Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1226/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun, ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı işsiz olduğu üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu , Azadlıq prospekti 127/131 ünvanda yerləşən “Balero“ kafesinə aşbaz və xadimə işləmək üçün getmişdir. Həmin kafeni icarə əsasında işlədən Cavabdeh ilə söhbət zamanı Cavabdeh iddiaçıya həmin kafeni şərik işlətməyi təklif etmiş və bunun üçün sərmayə olaraq ona 1500 manat verməyini istəmişdir. İddiaçı onun təklifi ilə razılaşaraq tanışlarından 1500 manat borca pul alaraq Cavabdeh vermiş, həmin kafedə 3 gün işlədikdən sonra onun bədxərc olduğunu görüb, şəriklikdən imtina edib verdiyi pulu ondan geri istəmişdir. Ancaq Cavabdeh həmin pulları xərclədiyini, pulu ancaq xx.xx.2021-ci il tarixdə qaytara biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı onun sözünə inanaraq həmin vaxta qədər onun iddiaçıya pulunu qaytarmağını gözləmiş, lakin onun həmin pul məbləğini qaytarmaq fikrinin olmadığını gördükdə DİN 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polisdə araşdırma zamanı o, iddiaçıdan 1500 manat pulu almasını etiraf etsə də , həmin pulu kafedə istifadə etmək üçün ərzaq və digər zəruri mallara xərclədiyini bəhanə gətirərək söz verdiyi vaxtda qaytara bilmədiyini bildirərək tez bir zamanda qaytaracağına söz vermişdir. Polisdə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və iddiaçıya bu işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməyi izah olunmuşdur. Cavabdeh hələ də həmin pul məbləğini iddiaçıya qaytarmamışdır. Hal hazırda iddiaçı həmin pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X1 Nərimanov rayonu, Azadlıq prospekti 127/131 ünvanda yerləşən “Balero“ kafesini şərik işlətmək üçün 1500 manat pul aldığını və həmin pulu kafedə istifadə etmək üçün ərzaq və digər zəruri mallar üçün xərclədiyini etiraf etmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçı cavabdehə ümumilikdə cəmi 1500 manat məbləğində pul vermişdir. Bu barədə onların arasında hər hansı müqavilə bağlanmamış, pulun verilməsinə digər hüquqi əsas olmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə 1091-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (mərhum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə işin hallarını nəzərdən keçirərək məhkəmə müəyyən edir ki, cavabehin iddiaçıdan 1500 manat məbləğində pul vəsaitinin alınmasının heç bir hüquqi əsası olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına 1500 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-in 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq X3 verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1226/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1226/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver