Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1211/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2656,52 manat əsas borc, 184,02 manat faiz borcu və 17,88 manat cərimə borcu olmaqla, ümumilikdə 2858,42 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia ərizəsi tərtib olunarkən, texniki səhvə yol verilərək, iddia ərizəsinin həm təsviri, həm də “xahiş etdim” hissəsində bankın adı İddiaçı ASC əvəzinə, "xxxx" İKB ASC kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2656,52 manat əsas borc, 184,02 manat faiz borcu və 17,88 manat cərimə borcu olmaqla, ümumilikdə 2858,42 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçının xeyrinə tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01.10.2020-ci il tarixədək Cavabdeh banka 2656,52 manat əsas borc, 184,02 manat faiz borcu və 17,88 manat cərimə borcu olmaqla, ümumilikdə 2858,42 manat borcu vardır. Həmin tarixdən sonra da banka heç bir ödəniş etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli, 3-Y-1-0-1635-19 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 06.12.2019-cu il tarixli, 3-Y-1-0-1635-19 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh 06.01.2020-ci il tarixdən 06.11.2022-ci il tarixədək aylıq 111,49 manat, 06.12.2022-ci il tarixə 111,53 manat olmaqla, ümumilikdə 4013,68 manat banka ödəniş etməlidir. İş materiallarında olan 06.12.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 3000 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan 28.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 01.10.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 2656,52 manat əsas borc, 184,02 manat faiz borcu və 17,88 manat cərimə borcu olmaqla, ümumilikdə 2858,42 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2656.52 manat əsas borc, 184.02 manat faiz borcu və 17.88 manat cərimə borcu olmaqla, ümumilikdə 2858.42 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2656,52 (iki min altı yüz əlli altı manat əlli iki qəpik) manat əsas borc, 184,02 (yüz səksən dörd manat iki qəpik) manat faiz borcu və 17,88 (on yeddi manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2858,42 (iki min səkkiz yüz əlli səkkiz manat qırx iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1211/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1211/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver