Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1208/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı, "xxxx" QSC BOKT"xxxx" MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə avtomobilin qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "xxxx" QSC BOKT"xxxx" MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-yə məxsus olan “Nissan Sunny” markalı 2008-ci il buraxılışlı, 242220 mühərrik nömrəli, KNMC4C2HM9P738091 ban nömrəli, **-LY-*** (əvvəlki **-AU-***) dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017- ci il tarixli 1704 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "xxxx" QSC BOKT-un "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxs “X5 Klubu” MMC-yə məxsus olmuş dövlət əmlakı "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 6 may 2020-ci il tarixli 27 nömrəli iclas protokoluna əsasən “X5 Klubu” MMC-yə məxsus olmuş “Nissan Sunny” markalı **- AU-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, 242220 mühərrik nömrəli, KNMC4C2HM9P738091 ban nömrəli nəqliyyat vasitəsi "xxxx" QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmişdir. Sözügedən Fərmanın icrası ilə əlaqədar olaraq “X5 Klubu” MMC-nin yeganə təsisçisi olan "xxxx" QSC BOKT-un Ümumi Yığıncağının 25 may 2018-ci il tarixli qərarı ilə sonuncuya məxsus olan əsas vəsaitlər, o cümlədən barəsində bu iddia ərizəsi yazılan nəqliyyat vasitəsi "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Bu səbəbdən Cəmiyyətə məxsus yuxarıda göstərilən nəqliyyat vasitəsi üzərində "xxxx" ASCnin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Lakin, məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin “X5 Klubu” MMC-yə məxsus olmuş nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 8(007)-178/2019 nömrəli qərardadı ilə təmin edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən maraqlarına toxunan şəxs qismində şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 8(103)- 347/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş materialları təqdimata yenidən baxılması üçün həmin qərardadı qəbul etmiş məhkəməyə qaytarılmışdır. Eyni zamanda, bu iş üzrə ərazi aidiyyəti ilə bağlı "xxxx" ASC ilə Şöbə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC arasında müxtəlif vaxtlarda müvafiq məhkəmə çəkişmələri olmuş və nəticədə aidiyyəti üzrə işə səlahiyyətli məhkəmə qismində Bakı Kommersiya Məhkəməsində baxılmışdır. Məhkəmənin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə 26 may 2022-ci il tarixli 8-2(113)-36/2022 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, daha sonra "xxxx" ASC tərəfindən yenidən verilmiş şikayət nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli 8- 2(103)-23/2022 nömrəli qərardadı ilə Cəmiyyətə məxsus olan bir neçə nəqliyyat vasitəsi, o cümlədən barəsində bu ərizə ilə müraciət edilən nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs qərardadı ləğv edilmiş və Şöbənin təqdimatı təmin edilməmişdir. Belə ki, yuxarı instansiya məhkəməsi “X5 Klubu” MMC-nin sahiblik və istifadə hüququnun artıq itirmiş olduğu və yalnız formal olaraq onun adına rəsmi reyestrdə qeydiyyatda qaldığı, faktiki olaraq isə həmin nəqliyyat vasitələrinə sahiblik və istifadə hüququnun maraqlı şəxsə keçdiyi halda, sərəncamvermə hüququnun rəsmləşdirmə ərəfəsində icra məmurunun təqdimatı əsasında həmin nəqliyyat vasitələrinin üzərinə məhkəmənin qərardadı ilə həbs qoyularaq maraqlı şəxsin gözlənilən mülkiyyət hüququnun pozulması nəticəsinə gəlmişdir .Yuxarı instansiya məhkəməsinin bununla bağlı qəbul edilən yekun qərardadını nəzərə alaraq, "xxxx" ASC tərəfindən təkrarən həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması zamanı məlum olmuşdur ki, Cəmiyyətə məxsus olan bu əmlak hüquqi əsas olmadan "xxxx" MMC-yə borc əvəzi qismində Şöbənin müvafiq aktı əsasında təhvil verilmiş, avtomobilin üzərində məhkəmə qərarı ilə həbs olmasına baxmayaraq, özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Baş X7 İdarəsi tərəfindən "xxxx" ASC-nin 6 yanvar 2023-cü il tarixli xx-xx-2023-0007 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanı təhkim edilmişdir. İddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək "xxxx" MMC-dən sözügedən əmlakın qanunsuz sahiblikdən qaytarılması tələb olunmuşdur. Həmin məhkəmə araşdırması zamanı cavabdeh tərəfin nümayəndəsinin izahatları ilə işin faktiki halları arasında yaranmış anlaşılmazlığın aradan qaldırılması, iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli e-2-2(113)-4942/2023 nömrəli qərardadı ilə “Nissan Sunny” markalı 2008-ci il buraxılışlı, 242220 mühərrik nömrəli, KNMC4C2HM9P738091 ban nömrəli nəqliyyat vasitəsinin hazırda kimin (fiziki və ya hüquqi şəxs) mülkiyyətində, habelə qanuni sahibliyində olması, qeydiyyata əsas olmuş hallar barədə məlumatların Azərbaycan Respublikası Baş X7 İdarəsindən götürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Baş X7 İdarəsindən Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 6 noyabr 2023-cü il tarixli 13-16/2- 152993/2023 nömrəli məktubla sözügedən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim olunmuşdur. Kompüter çıxarışından görünür ki, “Nissan Sunny” markalı nəqliyyat vasitəsi sonuncu dəfə alğı-satqı müqaviləsi əsasında 18 may 2021-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh adına qeydiyyata alınmış və nəqliyyat vasitəsinə **-LY-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Bu səbəbdən məhkəmə aidiyyətinin pozulmaması üçün sözügedən iddia ərizəsi geri götürülərək, hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə məhkəməyə müraciət olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər "xxxx" QSC BOKT"xxxx" MMC, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi, Bakı şəhəri Nizami rayon İcra şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" ASC (sonradan "xxxx" ASC) xx.xx.2017-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanı ilə "xxxx" ASC-nin Nizamnaməsi təsdiq edilmiş, "xxxx" QSC BOKT-un "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxs “X5 Klubu” MMC-yə məxsus olmuş dövlət əmlakı "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. “X5 Klubu” MMC-nin yeganə təsisçisi olan "xxxx" QSC BOKT-un Ümumi Yığıncağının 25 may 2018-ci il tarixli qərarı ilə sonuncuya məxsus olan əsas vəsaitlər, o cümlədən mübahisəli avtomobil "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. “X5 Klubu” MMC-yə məxsus olmuş “Nissan Sunny” markalı **-AU-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, 242220 mühərrik nömrəli, KNMC4C2HM9P738091 ban nömrəli nəqliyyat vasitəsi "xxxx" QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmişdir ("xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 6 may 2020-ci il tarixli 27 nömrəli iclas protokolu). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərardadı ilə Nizami rayon İcra şöbəsinin təqdimatı əsasında “X5 Klubu” MMC-yə məxsus olmuş nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş materialları təqdimata yenidən baxılması üçün həmin qərardadı qəbul etmiş məhkəməyə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinini 26 may 2022-ci il tarixli qərardadı ilə Nizami rayon İcra şöbəsinin təqdimatı əsasında “X5 Klubu” MMC-yə məxsus olmuş nəqliyyat vasitəsinin üzərinə yenidən həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 7 dekabr 2022-ci il tarixli qərardadı ilə qərardad ləğv edilmiş, təqdimat təmin edilməmişdir. Baş X7 İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-in Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində "Nissan Sunny" markalı **-AU-*** dövlət qeydiyyat nişanlı, 2008-ci if buraxılışlı, 242220 mühərrik nömrəli, KNMC4C2HM9P738091 ban nömrəli avtomobilin Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 1128-8F nömrəli məktubu ilə həbsdən çıxarılaraq (borc əvəzi) "xxxx" MMC-yə satılması barədə məlumatlar mövcuddur. DİN-in Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlanna görə "Nissan Sunny" markalı 90-AU-7G5 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları təhvil verilmiş, avtomobilə yeni **-PV-*** dövlət qeydiyyat nişanı verilmiş və sonradan avtomobil alqı-satqı müqaviləsi əsasında iki dəfə özgəninkiləşdirilmişdir. Hazırda həmin avtomobil **-LY-*** dövlət qeydiyyat nişanla Cavabdeh adına qeydiyyata alınmışdır (DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı). Cavabdeh tərəfindən həmin avtomobilin onun sahibliyində olmasına dair nəqliyyat vasitəsinin AE seriyalı 129624 №-li qeydiyyat şəhadətnaməsi təqdim olunmuşdur. Hazırda iddiaçı həmin avtomobilin cavabdehin qanunsuz sahibliyindən geri alınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, iddianın təmin olunması üçün cavabdehin sahibliyinin qanunsuz olduğu sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tam qanuni əsaslarla alqı-satqı yolu ilə həmin avtomobili əldə etmişdir. Bundan başqa, cavabdehlə iddiaçının arasında hər-hansı hüquq münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1208/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1208/2024
14.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver