, Yelizavetaya təqaüdçü olduğunu, aldığı təqaüd ilə yaşadığını, Yelizaveta deyən məbləği tapıb verə bilməyəcəyini izah etmişdir. Yelizaveta isə ona evini satıb pulu qaytarmasını demişdir. O, evini satmaq üçün də vaxt lazım olduğunu Yelizavetaya demişdir. Yelizaveta isə ona gözləmək fikri olmadığını bildirmişdir. Yelizaveta onunla danışan zaman oğlu Xəyalın onu işə düzəltmək adı ilə aldadıb 4500 manata yaxın pulunu aldığını bildirmişdir. O, bu barədə oğlu Xəyaldan soruşmuş, Xəyal da Yelizavetanı işə düzəltmək üçün ondan 4500 manata yaxın pul aldığını etiraf etmiş, yaxın vaxtlarda pulu düzəldib qaytaracağını demişdir. Bildiyinə görə Xəyal hələ də Yelizavetanın pulunu qaytarmamışdır. Xəyalın həmin pulları hara xərclədiyini bilməmişdir. Xəyal həmin puldan evə heç vaxt pul gətirməmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkəmənin 1(007)-181/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən görünür ki, mən Cavabdeh 4500 manat məbləğində pulu 22.06.-xx.xx.2021-ci il müddətində Abbasova Marina xanıma ödəməyi öhdəmə götürürəm. Sözlərimi öz imzamla təsdiq edirəm. 22.06.17:42. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünün Heydər Əliyev adına X10 Bakı Cargo terminalında məxfi xidmət rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə sonuncunu Heydər Əliyev adına X10 Bakı Cargo terminalında nəzarətçi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq ilk dəfə 16 may 2021-ci il tarixdə mobil telefonla fotoşəklini göndərdiyi, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı X12 məxsus 5404-0852-3897-7617 nömrəli bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 50 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan çıxararaq, 18 may 2021-ci il tarixdə saat 21 radələrində İddiaçı yaşadığı ünvan 2 ünvanının qarşısında sonuncudan 350 manat alaraq, 18 may 2021-ci il tarixdə İddiaçı məxsus olmaqla sonuncunun təqdim etdiyi “Kapital Bank” tərəfindən verilmiş 4169-7332-2543-4906 nömrəli “Birkart” vasitəsilə 1150 manat ödəməklə “Apple” markalı qol saatı alaraq, 27 may 2021-ci il tarixdə həmin “Birkart”dan 500 manat pul vəsaitini tanışı Arzu Tağıyevaya məxsus 5404-0852-3897-7617 nömrəli bank kartına yönləndirməklə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan həmin vəsaiti çıxardaraq, 28 may 2021-ci il tarixdə İddiaçı yaşadığı ünvan 2 ünvanının qarşısında sonuncudan 1200 manat alaraq, 29 may 2021-ci il tarixdə sürücüsü kimi təqdim etdiyi X7 vasitəsilə İddiaçı ona göndərdiyi 500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “AF Mall” ticarət mərkəzinin qarşısında alaraq, 31 may 2021-ci il tarixdə onun cinayətkar niyyətindən xəbərsiz olan qohumu X5 adına olan 5243- 7544-1045-2187 nömrəli kart hesabına İddiaçı tərəfindən köçürülmüş 500 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan çıxardaraq, ümumilikdə İddiaçı məxsus 4250 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, iş üzrə zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki əsasları və sübut kimi qəbul olunan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-181/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünün Heydər Əliyev adına X10 Bakı Cargo terminalında məxfi xidmət rəisi vəzifəsində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə sonuncunu Heydər Əliyev adına X10 Bakı Cargo terminalında nəzarətçi vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq ilk dəfə 16 may 2021-ci il tarixdə mobil telefonla fotoşəklini göndərdiyi, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı X12 məxsus 5404-0852-3897-7617 nömrəli bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 50 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan çıxararaq, 18 may 2021-ci il tarixdə saat 21 radələrində İddiaçı yaşadığı ünvan 2 ünvanının qarşısında sonuncudan 350 manat alaraq, 18 may 2021-ci il tarixdə İddiaçı məxsus olmaqla sonuncunun təqdim etdiyi “Kapital Bank” tərəfindən verilmiş 4169-7332-2543-4906 nömrəli “Birkart” vasitəsilə 1150 manat ödəməklə “Apple” markalı qol saatı alaraq, 27 may 2021-ci il tarixdə həmin “Birkart”dan 500 manat pul vəsaitini tanışı Arzu Tağıyevaya məxsus 5404-0852-3897-7617 nömrəli bank kartına yönləndirməklə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan həmin vəsaiti çıxardaraq, 28 may 2021-ci il tarixdə İddiaçı yaşadığı ünvan 2 ünvanının qarşısında sonuncudan 1200 manat alaraq, 29 may 2021-ci il tarixdə sürücüsü kimi təqdim etdiyi X7 vasitəsilə İddiaçı ona göndərdiyi 500 manat pul vəsaitini ünvan 3 ünvanında yerləşən “AF Mall” ticarət mərkəzinin qarşısında alaraq, 31 may 2021-ci il tarixdə onun cinayətkar niyyətindən xəbərsiz olan qohumu X5 adına olan 5243- 7544-1045-2187 nömrəli kart hesabına İddiaçı tərəfindən köçürülmüş 500 manat pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 46 ünvanında yerləşən bankomatdan çıxardaraq, ümumilikdə İddiaçı məxsus 4250 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. X2 (Xəyalın anası) istintaqda verdiyi ifadəsindən və Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən görünür ki, Xəyal Yelizavetanı işə düzəltmək üçün ondan 4500 manat pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri, işin halları və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli məhkəmə hökmü ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4500 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən iddia tələbini qalan hissələrdə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə 4500 manat məbləğində vəsaiti başqa şəxsdən və bankdan aldığını nəzərə alaraq və bunun nəticəsində məcburi borca məruz qalması nəticəsində ödədiyi 6000 manat, istehlak qiymətlərində baş vermiş inflyasiyaya görə 1555.6 manat ziyana məruz qalmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan ziyanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı şəhid ailəsi olduğundan, Cavabdeh 65 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 65 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar