Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1187/2022 31.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 22.01.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” markalı paltaryuyan üçün 119,5 manat əsas, 11 manat cərimə, 30.05.2019-cu il tarixli müqaviləyə əsasən “Acer” markalı notebook üçün 1423 manat əsas, 142 manat cərimə, 21.05.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodları **********00254 və **********01039 olan 2 ədəd “Samsung Galaxy A70” markalı telefonlar üçün 888,4 manat əsas, 88 manat cərimə, 24.06.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03419 olan “Samsung Galaxy A6” markalı telefon üçün 176 manat əsas, 17 manat cərimə, 13.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********24760 olan “Samsung Galaxy A7” markalı telefon üçün 368,8 manat əsas, 36,3 manat cərimə borcu olmaqla, ümumilikdə 3270 manat məbləğində borc pulun və 52,7 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.01.2019, 30.05.2019, 21.05.2019, 24.06.2018 və 13.01.2019-cu il tarixli müqavilələrə əsasən, alqı-satqı qiyməti 1080 manat olan “Samsung” markalı paltaryuyan, alqı-satqı qiyməti 3186 manat olan “Acer” markalı notebook, alqı-satqı qiyməti 2592 manat İMEİ kodları **********00254 və **********01039 olan 2 ədəd “Samsung Galaxy A70” markalı telefonlar, alqı-satqı qiyməti 1080 manat, İMEİ kodu **********03419 olan “Samsung Galaxy A6” markalı telefon və alqı-satqı qiyməti 1057 manat, İMEİ kodu **********24760 olan “Samsung Galaxy A7” markalı telefon almışdır. Cavabdeh cəmi 6019,3 manat ödəniş etmiş, tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 3270 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan 22.01.2019, 30.05.2019, 21.05.2019, 24.06.2018 və 13.01.2019-cu il tarixli müqavilələr və onlara əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1080 manat olan “Samsung” markalı paltaryuyanı ayda 60 manat ödəmək şərti ilə 18 ay müddətinə, alqı-satqı qiyməti 3186 manat olan “Acer” markalı notebooku ayda 118 manat ödəmək şərti ilə 24 ay müddətinə, alqı-satqı qiyməti 2592 manat, İMEİ kodları **********00254 və **********01039 olan 2 ədəd “Samsung Galaxy A70” markalı telefonları ayda 144 manat ödəmək şərti ilə 18 ay müddətinə, alqı-satqı qiyməti 1080 manat, İMEİ kodu **********03419 olan “Samsung Galaxy A6” markalı telefonu ayda 45 manat ödəmək şərti ilə 24 ay müddətinə və alqı-satqı qiyməti 1057 manat, İMEİ kodu **********24760 olan “Samsung Galaxy A7” markalı telefonu ayda 56 manat ödəmək şərti ilə 18 ay müddətinə almışdır. İş materiallarında olan 29.11.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya yuxarıda göstərilən müqavilələr üzrə cəmi 3270 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 22.01.2019-cu il tarixli müqavilə üzrə 119,5 manat əsas, 11 manat cərimə, 30.05.2019-cu il tarixli müqavilə üzrə 1423 manat əsas, 142 manat cərimə, 21.05.2019-cu il tarixli müqavilə üzrə 888,4 manat əsas, 88 manat cərimə, 24.06.2018-ci il tarixli müqavilə üzrə 176 manat əsas, 17 manat cərimə, 13.01.2019-cu il tarixli müqavilə üzrə 368,8 manat əsas, 36,3 manat cərimə borcu olmaqla, ümumilikdə 3270 manat borc pul və 52,7 manat dövlət rüsumu tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 22.01.2019-cu il tarixli müqavilə üzrə 119,5 manat əsas, 11 manat cərimə, 30.05.2019-cu il tarixli müqavilə üzrə 1423 manat əsas, 142 manat cərimə, 21.05.2019-cu il tarixli müqavilə üzrə 888,4 manat əsas, 88 manat cərimə, 24.06.2018-ci il tarixli müqavilə üzrə 176 manat əsas, 17 manat cərimə, 13.01.2019-cu il tarixli müqavilə üzrə 368,8 manat əsas, 36,3 manat cərimə borcu olmaqla, ümumilikdə 3270 (üç min iki yüz yetmiş) manat məbləğində borc pul, həmçinin 52,7 (əlli iki manat, yetmiş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1187/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1187/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver